KÜFRÜN GÜCƏ OLAN HEYRANLIĞI HAQQINDA QURANDAN İZAHLAR
O dövrdə bütlər dövlətin birliyini təmsil edirdi. Yəni dövlət xalqı o bütlərin ətrafında yığırdı. Yəni klub kimi. O bütə inandıqlarından deyil, amma klub kimi. Məsələn, Peyğəmbərimiz (s.ə.v) zamanında da 4 məşhur büt vardı. Onlar dövlətin rəsmi bütləri idi. Yəni dövlətin dəstəklədiyi bütlər idi. O bütü müdafiə edənlər dövləti də müdafiə etmiş olurdular. Yəni dövlət bərabərdir büt, büt bərabərdir dövlət idi. Dövlətlə birlikdə idi.
Müasir dövlətlərin də hər zaman bir bütə ehtiyacı olur. Onlar müxtəlif bütlər meydana gətirərlər, bəzi ölkələrdə xalq o bütlərin ətrafında toplanar. Yəni o dövlətə birlik hissi verər, birlik duyğusunu gücləndirər. Yəni insanların ətrafında toplanması lazım olan bir şey. Birbaşa dinsiz bir cəmiyyət, lakin müşrik bir cəmiyyət, amma bir inanca da sahib olmalıdır, bir fəlsəfə olmalıdır. Onun ətrafında klub kimi toplanırlar. “Sən hansı bütə tapınırsan?” -deyir, söyləyir, o biri də soruşur “hansı bütə tapınırsan?” O da eyni bütə tapındığını söyləyir, elə isə həmyerlilik əlaqəsi kimi bir şey olur. O, parol kimi dostluq və zəmanət olmuş olur. Beləcə o bütə tapınmayanlar da dövlətə üsyan edənlər olmuş olur. Dövləti tanımayanlar olmuş olur. Büt əgər təkcə olsa, onlar üçün dəyərsiz olar. Birbaşa daşdan büt olsa heç veclərinə almazlar. Amma büt dövləti təmsil etdiyi üçün çox əhəmiyyətli olur. Onun üçün hörmət edirlər. Məsələn, olduğu hər yeri təmizləyirlər, yaltaqlıq edirlər, bəzisi yemək gətirib qablarla önünə qoyur, bəzisi bütə heyvan kəsir. Amma bu eşidilir təbii ki, məsələn, filankəs gəldi, filan bütə dəvə kəsdi deyir. O, dövlət nəzdində, xalq nəzdində onun etibarını müdhiş artırır. Mötəbər olmuş olur, yəni o, kluba xidmət etmiş olur. Yoxsa o da bütün nə olduğunu bilər, yəni əhəmiyyət verdiyindən filan deyil.
Hz. İbrahim (ə.s) bütləri qırır, yalnız böyük bütü saxlayır. Amma onu taktika olaraq edir. Yəni onlarla lağ etmək üçün edir. Çünki elə bir klub, qrup ruhu inkişaf edir ki, o qədər məntiqsiz şeylərə hörmət edirlər ki, o hörməti, o qəribə klub ruhunu onlara qarşı lağ edərək istifadə edir. Əlbəttə, onlar da inanmırlar, inandıqları bir şey deyil. Sırf lağ etmək, ələ salmaq üçün edir. Onların halına gülür. Onsuz da söyləyən kimi hücum edirlər. Yəni adamlar orada hz. İbrahim (ə.s)-ın doğru söyləmədiyini görürlər. “Bu bütlərimizi kim qırdı” -deyirlər, “o, böyük olan qırmışdır” -deyir. Onların nə qədər yazıq olduğunu göstərmək üçün edir. Onun etdiyi hücumla dövlət alçaldılmış olur. Yəni müşrik dövlət sistemi kökündən alçaldılmış olur. Elə isə dövlət də o alçaldılmağa qarşı özünü qoruyur. Sistemi qorumaq üçün. Elə isə bunu, hz. İbrahim (ə.s)-ı yandıraq deyirlər. Çünki əgər yandıra bilsə, dövlət yenidən qürurunu qorumuş olur. Yəni yenidən bir güc qazanmış olur. Yandıra bilmədikləri üçün dövlət daha da alçaldılmış oldu. Hz. İbrahim (ə.s) bu səbəbdən orada hakim oldu. Ümumiyyətlə sistem həmişə bu tərzdə işləmişdir.
FURQAN SURƏSİNDƏN AYƏ İZAHI
“Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq?” (Furqan surəsi, 44)
Oradakı xalq üçün deyilir ümumiyyətlə, “eşidəcək və ya anlayacaq?” Bütləri o qədər düşünürlər ki, o klubçuluq ruhuyla o qədər şüursuzlaşmışlar ki, danışıqları son dərəcə məntiqsiz, mənasız, boş-boş sözlər olur. Amma bir-birlərinin qaydalarına çox hörmət etdikləri üçün, o qaydaları da bütləşdirdikləri üçün millət ən gülməli bir şeyi belə böyük bir həyəcanla edə bilir. Ona kimsə bir şey deyə bilmir. Məsələn, gülməli ayinlərə, gülməli hərəkətlərə hörmət edilir. Yəni kimsə çıxıb “kral çılpaqdır” demədiyi üçün sistem davam edir. Amma peyğəmbərlər bütləri alçaltdıqları üçün sistem kökündən dağılmış olur. Amma, əlbəttə, peyğəmbərlərdə müdhiş bir cəsarət olur.
BƏZİ DÖVLƏTLƏRDƏ XALQIN ƏTRAFINDA TOPLANDIĞI BÜT SİSTEMLƏR VARDIR. İNSANLARI BÜT HALINA GƏTİRƏRLƏR
Məsələn, şeytandan Allaha sığınaram hz. Hud (ə.s)-a, Hud surəsi, 53-cü ayədə “biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik” -deyir. Məbud, İlah nədir? Orada bütün millətin birliyini təmin edən simvolik bir sistem. Məsələn İngiltərədə də elə büt sistemlər vardır, xalq onun ətrafında toplanar. Kiçik bütlər də düzəldərlər. İnsanlardan bütlər düzəldərlər. Məsələn biri gəlir, o bütü gördüyündə ağlını itirir. Qışqırır, özünü yerdən yerə vurur. Onun, o qədər əhəmiyyətli olmasından deyil, amma bütə elə itaət edildiyinə inanılır. Bir cür tapınmaq kimi olmuş olur. Adam çıxır, millət özünü yerə atır, bütün gücüylə qışqırırlar. Büt çıxdığı üçün, bütləşdirmişlər. Ortada bir şey yoxdur, o, normalda yazıq bir insandır. Heç bir üstünlüyü yoxdur. Amma büt qarşılama mərasimi elə göstərildiyi üçün o, o bütün ətrafında toplanmaq onlara həyəcan verir. Məsələn soruşur, “sən o bütü sevirsənmi?” “Mən çox sevirəm” -deyir. “Bəs sən?” “Mən də çox sevirəm” -deyir. “Sabah o bütün yığıncağı var, oraya gedəcəyik” -deyir. Bütü bir görürlər, ağlını itirirlər, qışqırırlar, ağlayanlar var, özünü yerdən-yerə vururlar. Bir şey olduğundan deyil, ortada heç bir şey yoxdur. Tək görüşdürsən, heç həmsöhbət olmaz. Onu büt olaraq tanıtmasan, evinə ziyarətə getsə filan “nə işin var, dostum?” -deyər, yəni qaçar. Həmsöhbət belə olmaz. “Nə istəyirsən?” filan deyər, “dilənçisənmi?” filan deyər. Amma büt olaraq tanıdıldığında havalanır, ağlını itirir. O bütün ətrafında yığışmış olur.
Məsələn, bunlar müxtəlif sistemlər, büt sistemləri meydana gətirirlər. Məsələn, o büt sistemlərinin özünə xas paltarları olur, özünə xas saç modelləri olur, özünə xas musiqi modeli olur. Elə isə o bütün ətrafında toplandıqlarında bir birlik meydana gəlmiş olur. O birliyin həyəcanı onlara çox təsir edir.
Məsələn, şeytana tapınaq deyir, inandığından deyil. Bu satanistlər şeytana inandığından deyil. Bir süni büt meydana gətirir. Onlar şeytanı heç veclərinə almazlar, inanmazlar. Amma ətrafında toplanacaqları bir şeyə ehtiyac olduğu üçün onu edirlər. Məsələn, biri çıxır, qaydalar qoyur, o qaydalara hər kəs hörmət edir. Məsələn, “pişik öldürməlisiniz” -deyir, “eləmi?” -deyirlər, hamısı ona tabe olur. Məsələn, “sərçə öldürməlisiniz” -deyir, hamısı o qaydaya tabe olur. İyrənc olduğunu bilir, qorxunc olduğunu da bilir. Amma o qayda bir dəfə atılmış olur. Büt sistemində belədir. Artıq geriyə qayıtmaq olmur.
AMERİKANIN HƏRBİ GÜCÜNÜ, TEXNOLOGİYASINI VƏ S. DÜŞÜNÜB SANKİ İLAHLAŞDIRIR, AMERİKANI CƏNNƏT KİMİ GÖRÜRLƏR
“Gedin öz məbudlarınızla səbirlə davranın”. (Sad surəsi, 6) deyirlər. Bu, dövlətin o sisteminə bağlılıqdır.
Məsələn, Amerikada Amerikanı təmsil edən nədir? Amerikan bayrağı, o ulduzlar, o paralel xəttlər, qırmızı, göy, ağ. O biri bayraq kimi onların bəzədikləri bir bayraqları da var, orada da belə müxtəlif rənglər istifadə edirlər. Fəlsəfə onun ətrafında toplanır. Məsələn, gənclərin köynəkləri elə olur, şalvarları elə olur, getdikləri restoranda... Orada bir mədəniyyət və məntiq meydana gəlir. Məsələn, bir gülmə formaları olur. Məsələn, kovboy şapkası oranın simvolu olur. O simvol ətrafında toplanırlar. Məsələn, o gülmə formaları, o yeriş formaları, o diqqətsizlik, o cəzalandırma məntiqi, o əzmə məntiqi, o büt sistemin klassik ənənələri olur. Məsələn, Amerika həmişə nə edər? Fikrinə düşdüsə, bəyənmədiyi bir quruluş gördüyü an dərhal bombalayar. Razı salmaq, izah etmək, İncilin o sevgi ruhuyla yaxınlaşmaq ağılına gəlməz. Çünki, o bütçü sistemi ortadan qaldırmaq əvəzinə gücləndirib, inkişaf etdirib. Bunların üstünə yamaq kimi yapışdırıb. Bunlar da o yamaqdan xilas ola bilmirlər. O, ən az 150 illik bir yamaqdır. Xilas ola bilmirlər.
Məsələn, Green Card alır, Amerikan cənnətinə daxil olmuş olur. Yəni Asiya cəhənnəmindən Amerika cənnətinə keçmiş olur. Asiyanı cəhənnəm kimi görür. Ona görə də dəli kimi, dəlicəsinə bir qətiyyətlə oraya keçməyə çalışırlar. O cənnətə daxil ola bilmək üçün. Orada sanki ölümsüzlüyə qovuşacağını, xoşbəxtlik tapacağını düşünür...
Halbuki, Allahın olduğu hər yer – olmadığı heç bir yer yoxdur- imanla cənnətdir. Allaha inanmırsansa sən hara gedirsən get cəhənnəmdir.
BÜTLƏ MÜTLƏQ ZİDD DÜŞMƏK LAZIM DEYİL. TƏHLÜKƏLİ OLACAQSA, ADAM BÜTDƏN TƏRƏF KİMİ GÖRÜNÜB İMANINI MÜHAFİZƏ EDƏ BİLƏR
“Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər”. Yəni onun qarşısında acizliyini, ona tabeçiliyini və hörmətini göstərir. “Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. (Əraf surəsi, 138) -deyirlər. Bir büt sistemi qur. “Bizim üçün də” -deyirlər, “ona bağlanaq”. Çünki Misirdə məsələn inək var, 10 tonluq, 20 tonluq qızıldan inək. “Sən kimə bağlısan?” -deyir. İnəyə bağlı olduğunu söyləyir, yəni inəkçi dəstəsi. Hər kəs o inəkçi dəstəsini müdhiş hörmətlə qarşılayır. Əgər o inəkçi dəstəsindəndirsə, iş tapmağın asanlaşır, yemək tapmağın asanlaşır. Dövlətə tabe olmuş olursan onsuz da, Fironun adamı olmuş olursan. Firon onsuz da mükafatlandırarkən nə deyir? “Dövlətə yaxın olacaqsınız” -deyir. “Yaxın olanlardan olacaqsınız” -deyir. Amma o dövlətin büt sistemi içində olub, gizlicə imanını yaşayanlar da var. Bütü aldadır, bütə sadiq deyil. Sadiq kimi görünür, amma onu bir taktika olaraq edir. Onu hz. İbrahim (ə.s) da etmişdir. Eyni şəkildə Fironun sarayında olan adam yəni Allahualəm Xızır (ə.s), özünü sezdirmir.
Bütlə mütləq zidd düşmək lazım deyil. Lazım olsa insan bütdən tərəf kimi görünüb imanını mühafizə edə bilər. Yəni təhlükəlidirsə, büt onu əzəcəksə, öldürəcəksə, dinini yaşamasına maneə olacaqsa, bu ayədə də vardır, adam ondan məsul olmaz. Yəni dinini əlindən alacaqsa, zərər verəcəksə, bütdən tərəfmiş kimi özünü göstərə bilər.