Bir ayə bir açıqlama: "Tövbə" surəsi, 109
ucgen

Bir ayə bir açıqlama: "Tövbə" surəsi, 109

1115

Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz! (Tövbə surəsi, 109)

 
Bu ayədə Allah, Allah qorxusu və razılığı üzərinə qurulmayan həyatın boş təmələ söykəndiyini, məhv olmağa və bitməyə məhkum olduğunu bir bənzətmə ilə xəbər vermişdir. Eyni zamanda binasının təməlini möhkəm quran insanların var olduğunu bildirmişdir. Allah’ın razılığını, rəhmətini və Cənnətini qazanmaq istəyən insan əvvəlcədən  binasını möhkəm təməl üzərində qurmalıdır. Bir insan Quran ayələrini özünə rəhbər etdikdə və Peyğəmbərimizin (s.ə.v.) əxlaqını nümunə götürdükdə doğru olan yola yönəlir.
 
Şübhəsiz ki, din əxlaqı Allah qorxusu və razılığı üzərinə qurulmuşdur. Ancaq Allah’dan lazımınca qorxanlar və yalnız Allah’ın razılığını axtaranlar, din əxlaqını səmimi olaraq yaşaya bilərlər. Allah’ın izni ilə, heç bir şərt ya da hadisə səmimi  mömini əsl məqsədindən azdıra bilməz, din günü hesabını verə bilməyəcəyi şeyə əsla yönəltməz. Allah qorxusu, insanın həm imanının göstəricisi, həm də onun əbədi həyatını təyin edəcək çox əhəmiyyətli xüsusiyyətdir. Çünki insan ancaq lazımınca Allah’dan qorxub çəkinsə axirət günü cəhənnəm əzabından xilas olub sonsuz Cənnət həyatına qovuşmağı ümid edə bilər.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr