Müsəlmanların birlik olmağı sadəcə mövcud vəziyyətin sona çatması üçün ehtiyac duyulan siyasi tələbat deyil. Bundan daha da vacibi odur ki, birlik müsəlman olmağın şərtlərindən biridir. Müsəlmanlar həyatlarının hər anında olduğu kimi, həm daxili, həm də xarici siyasətdə Quran əxlaqına görə davranmalıdırlar. Quran əxlaqı isə ilk öncə İslam dünyasının birləşməsini tələb edir. Quran əxlaqının əsas götürülməsi bu ittifaqın uzunmüddətli olmasını və mühüm rolu öz üzərinə götürməsini təmin edəcək.
İslam əxlaqı müsəlmanların daim həmrəylik ruhunda olmasını tələb edir. Allah Quranda möminlərə "bir-birləri ilə mübahisə etməmələrini"(Ənfal surəsi, 46) əmr edir və bunun müsəlmanları zəiflədən xüsusiyyət olduğunu bildirmişdir. Ayədə belə bildirilmişdir:
Əlbəttə hər müsəlman cəmiyyəti arasında regional adət-ənənə fərqləri vardır. Fərqli adət-ənənələr, fərqli fikirlər, fərqli məzhəblər vardır. Bu, çox təbii haldır. Məhz bu fərqlərə görə insanların bir-birlərinə düşmən kəsilmələri xoşagəlməz və Qurana uyğun olmayan haldır.
Allah Quranda müsəlmanları bu səhvə yol verməmək üçün xəbərdar etmiş və Kitab əhlinin bu barədə səhvlərini də ibrət olaraq göstərmişdir. Quranda Kitab əhlinin (xristian və yəhudilərin) yanlışları və bu toplumların öz aralarında parçalanıb ayrılığa düşmələri bildirilmişdir. Beyyinə surəsinin 4-cü ayəsində Kitab əhlinə açıq-aşkar dəlillər gəlməsinə baxmayaraq, təriqətlərə ayrıldıqları xəbər verilir. Digər ayələrdə isə bu ayrılmanın səbəbləri arasında “aralarındakı zülm və həsəd”, “aralarındakı paxıllıq”, “haqqa baş qaldırma” kimi pis əxlaq xüsusiyyətləri göstərilir. Bu ayələrdən bəziləri belədir:
Bu ayrılıq ucbatından Kitab əhli tarixində çoxsaylı münaqişələr baş vermişdir. Xristianlığın ilk 1600 illik tarixi bir-birləri ilə mübahisə edən fərqli xristian məzhəblərinin tarixi hesab edilə bilər. Hətta bu məzhəblər fikirlərdəki müxtəlifliyə görə bir-birlərini inkarçılıqda günahlandırırdılar. Bu çəkişmə dövründə Roma Katolik Kilsəsi üstünlük əldə etmişdir. Sonrakı əsrlərdə Katolik Kilsəsi “azğın” (heretik) hesab etdiyi fərqli dini məzhəblərə (bunlar misal olaraq dosetizm, montanizm, adoptionizm, sabellianizm, aryanizm, pelagianizm və qnostisizmi göstərə bilərik) qarşı böyük təzyiq etmişdir. Papanın 11-ci əsrdən etibarən katarlar və boqomillər kimi fərqli dini cərəyanlara etdiyi təzyiqlər, eləcə də protestantlar ilə katoliklər arasında baş verən və bir əsrdən çox davam edən qanlı müharibələr Avropa tarixinin ən qaranlıq dövrünə təsadüf edir. Maraqlısı odur ki, Avropa mədəniyyətinin yüksəlişi həmin müharibələrin bitməsindən sonra başlamışdır. Siyasi tarixçilər də qəbul edirlər ki, müasir Avropa müxtəlif xristian məzhəblərinin bir-birlərinə yaxşı davranmalarını şərtləndirən məşhur Vestfaliya sülh müqaviləsindən (1648) sonra qurulmuşdur.
İnsanların birlik ola bilməmələrinin səbəbi Allah’ın əmr etdiyi əxlaqı layiqincə yaşamamalarıdır. Bu əxlaqda ən vacib olan şey təvazökarlıqdır. Təvazökarlıqdan uzaqlaşanlar öz fikirlərini qəti şəkildə doğru olaraq qəbul edir, özlərindən fərqli düşünənləri aşağı səviyyəli hesab edir və onlara düşmənçilik bəsləyirlər. Öz fikirlərinin mütləq doğru olduğundan heç vaxt şübhə etmədikləri üçün özlərini heç vaxt mühakimə etmirlər və buna görə də daha yaxşı olanı, daha doğrunu görmürlər. Allah yalnız öz ağlını bəyənib bununla qürrələnənləri Quranda “…onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir.” (Hucurat surəsi, 9) ayəsi ilə bildirmişdir.
İslam dünyası fikir ayrılıqlarını bir kənara buraxıb, bütün müsəlmanların “qardaş” olması həqiqətini xatırlamalı və bu mənəvi qardaşlığın gətirdiyi gözəl əxlaqla bütün dünyaya nümunə olmalıdır.
Bu, Allah’dan qorxub çəkinənlər və axirət günündə hesab verəcəyinə iman gətirənlərin qəti şəkildə çəkinməli olduqları davranışdır. Bunun əhəmiyyətini dərk edənlər digər möminləri də parçalanmaqdan, ayrılmaqdan çəkindirməli, müsəlmanların birləşməsi üçün cəhd etməlidirlər.
Əsl müsəlmanlar insanlara Rəbbimizin təzahürləri kimi baxar və şəfqətlə yanaşarlar. Özləri ilə eyni inancda olan, Qurana iman gətirən və Allah’ın əmrlərini yerinə yetirən, Peyğəmbərimizin (səv) sünnəsinə itaət edənləri qardaşları hesab edər və bir-birlərinə yaxın olduqlarını unutmazlar. Müsəlmanlar fikir ayrılıqlarını, ənənə müxtəlifliklərini bir kənara buraxıb bölünməkdən uzaqlaşmalı, hər zaman birləşməyi dəstəkləməlidirlər. Müsəlmanlar birlik barədə bir-birlərini müdafiə etməli, mübahisəli mövzularda da nəzakətli olmalı, ağıllı davranmalıdırlar. Bu mövzunun vacibliyini dərk edən səmimi müsəlmanlar və İslam dünyasının qabaqcıl insanları, ziyalıları ciddi çalışmalı, müsəlmanları birlik və bərabərliyə təşviq etməlidirlər. Dağılmış İslam aləmi əsası sevgi, hörmət, mərhəmət olan İslam Birliyini qurmalıdır, birləşməlidir.
Müsəlmanlar ayrılığı bir kənara buraxıb “qardaş” olduqlarını, bir ailə olduqlarını unutmamalı və bu mənəvi qardaşlığın gətirdiyi gözəl əxlaqla bütün dünyaya nümunə olmalıdırlar.