1) Hz. Əbubəkr və hz. Osmandan sonra Peyğəmbərimizə (s.ə.v.) tabe olan ilk müsəlmanlardan olmaq şərəfinə nail olan və buna görə işgəncəyə məruz qalan Talha ibn Ubeydullah Uhud döyüşündə Rəsulullahı qorumaq üçün böyük qəhrəmanlıqlar göstərən səhabələrdəndir. Malik bin Zubeyr adlı sərrast nişançının Peyğəmbərimizə (s.ə.v.) atdığı oxların qarşısını almaq üçün oxlara əlini sipər edən Talha bin Ubeydullahın əli parçalanmış, barmaqları şikəst olmuşdur. Bu döyüşdə səksənə yaxın yara almış, hər yeri qılınc, mizraq və ox zərbələri ilə yaralanmışdır, lakin Rəsulullahın yanından ayrılmamış və onu qorumuşdur. Hz. Əbubəkr və Sad bin Əbu Vəqqas Peyğəmbərimizin (s.ə.v.) yanına çatdıqda qan itkisindən huşunu itirmiş Talha bin Ubeydullah özünə gələn kimi onlardan ilk əvvəl Rəsulullahı soruşmuşdur.
2) Səhabələrin üstün fədakarlıq nümunələrindən biri isə hələ uşaq yaşda olan və yaxud əksinə, yaşlı olduqlarına görə zəif olan səhabələrin belə Allaha olan sevgilərindən, imanlarının şövqündən və Rəsulullaha olan sədaqətlərindən Peyğəmbərimizlə (s.ə.v.) birlikdə döyüşə getmək istəmələridir. Yaşı az olduğu üçün Bədr müharibəsinə getməyən Əbu Saidi Xudri Uhud döyüşünə getmək üçün Peyğəmbərimizdən (s.ə.v.) izin istəmiş, lakin Peyğəmbərin göstərişinə əsasən öz həmyaşıdları ilə birlikdə Mədinədə qalmışdır.
3) Həm yaşlı, həm də ayağı şikəst olan Amr ibn Cəmuh da iman coşğusu və Allahın rizasını qazanmaq arzusu ilə Peyğəmbərimizdən (s.ə.v.) Uhud döyüşündə iştirak etmək üçün icazə istəmiş və bu müharibədə şəhid olmuşdur. Rəsulullah vəfat edənə qədər onunla, daha sonra Hz. Əbubəkr və Hz. Ömər vəfat edənə qədər də onlarla birlikdə vuruşan Əbu Talha isə yaşlı olmasına baxmayaraq müsəlmanlarla birlikdə bir daha döyüşə getmək üçün təkid etmiş və bu döyüşdə dənizdə olarkən şəhid olmuşdur.
4) Uşaqlar və yaşlılarla bərabər Peyğəmbərimizin (s.ə.v.) dövründə saleh mömin qadınlar da səmimiliyi, cəsarəti və fədakarlığı ilə fərqlənmişlər. Bu nümunəvi qadınlardan biri Ümmi Ümarə Nəsibə bint Qabdır. Qazilərə su paylamaq və yaralarını sarımaq üçün iştirak etdiyi Uhud döyüşünün qızğın anında Rəsulullaha hücum edənlərə qarşı fədakarlıqla mübarizə aparmışdır:
“Özlərini, xanımlarını və uşaqlarını qoruduqları kimi Allahın Rəsulunu da qoruyacaqlarına” dair Əqəbədə Allahın Rəsuluna beyət edən Nəsibə bint Qab döyüşün bir anda müsəlmanların əleyhinə çevrildiyini və düşmənlərin Allahın Rəsulunun ətrafında toplaşdığını görmüş və qılınc götürərək Peyğəmbərimizi (s.ə.v.) qorumağa çalışmışdır. Digər səhabələrlə birlikdə Peyğəmbərimizin (s.ə.v.) ətrafını mühasirəyə alaraq bədənlərini ona qalxan edən insanlardan biri olan Nəsibə bint Qab bir çox yerindən yaralanmışdır.
5) Özlərindən, ailələrindən, qohumlarından əvvəl daima Peyğəmbərimizin (s.ə.v.) təhlükəsizliyini düşünən nümunəvi müsəlmanlardan biri də İqrimə ibn Əbu Cəhildir.Müsəlmanlara qarşı kini və düşmənçiliyi ilə tanınan Əbu Cəhilin oğlu İqrimə ibn Əbu Cəhil hz. Əbubəkrin xəlifəliyi dövründə Bizansa qarşı aparılan Yermuk döyüşündə iştirak etmişdir. Qələbə ilə nəticələnən döyüşün sonunda ağır yaralanan Əl Haris İbn Hişam, Süheyl ibn Əmr və İqrimə ibn Əbu Cəhilin bir-birlərinə olan fədakar davranışları belə rəvayət edilir:
Yermuk döyüşündə Haris ibn Hişam, İqrimə ibn Əbu Cəhil və Süheyl ibn Amr ağır yaralanaraq yerə yıxıldılar. Haris ibn Hişam su istədi. Əsgərlərdən biri ona su apardı. İqrimənin ona baxdığını gördükdə “bu suyu İqriməyə apar” dedi. İqrimə suyu alarkən Süheylin ona baxdığını gördü, suyu içməyərək “bunu apar Süheylə ver” dedi. Lakin su Süheylə çatanda Süheyl öldü. Suçu İqrimənin yanına qaçdı, lakin İqrimə də ölmüşdü. Dərhal Harisin yanına qaçdı. Haris də ölmüşdü.
6) Rəvayətlərdə Əbu Musa əl-Əşarinin cəsarəti və fədakarlığından belə bəhs olunur:
Əbu Musa əl-Əşari belə rəvayət edir: Peyğəmbərlə birlikdə döyüşə çıxdıq. Altı nəfər idik. Bizim bir dəvəmiz vardı. Ona növbə ilə minirdik. Ayaqlarımız yaralandı. Mənim hər iki ayağım həm şişdi, həm də dırnaqlarım düşdü. Ona görə ayağımıza bez parçaları bağladıq. Ona görə həmin döyüşə “Zatur Riqa” (ayağı sarıqlılar hərbi) deyilir.
7) Musab ibn Umeyr Uhud döyüşündə bir qılınc zərbəsi ilə sağ qolunu itirmiş, ardınca bayrağı sol əlinə almış, ikinci qılınc zərbəsi ilə sol qolunu da itirmiş, lakin bu vəziyyətinə baxmayaraq özünü Peyğəmbərimizə (s.ə.v.) sipər etmişdir. Peyğəmbərimizi (s.ə.v.) qoruyarkən bədəninə batan mizraq yarasından şəhid olmuşdur.
1- Muhammed Yusuf Kandehlevi, Hayatü’s Sahabe, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, 1-ci cild, Sentez Neşriyat, Temel Eserler Serisi: 2/1, səh. 295 (Kenzü’l-Ummal, V/310; Ebu Nuaym, Hilye , I/260)
Büyük Hadis Külliyatı, Cem’ul Fevaid, İz Yayıncılık, 3-cü cild, Yeni Şafak, səh. 332 (Rudani. Ebu Musa (r.ə-dən) (Bu hadisi Buhari (mağazi bölümü 31/2, V, 52) ve Müslim (149, səh.1449) Ebu Usame an Büreyd b. Abdillah b.e. Bürde an Ebi Bürde an Ebi Musa asl-ı senedi ile tahric ettiler)