Yaxın günlərdə Əsad rejiminin insanları həbsxanalarda dəhşətli işgəncələrlə öldürdüyünü sübuta yetirən 55.000 fotoşəkil dünya mediasında yayıldı. Təbii olaraq, bu rejimin qarşısının alınmalı olduğu fikirləri də ictimaiyyətdə yenidən səsləndirilməyə başladı.
Əlbəttə, bu fotoşəkillər Əsəd rejiminin həyata keçirdiyi dəhşətli zülmləri sübut etmək üçün mühüm sənədlərdir. Lakin unutmaq olmaz ki, 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində Əsəd sayısız cinayətlər törədib.
Beynəlxalq Xilasetmə Komitəsindən (International Rescue Committee) əldə edilən son məlumatlara əsasən hazırda Suriyada 9 milyon insan evindən didərgin düşüb. Bunların 6 milyondan çoxu ölkə daxilində və xaricində qaçqın həyatı yaşayır. Əsəd qüvvələrinin kəndləri və məhəllələri tək-tək mühasirəyə alması, bombalaması və qadın, uşaq, yaşlı demədən kütləvi qətl siyasəti yeritməsi dəfələrlə videolarla da bütün dünyaya çatdırılıb. Üstəlik, tibbi yardımdan da məhrum olan günahsız xalq epidemiya xəstəliklərindən də əziyyət çəkir.
Bu gün Suriya dövlətindən əsər-əlamət yoxdu. Ticarət yollarının üstündə yerləşən, minlərlə illik tarixə malik Suriya indi sadəcə məzarlığı xatırladır. Məhşur tarixi əsərlərin izi də qalmayıb. Bütün binalar tamamilə dağıdılıb, infrastruktur, nəqliyyat yerlə-yeksan edilib, ölkə xarabalığa çevrilib. Burada iqtisayyatdan, hər hansı sənayedən bəhs etmək mümkün deyil. Dövlət səviyyəsindəki bütün sənayelərin istehsalında 2011-ci ildən bəri 80% azalma qeydə alınmışdır, qeyri-rəsmi mənbələrdə bu rəqəmin 90%-ə çatdığı bildirilir. Bəlkə də Baas rəhbərliyinin təzyiqi ilə və ya şiddətli ölüm qorxusu ilə kreslosundan əl çəkmək istəməyən Əsəd isə susuz bir təpədə yerləşən evdə sadəcə nəfəs alıb-verir. Məzlum Suriya xalqı isə qoşu dövlətlərdəki çadır qəsəbələrində çox çətin şəraitdə yaşayırlar.
Əsəd qüvvələrinin sarin qazından istifadə etməsi "Qərbin Suriyaya müdaxiləsi" fikrini ortaya atdı. Lakin bu fikrin istənilən nəticəni verməyəcəyi aydındır. Çox vaxt bölgədəki insanlara yardım etmək və ya böhranı həll etmək məqsədi güdən Amerika və digər qərb dövlətlərinin kobud, incə düşünülməmiş müdaxiləsi gücü tükənmiş xalqın daha çətin vəziyyətə düşməsinə, daha çox itki verməsinə səbəb ola bilər.
Suriyadakı insanlıq dramının həll yolu aydındır. Müsəlman dövlətlərinin məzhəb ayrı-seçkiliyinə son qoyaraq birləşməsi və müxtəlif istiqamətlərdə Suriyaya daxil olması tək həll yoludur. İstər Suriyaya yaxın olsun, istərsə də uzaq bütün müsəlman dövlətləri imkanları daxilində bir dəstə göndərməklə sülh ordusu yaratsa və Suriyaya daxil olsa Əsəd qüvvələri bu psixoloji vəziyyətə tab gətirə bilməyəcək. Yalnız təhlükəsizliyi təmin etmək məqsədi ilə silahlanan bu dəstələr Suriyaya 70 ayrı istiqamətdən eyni anda daxil olacaq və vəziyyəti nəzarət altına alıb stabillik yaratdıqdan sonra bircə adamın belə burnu qanamadan Suriyanı tərk edəcəklər.
Belə bir sülh ordusunun yaradılması bu ordunun yaradılmasında iştirak edən dövlətləri heç bir iqtisadi çətinliyə salmayacaq. Müsəlman sülh qüvvələri ABŞ və AB güclərinin nəzarəti ilə dünyada da sakitləşdirici təsir yaradacaqdır.
Bu cür birliklərə tarixdə də rast gəlmək mümkündür. 1998-ci ildə Miloseviçin kosovalı müsəlmanları etnik təzyiqə məruz qoymasından sonra II Dünya Müharibəsindən bu yana Avropada həyata keçirilən ən böyük quru hərakatı olan NATO qüvvələri 1999-cu il 12 iyunda Kosovaya daxil oldu və BMT Kosovanın müstəqilliyinə qədər bölgəni idarəsi altına aldı. NATO qüvvələri ilə mübarizə aparmağın mənasız olduğunu anlayan Miloseviç tək bir adam belə həyatını itirmədən Kosovanı tərk etdi.
Bəs yaxın tarixdə baş verən bu hadisə tək nümunədirmi? Əlbəttə ki, yox. Allah Quranda hz. Süleymanın güclü ordularından bəhs etmişdir. Hz. Süleyman dövrünün ən böyük hərbi qüvvəsinə sahib idi və onun orduları ilə heç bir dövlət döyüşməyə cəsarət etmirdi. Hz. Süleymanın bu hərbi qüvvəni döyüşmək üçün deyil, sülhü qoruyub saxlamaq üçün yaratmışdı. Zülmkar bir qövmün bu güc qarşısında tab gətirə bilməyəcəyini və belə bir qüvvə olduqdan sonra döyüşməyə ehtiyac qalmayacağını bilən hz. Süleyman, sözün əsl mənasında, qarışqanı belə incitməkdən çəkinən peyğəmbər idi. Allah Quranda hz. Süleymanın dişi qarışqanın əzilməməsi üçün ordularının keçdiyi yoldan çəkilməsini istədiyindən bəhs edərkən Süleyman peyğəmbərin üstün əxlaqına diqqət çəkmişdir.
Suriya xalqının daha çox əzab çəkməməsi və bütün dünyanın vicdanını narahat edən bu zülmün ən qısa müddətdə həll olunması üçün müsəlman dövlətlərinin birləşib belə bir ordu yaratması şərtdir. Bundan başqa həll yolları həm müdaxilə etmək istəyən dövlətlərin, həm də Suriya xalqının əleyhinə nəticələr meydana gətirəcəkdir. Məzlum insanların məruz qaldığı zülmə tezliklə son vermək üçün müsəlmanlar aralarındakı fikir ayrı-seçkiliyini bir kənara qoymalı və birlikdə hərəkət etməlidirlər.