Darvinistlər, yazılı və vizual mediadan istifadə edərlər
ucgen

Darvinistlər, yazılı və vizual mediadan istifadə edərlər

9458

Yazılı və vizual media, insanların böyük qisminin ən çox təsirləndikləri təlqin vasitələrinin başında gəlir. Bəzi insanlar, elm adamlarının sözlərinin hamsına sanki iman etdikləri kimi, elmi jurnalların yazıçılarına, tv-də çıxan xəbərlərə də eyni şəkildə etibar edərlər. Günümüzün tanınmış darvinist nəşrlərinin hər hansı birində çıxan darvinizm tərəfdarı bir yazı, bunu oxuyan əksər adam üçün yetərli istinaddır. İnsanlar üzərində darvinizmin saxta dəlillərini nəşr edən elm jurnalının, mütləq doğrunu yazacağı kimi qənaət vardır. İnsanların bir çoxu, bəhsi keçən jurnalın darvinizm dininin sadiq üzvlərindən biri olduğu həqiqətindən xəbərsizdir. Eyni zamanda darvinizm dininin müdafiəçisi olunduğunda ağılın, məntiqin, doğrunun, elmi olanının xaricində hərəkət edildiyinin də fərqində deyildirlər.

Bu anda darvinist diktatorluğun təsiriylə, çox sayda elm jurnalı darvinizm tərəfdarıdır. Dünya səviyyəsində darvinizm əleyhdarı heç bir nəşrin ön plana çıxarılması və qəbul edilməsi həzm edilə bilməz. Məhz bu səbəblə darvinistlərin sahib çıxdıqları, darvinistlərin müdafiə edib dəstəklədikləri nəşrlərin verdikləri xəbərlər, bu nəşrlərin dünya səviyyəsində qəbul görmələri səbəbiylə çox oxucu və ya tamaşaçı tərəfindən dərhal qəbul edilir.

Halbuki, bu böyük səhvdir.

Darvinistlərin məqsədi yalnız təbliğatdır. Onlar, “New Scientist” və ya “National Geographic”də çıxan hiyləli təkamül xəbərindən oxucuların böyük qisminin şübhələnməyəcəyini düşünərək hərəkət edərlər. Dünyaca məşhur alimlərin dünyaca məşhur yazılarının nəşr olunduğu “Nature” kimi elm jurnalının bir yalana ev sahibliyi edəcəyi, öyrəndikləri üzərinə də gərəyi kimi düşünməyən şəxslərin ehtimal vermədikləri vəziyyətdir. Onsuz da bu vəziyyət, darvinist təbliğat baxımından o qədər rahat mühit meydana gətirər ki, darvinistlərin “palçıqlı suda təsadüfən ilk hüceyrənin meydana gəldiyi” hekayəsi kimi ağlasığmaz komediyaya da bir çox insanı inandırmaları çətin olmaz. Bu hekayənin qarışıq ifadələrlə və bir elm adamının imzasıyla darvinizm tərəfdarı “Nature” kimi bir jurnalda çıxması kifayətdir.

Materialist dünyagörüşünə sahib insan və ya təşkilat, materializmə dəstək olma bahasına hər şeyi gözə ala bilər. Materializm tərəfdarı nəşrlərin etdikləri də budur. Onlar, darvinizmi gündəmdə tutmaq və onu müdafiə etmək adına hər şeyi edir və açıq şəkildə elmdən maska olaraq istifadə edirlər. Bu materialist dünyagörüşünü “Nature” jurnalının bu ifadələri kifayət qədər açıqlayır:

Bütün məlumatlar hər şeyi hazırlayan bir varlığı göstərsə belə, belə bir fərziyyə elmin xaricində qalardı, çünki naturalistik deyil.

Görüldüyü kimi materialistlər, elmi bütün konkret kəşflər yaradılışı təsdiq etsə də, bunu qəbul etməməyə özlərini kodlaşdırmışlar. Bu vəziyyətdə elmdən danışmaq əlbəttə, mümkün deyil. Materialistlərin darvinizmə olan sədaqəti elmi deyil, mövhumatçılıqdır. Darvinizm elmi olaraq çürüdülmüş olmasına baxmayaraq, müdafiə olunur, yaradılış isə saysız elmi tapıntıyla təsdiq edilməsinə baxmayaraq, bu şəxslər tərəfindən cahilcə rədd edilir. Çünki materializmə görə, maddədən başqa şərhin qəbul edilməsi qeyri-mümkündür. Məhz bu səbəblə elmi görünüşlü bu jurnalların, elmlə əlaqəsi olmayan təkamül kimi nəzəriyyəni müdafiə etmələrindəki israr aydın olur. Bu yayınlar üçün, nə bahasına olursa olsun, canlıların yaradıldıqları həqiqətini göstərən dəlillər qəbul edilə bilməzdir. Ona görə darvinistlər üçün bunun əvəzinə, bütün dünyaya saxta üsullarla hakim edilmiş yalanı etibarlı və doğru kimi göstərməyə çalışmaqda qorxu yoxdur.

Necə ki, bu yayınların dəstəkçisi olan müxtəlif elm mərkəzlərinin Allah inancına baxışları qiymətləndirildiyində də bu vəziyyət daha açıq şəkildə aydın olur. “Nature” jurnalında, “National Academy of Science (NAS)” (Milli Elmlər Akademiyası) üzvlərinin dinə baxışları haqqında aparılan son araşdırmada ortaya çıxan nəticə budur: biologiya və fizika elmlərindən 517 NAS üzvünün yarısının verdiyi cavaba görə, bu elm adamlarının 72,2%-i ateistdir. 20,8%-i aqnostik (naməlum), yalnız 7,0%-i isə Allahın varlığına inanır. Neyrobiyoloq təkamülçü Robert Provini, “artıq çox az həqiqi dindar bioloq qaldı. Əksəriyyəti ateist və bir qismi də bu vəziyyətə təkamül anlayışı və digər elmlər səbəbiylə gəlmişdir,” etirafıyla bu həqiqəti açıqca dilə gətirir.171 Bu həqiqətlərə baxıldığında, şübhəsiz, elmin yaradılış həqiqətini göstərməsinin ateist elm adamları arasında böyük qəzəb ilə qarşılıq gördüyünü anlamaq çətin olmayacaq. Darvinistlərin yazılı və vizual mediadan istifadə edərək göstərdikləri qarşı səyin arxasında duran səbəb budur.

Henri M. Mores, darvinizm adı altında reallaşdırılan bu yalançı təlqinin çıxış nöqtəsini bu şəkildə izah edir:

Bu gün məşhur olan inanc, Darvinin təkamülün qanununu kəşf etdiyidir. Nəticə olaraq, Darvin bütün zamanların ən böyük elm adamlarından biri olaraq qəbul edilir. Bununla yanaşı həqiqət; Darvinin yalnız köhnə paqanizmin canlandırılması üçün katalizator funksiyası yerinə yetirdiyidir. Həm də bir çox Qərbi Avropa ölkəsinin bir əsrdən müddətdir hazırlandığı Allaha baş qaldırmanın (Allahı tənzih edirik) reallaşdığı dövrdə.

Bəzi insanların “elm adamı yalan danışmaz”, “böyük elm jurnalı yalan yazmaz” yanılmaları onları illərlə aldatmışdır. Bu insanların öz aralarında qurduqları yanlış iman sistemi, darvinistlərin bundan faydalanmalarına, elmdən sui-istifadə etmələrinə səbəb olmuşdur. Halbuki, bu qəti olan həqiqətdir: materialist elm adamı, əgər həqiqətlər öz mənfəətinə uyğun gəlmirsə və əgər həqiqətlər materializmi dəstəkləmirsə, rahatlıqla insanları aldadar. İndi dünyadakı elm adamlarının böyük əksəriyyəti darvinizmi müdafiə edərək açıqca insanları aldadırlar. Uşaqların belə inanmayacağı axmaq hekayələri, elmi olaraq mümkün olmadığını bilmələrinə baxmayaraq, insanlara izah edirlər. Bu vəziyyət, indi qüvvədə olan və dünyadakı bütün darvinist elm adamları tərəfindən tətbiq olunan sistemdir. Bir başqa sözlə, darvinist elm adamı, bütün həyatını elmlə iç-içə keçirməsinə baxmayaraq, rahatlıqla elm adına insanları aldada bilir, bütün həyatını yalana həsr edir.

 

DNT-ni kəşf edərək Nobel mükafatı alan, bütün həyatını təkamül yalanını müdafiə edərək keçirən və 2004-cü ildə “insanın neyron yığını” olduğu şəklindəki reaksiya çəkən sözləriylə, ruhun varlığını rədd edərək ölən fizika və biologiya professoru Frensis Krik bunun ən açıq nümunəsidir. Ateist olan fizik, molekulyar bioloq və neyrobiyoloq olaraq, Allahın üstün sənətinə dair saysız dəlili görməsinə və bunları şəxsən kəşf etməsinə baxmayaraq, bunların möcüzə xüsusiyyətində xüsusi yaradılışı işarə etdiyi həqiqətini insanlardan gizləmək üçün həyatı boyunca çalışmışdır. Hətta Allahın varlığını qəbul etməmək üçün (Allahı tənzih edirik) həyatın yadplanetli varlıqlar tərəfindən gətirildiyini də iddia edəcək mərhələyə gəlmişdir. Naturalist, darvinist baxış bucağının bir elm adamına gətirdiyi nəticə belə alçaldıcı məntiqsizlikdir.

Buna başqa nümunə də paleontologiyanın göstərdiyi bütün yaradılış dəlillərini şəxsən görüb araşdırmış olmasına baxmayaraq, həyatı boyunca ateist və naturalist olaraq qalmış olan başqa darvinist elm adamı Harvard paleontoloqu Stefen Cey Qulddur. Stefen Cey Quld da, eynilə Krik kimi, bütün həyatını elmlə məşğul olaraq keçirmiş, Allahın açıq-aşkar olan varlığını öz ağlına görə rədd edə bilmək üçün (Allahı tənzih edirik), Sıçramalı Təkamül kimi son dərəcə məntiqsiz və dəlilsiz nəzəriyyəni həyatı boyunca müdafiə etməkdən çəkinməmişdir.

Bu vəziyyətdə darvinist elm adamlarının hər etdiklərinin və hər söylədiklərinin doğru olduğuna dair inanc ağılsızlıqdır, şüursuzca edilmiş qəbuldur. Halbuki, həyatları boyunca inkar içində olan bu insanların bilmədikləri və qavraya bilmədikləri həqiqət vardır: Aləmlərin Rəbbi olan Uca Allah, həyatı boyunca dəccaliyyəti yaymaq üçün səy içində olan, bütün ömrünü bu mübarizə ilə keçirən insanların etdiklərinin boşa çıxacağını ayələrində xəbər vermişdir:

 

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi,103-104)

 

Dəccalın dəstəkçiləri, dünya həyatında Allah inancına qarşı göstərdikləri səyin dəyəri olacağını, bununla üstün gələcəklərini və qazanclı çıxacaqlarını zənn edirlər. Halbuki bu, əvvəldən çürük sistemdir. Haqq dinə qarşı olan bütün sistemlər, Allahın vədi gərəyi mütləq məğlubiyyətə məhkumdur. Uca Allah, şübhəsiz ki, hər şeyə qadirdir. Allah ayəsində belə bildirir:

 

Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)

 

Darvinistlərin elmi ideologiyalarına alət edərkən istifadə etdikləri ən klassik taktikalardan biri də özlərindən son dərəcə əmin üslubdan istifadə etmələridir. Təkamüldən, doğruluğu qəti və üzərində müzakirəyə də gərək olmayan saxta elmi nəzəriyyə kimi bəhs edərkən, Darvini də sanki dünyanın ən əhəmiyyətli elm adamı elan edərlər. Halbuki, bir çox elm tarixçisi və yazıçının da açıqca ifadə etdiyi kimi, Darvin yeni bir şey kəşf etməmiş, ağıl və məntiq icra edərək və ya müşahidə edərək nəzəriyyə ortaya qoymamışdır. Bir qrup sərxoş dənizçiylə uzun dəniz səfəri etmiş, hətta bu səfərdə yığdığı bir çox canlı növünü araşdırmadan kənara atmış, böyük atasından öyrəndiyi köhnə Misir və Şumerdən bəri var olan təkamül yalanını yenidən gündəmə gətirmişdir. Təbii ki, darvinistlər bu həqiqəti heç bir zaman dilə gətirməz, hətta diqqətlə gizləyərək, insanları aldada bilmək üçün Darvini böyük elm adamı kimi göstərməyə çalışarlar. Molekulyar fizik və eyni zamanda teologiya professoru olan Alistr Mqraf, bu vəziyyəti bu sözlərlə dilə gətirir:

19-cu əsrdə Amerikanın ən məşhur ateist yazıçısı halına gələn dəmiryol vəkili Robert Qrin İnqersol (1833-99) ... 1884-cü ildəki yazısında bunu açıqladı: “Bu əsrə Darvin əsri adı veriləcək… Onun təkamül doktrinasını, ən uyğunların həyat doktrinasını və növlərin mənşəyi doktrinasını mühafizəkar xristianlığın son qalıqlarını bütün düşünən ağıllardan qaldırdı.”

Bu vəziyyət şübhəsiz, bəhsi keçən elm adamlarının yazılarının yer aldığı elm jurnalları üçün də keçərlidir. Dünyanın tanınmış elm jurnallarında yalnız darvinizm təbliğatı edildiyinə görə, bu jurnallarda yalnız darvinist elm adamlarının yazılarına yer verildiyinə görə və bu elm adamları da ideoloji olaraq təkamül yalanını davam etdirmək və müdafiə etmək məcburiyyətində olduqlarına görə, elmi sözlərlə bəzənmiş yazıların mütləq doğru olduğuna inanmaq eyni ağılsızlığı sərgiləmək olacaq. İnsanlar üzərində bu batil inanc sistemindən darvinistlər illər boyunca istifadə etmişlər. Lakin artıq bunun ortadan qalxma və həqiqi elmi doğruların qəbul edilmə vaxtı gəlmişdir. Darvinizmin ən əhəmiyyətli təbliğat silahı olan yazılı və vizual mətbuat, insanları aldada bilməyincə, geriyə darvinist təbliğatın başqa istifadə edəcəyi sahəsi qalmamış olacaq.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr