Son illərdə aparılan araşdırmalar təbiətdəki həndəsi nizamın elm sahəsinə çevrilməsinə səbəb oldu. Bir çox elm adamları bunu ən son riyazi hesablamalarla hesablayaraq təbiətdəki həndəsi quruluşun əsaslandığı təməl qaydaları aşkar etdilər. Əldə edilən elmi nəticələr isə təbiətin "qızıl nisbət" adlı sabit riyazi kəmiyyətə əsasən inşa edildiyini göstərir.
Bərabərbucaqlı spiralın təbiətdəki ən məşhur nümunəsi nautilus adlı dəniz molyuskudur. Nautilusun çanağı bərabərbucaqlı spiral formasında böyüyür. Ona görə çanağının həcmi genişlənsə də, formasında heç bir dəyişiklik baş vermir. Bu canlının çanağında müşahidə olunan xüsusi həndəsi forma ilə yanaşı, diqqət edilməli daha bir vacib məqam var: spiralşəkilli çanağa həmin həndəsi formanı verən onun içindəki canlıdır. Nautilusun yaradılış möcüzəsi olan çanağını necə hazırladığını yaxından tədqiq etdikdə heyranedici vəziyyətlə qarşılaşırıq.
Nautilus spiralşəkilli evini necə inşa edir?
Nautilusun çanağının daxilində sədəf divarlarla bölünmüş bir çox kameraların əmələ gətirdiyi daxili spiral mövcuddur. Canlı böyüdükcə spiralşəkilli çanağının ağız hissəsində əvvəlkindən daha böyük kamera inşa edərək arxasındakı qapını sədəf təbəqəsi ilə örtür və daha geniş olan yeni hissəyə keçir. Çanağın daxilindəki boş kameraları isə qaz və ya hava ilə doldurduğuna görə çanaq suda asanlıqla üzür.1
Bu üsuldan istifadə edən yeganə canlı nautilusdurmu?
Nautilusdan başqa “haliotis parvus”, “dolium perdix”, “murex”, “fusus antiquus” və “scalaria pretiosa” kimi dəniz canlıları da çanaqlarını qızıl nisbətə əsaslanaraq bərabərbucaqlı spiral formasında inşa edirlər. Həmçinin fosilləşmiş "ammonit" adlı dəniz molyuskunda da eyni formada böyümə müşahidə olunur.2
Aydındır ki, uca Allah bu kiçik canlıları spiralşəkilli çanaqlarını inşa edə bilmələri üçün lazım olan riyazi bilik və bacarıqla yaratmışdır. Quranda “...Allah hər şey üçün bir ölçü qoymuşdur.” (Talaq surəsi, 3) ayəsi ilə bildirilən həqiqəti bu canlılar öz çanaqlarında təcəlli etdirərək Allahın qüsursuz yaratmasını açıq-aşkar göstərirlər.
1. H.E. Huntley, ‘The Divine Proportion: A Study in Mathematical Beauty, New York, Dover Publication, səh. 166/Crosbie Morrison, ‘Along The Track’, Whitecombe and Tombs, Melbourne
2. http://www.spirasolaris.ca/sbb4d2c.html