Onlardan sonra Musanı və Harunu Firona və camaatına açıq möcüzələrlə peyğəmbər göndərdik. Lakin onlar (iman gətirməyi) özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular. (Yunus Surəsi, 75)
Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik və qardaşı Harunu da ona vəzir (köməkçi) etdik. (Furqan Surəsi, 35)
Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: "Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!" (Kəhf Surəsi, 62)
(HZ. XIZIR VƏ HZ. MUSA) Sonra hər ikisi yola düzəlib getdilər... (Kəhf Surəsi, 71)
...Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” ....". (Tövbə Surəsi, 40)