Tərslik, sıxıntı və ya çətinliklər əslində bir hədiyyədir
ucgen

Tərslik, sıxıntı və ya çətinliklər əslində bir hədiyyədir

2459

Bəzi insanlar baş verməsini istəmədikləri hadisələrə tərslik deyirlər. Ancaq bu insanlar baş verən bir hadisəni «tərslik» kimi qəbul etsələr də əslində ən doğrusu qədərdə o hadisənin tam olaraq o şəkildə olmasıdır.

Müəyyən bir vaxtda biri ilə görüşəcəksiniz, amma vaxtında gəlməz. Çox gözəl bir iş görərsiniz, amma qarşınızdakı insan bunu layiqincə qiymətləndirməz. Çox əmək sərf edərək qarşınızdakı insana bir gözəllik təqdim edərsiniz, həmin insan bunu heç fərq etməz. Saatlarla bir yeri təmizləyib çox mükəmməl hala salarsınız, biri gəlib çirklədər. Yuxunuz var, amma biri düşüncəsiz şəkildə səs-küy salar. Çox təcili olaraq birindən kömək istəyərsiniz, həmin insan sizi yaddan çıxarar. Vacib bir şey əmanət edərsiniz, qarşınızdakı insan onu itirər.

İllərlə universitet imtahanına hazırlaşarsınız, son gün o saatda xəstələnib imtahana gedə bilməzsiniz. Yeni paltar alıb geyinərsiniz, anidən üstünə bir şey tökülər. Alış-verişə gedib keyfiyyətli bir məhsul alarsınız, evə gəldikdə aldadıldığınızı anlayarsınız. Çantanıza yüksək məbləğdə pul qoyarsınız, biri gəlib pul kisənizi oğurlayar. Maşın sürərsiniz, biri gəlib sizi vurar. Yaxud da tələsirsiniz, amma tıxac olduğundan saatlarla gedəcəyiniz yerə gedib çata bilməzsiniz. Bir yaxınınız anidən xəstələnər, amma təcili yardım saatlarla gələ bilmədiyi üçün xilas ola bilməyib vəfat edər. Müalicə almaq üçün xəstəxanaya gedərsiniz, amma ehtiyatsızlıqdan başqa mikrob düşər və yeni xəstəliyə tutularsınız…

Bir çox insan bu kimi tərsliklərə görə zərər çəkdiyini düşünür və ya bunların səbəbkarının başqaları olduğunu zənn edir. Əsəbləşir və əsəbini həmin təqsirkar gördüyü insanın üstünə tökür.

Bu kimi hallarda bu insanların ya birbaşa üzlərinə, ya da arxalarından deyinirlər. Sanki həmin insan o xətanı və ya düşüncəsizliyi etməsəydi, hər şeyin istədikləri kimi baş verəcəyini zənn edirlər. Halbuki bu o qədər böyük yanılqıdır ki, insan bu gerçəyi qavrasa, bütün həyata baxışı başdan sona tamamilə dəyişəcək.

İman olmadıqda insan hüznə və ümidsizliyə məhkum olur

Gün ərzində insanları kədərləndirən, əsəbləşdirən, tərslik deyilən hadisələrin hikmət və xeyirlərini Allah o anda göstərsə, insan kədərlənməyin nə qədər yanlış olduğunu anlayacaq və əksinə sevinc içində olacaq. Qədər insana bütün olaraq göstərilsə və ya tərslik kimi görünən hadisələri qədərdə görmüş olsa, baş verənlər üçün kədərlənməyəcək.

İnsanların çoxu doğum, ölüm, əcəl, ruzi kimi mövzulardan başqa hadisələrin (haşa) qədərdə olmadığını, tərslikdən, tədbirsizlikdən meydana gəldiyini, dolayısilə də qədərlə əlaqəli olmadığını düşünürlər. Halbuki bu yanılqı onları qədərdə təsbit edilmiş hadisələrə qarşı üsyana aparır, onların kədərlənmələrinə səbəb olur. Bundan başqa bütün hadisələri əlehlərində dəyərləndirmələri də onlara əzab verir. Bunun nəticəsində də  duyğusal insanların şən halları çox qısa və anlıq olur. Bir şeyə çox sevindikdən qısa müddət sonra kədərlənəcəkləri bir şey düşünüb yenidən bədbin ruh halına geri qayıdırlar.

Bütün bunlar din əxlaqına görə yaşamamanın qaçınılmaz nəticələridir. İman olmadığında insan hüznə və ümidsizliyə məhkum olur.

Allah insanı dünyada bəzi sıxıntı və çətinliklərlə imtahan edə bilər. Ancaq mömin Qurandan xəbərsiz insanlar kimi, Allah’ın imtahan üçün yaratdığı sıxıntılar qarşısında kədərə və bədbinliyə qapılmaz, duyğusallaşmaz. Çünki bilir ki, Allah onun bu sıxıntı qarşısında necə davranacağını yoxlayır. Bu gerçəyi bilən bir müsəlman üçün sıxıntı, çətinlik və ya tərslik yoxdur. Hətta bunların hamısı ona Allahdan bir hədiyyədir. İmanının artmasına, təvəkkülün gözəlliyini, qədərin komfortunu yaşamasına səbəbdir.

Bir toz zərrəsi belə Allahın xəbəri olmadan hərəkət edə bilməz

Dünyada olan hər şey yalnız Allah istədiyi üçün baş verir. Əgər bir insanın həyatı boyunca yaşadıqları bir video kasset kimi düşünülsə, necə ki, bu videonu hər seyr etdiyimizdə mütləq eyni görüntülərlə qarşılaşırıq, insan həyatının da bundan fərqi yoxdur. Belə ki, bu film yüzlərlə il qorunub saxlansa, yüzlərlə il sonra yenidən video seyr edilsə, eyni film olacaq. İnsanın ömür boyu yaşayacaqları da bunun kimidir. Əsla dəyişməz bir bütündür. Əgər bir insanın gedəcəyi yerə gecikməsi lazımdırsa, mütləq gecikəcək. Bunun səbəbi nəqliyyat ola bilər, xəstəlik ola bilər, unutqanlıq ola bilər. Amma nəticə əsla dəyişməz. Eynilə ölüm vaxtı gələn bir insanın ölümünə də heç bir şey mane ola bilməz. Təcili yardım gecikə bilər, yol nəqliyyat hadisəsi baş verə bilər, həkimin ehtiyatsızlığı ola bilər. Amma bu nəticə mütləq baş verəcək. İnsanın gün ərzində qarşılaşdığı hadisələrə qarşı baxışı çox fərqli olmalıdır. Əgər bir insanın pul kisəsi oğurlanırsa, deməli o insanın o pula sahib olmaması lazımdır və Allah bunun üçün bir səbəb yaradıb. Əgər universitet imtahanına gedə bilmirsə, deməli Allah o il həmin insanın universitetə qəbul olunmamasını, başqa bir şeylə məşğul olmasını istəyib. Əgər qarşı tərəf gecikdiyi üçün görüş baş tutmursa, bu, Allah bu görüşün olmamasını istədiyi üçündür.

Allah istəmədikcə heç kim gecikə bilməz, heç kim unuda bilməz, heç kim ehtiyatsızlıq edə bilməz, heç kim bir şeyi yanlış anlamaz, heç kim verilən əmanəti itirməz, heç kim nəqliyyatda tıxac yarada bilməz…

Bu mövzuda ancaq bir şeyi bilmək lazımdır: «İnsanın başına gələn hər hadisəni yaradan Allahdır» və «Allah olmalı olacaq bir şey üçün mütləq bir səbəb yaradır». Ancaq bu səbəb əsla öz-özünə meydana gəlmir. Allah istəməsə, heç kimin bunu edə biləcək gücü yoxdur. Rəbbimiz Quranda bu gerçəyi bu şəkildə bildirir:

Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən Allah biləndir, hikmət sahibidir. (İnsan surəsi, 30)

Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz! (Təkvir surəsi, 29)

“... Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır.” (Saffat surəsi, 96) 

 

Adnan Oktarın «Arab News»də dərc olunan məqaləsi:

http://www.arabnews.com/islam-perspective/news/723686

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo