Qədim Misirdə şəhərsalma və ifrastrukturun rolu
ucgen

Qədim Misirdə şəhərsalma və ifrastrukturun rolu

1392

Misirin quru iqlimə malik olması bu gün bizə bu sivilizasiyadan çoxsaylı dəlillər qoymuşdur. Bu məlumatlar qədim Misir şəhərlərinin son dərəcə inkişaf etmiş bir infrastruktura malik olduğunu göstərir.

Qüsursuz infrastrukturun inkişaf etmiş olması bu şəhərləri inşa edənlərin mütərəqqi memarlıq və mühəndislik biliklərinə sahib olduqlarını göstərir. Yer altı yolların çəkilməsində statikanın müəyyən edilməsi, üfüqi tirlərin quraşdırılması lazım olan yerlərin müəyyən edilməsi, hansı dərinlikdə basdırılacağı və yolun uzunluğunun təyin edilməsi, havalandırmanın hansı yerlərdə hansı effekti verəcəyinin hesablanması, təmiz və çirkab sularının bir-birinə qarışmadan nəql edilə bilinməsi kimi bir çox xırdalıqların incə hesablarla düşünülməsi və ən əhəmiyyətlisi isə bu işlərin həyata keçirilməsində heç bir xətaya yol verilməməsi gərəkir. Bütün bu texnikaları misirlilər bilirdilər. Əlimizdə olan məlumatlar bu həqiqəti açıq-aşkar sübut edir.

E.ə. 3000-ci illərdə misirlilərin istifadə etdiyi memarlıq texnikaları və infrastruktur məsələsinə yanaşmaları son dərəcə peşəkar və problemləri həll etməyə meyillidir. Quraq ölkə olan Misir üçün suyun əhəmiyyəti çox böyükdür. Bu səbəbdən də, bu məsələ üzrə də qalıcı həll yollarını tapmışlar. İnfrastrukturla əlaqədar olaraq misirlilərin həyata keçirdikləri ən vacib layihələrdən biri suyu qorumaq üçün inşa etdikləri anbarlardır.

Məsələn, Fayyun vadisində kəşf edilən böyük su anbarı bunlardan biridir. Qədim Misirdə həyatın müəyyən yerlərdə davamlılığını təmin edə bilmək üçün süni göllər inşa edilmişdi. Bunun sayəsində Nil çayının suyu həmin bu süni göllərdə toplanaraq Misir çöllərində inkişaf etmiş bir sivilizasiya qura bilmişlər. Bugünkü Qahirədən səksən kilometr cənubda yerləşən Moris gölü misirlilər tərəfindən Nil çayının suyunu bir kanal vasitəsi ilə toplamaq məqsədi ilə salınan süni göllərdən biridir. Həmin bu su xəzinələrinin yaxınlıqlarına ev və məbədlər inşa edilmişdi. 1

Misirlilərin tibb sahəsindəki bilikləri, şəhərsalma və mühəndislik bilikləri və bu biliklərin praktikada tətbiq edilməsi son dərəcə inkişaf etmiş bir sivilizasiyaya sahib olduqlarını göstərən əhəmiyyətli dəlillərdən bir neçəsidir. Bu nəzəri bilik və onların praktikada tətbiq edilməsi təkamülçülərin iddia etdiyi “cəmiyyətlərin ibtidaidən aliyə doğru inkişaf etdikləri” tezisini bir daha yerlə yeksan edir. Günümüzdən təxminən 5000 il əvvəl yaşayan bir cəmiyyət günümüzdəki müxtəlif cəmiyyətlərdən, hətta günümüzdə bu torpaqlarda yaşayan bəzi cəmiyyətlərdən belə daha mütərəqqi sivilizasiya səviyyəsinə sahibdir və bu vəziyyətin təkamüllə izah edilə bilməsi mümkün deyil. Şübhəsiz ki, misirlilərin bu yüksək sivilizasiyada yaşadığı dövrdə dünyanın müxtəlif bölgələrində daha geridə qalmış sivilizasiyalar, daha ibtidai şərtlərdə yaşayan insanlar da mövcud olmuşdur. Lakin bunların heç biri nə daha az insan keyfiyyətlərinə sahibdir, nə də guya meymunabənzər xüsusiyyətlərə. Qədim Misirdə qədim misirlilərlə eyni dövrdə ibtidai şəraitdə yaşayan insanlar da, bundan yüz minlərlə il əvvəl var olmuş insan cəmiyyətləri də, günümüzün insanı da bütün keyfiyyətləri ilə həmişə insan olaraq var olmuşdur. Bəzi cəmiyyətlərin daha mütərəqqi, bəzilərinin isə daha ibtidai şəraitdə yaşamış olması, darvinistlərin iddia etdiyi kimi, onların əsla heyvanlardan meydana gələn bir növ olduğunu və ya birinin digərindən təkmilləşdiyini göstərə bilməz. Bu, elmə, ağıla və məntiqə zidd bir şərhdir.

Qeydlər:

1. Afet İnan, “Qədim Misir tarixi və mədəniyyəti”, “Türk Tarih Kurumu” Nəşriyyatı, Ankara: 1956, səh. 87

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr