"Multikulturalizm", "müxtəliflik", "şəxsiyyət" kimi dövrümüzdə tez-tez qarşılaşdığımız anlayışlar bir çox sahədə mübahisə mövzusudur. Hər hansı bir mədəniyyətə, etnik ünsürə və ya inanc qrupuna qarşı «fərq» yaradan təşəbbüsləri tənqid edənlərin sayı keçmişə nisbətən artıb. İrqindən, dinindən, dilindən, mədəniyyətindən asılı olmayaraq harada olursa-olsunlar, bütün insanların azad yaşamaq hüququna malik olduqları artıq geniş kütlələr tərəfindən müdafiə edilir.
Azadlıq müasir dünyanın əsas dəyərlərindən biridir. Xarici təzyiqlərə, əngəl və müdaxilələrə məruz qalmadan hərəkət edə bilmək, istədiyi fikrə sahib olmaq, məhdudiyyət qoyulmadan istədiyi fikri müdafiə etmək, həyatı istədiyi kimi yaşamaq hər kəsin ilkin tələbidir. İnsanlar ancaq seçimlərinə qarışılmayan, təzyiqdən və sərt intizamdan uzaq mühitdə rahat və xoşbəxt ola biləcəklərini bildirirlər. Müstəqillikləri əllərindən alındığı təqdirdə isə üzərlərində qorxu, narahatlıq, güvənsizlik yaranır. Sevinclərini, şövqlərini, həyəcanlarını, istehsal etmə qabiliyyətlərini itirir və bu da qaçınılmaz olaraq yanlış quruluşun ortaya çıxmasına səbəb olur.
Müstəqillik insanlar üçün nəfəs aldıqları hava, içdikləri su qədər önəmlidir. İnandığı dəyərlərdən və seçdiyi həyat tərzindən məhrum olmaq dünyanın harasında olursa-olsun, hər insana ölüm kimi gəlir.
Bir sıra insanların dindən uzaq qalmalarının da səbəbi azadlıqlarını itirmə qorxusudur. Dinin, müdafiə etdikləri dəyərləri və sahib olduqları bütün gözəllikləri əllərindən alacağını zənn edirlər. Bu səbəbdən də dinə yönələcəkləri vaxtı mümkün olduğu qədər ertələməyə çalışırlar.
Dinin ictimai həyatla zidd olduğu yanılqısı insanlar arasında olduqca geniş yayılıb. "Həyatımı istədiyim kimi yaşaya bilməyəcəyəm", "hobbilərimdən, zövqlərimdən uzaq qalmalı olacağam", "istədiyimi edə bilməyəcəyəm", "rahatlığım gedəcək" zənni ilə dinə yönəlməyi ertələyənlər isə daha çox gənclərdir. Dinə yönəldikləri zaman bir çox zövq və vərdişlərindən güzəştə getmək məcburiyyətində qalacaqlarını düşünən gənclərin dinlə bağlı fikirləri dinin əzab, əziyyət, bədbəxtlik, sıxıntı və bədbinlik gətirən həyat tərzi olduğu yönündədir. Qocalana kimi dindən uzaq qalmağı özləri üçün daha əlverişli hesab edirlər. Çünkü tərəzinin bir gözündə zövqlərini, sevinclərini, sənəti, estetikanı, musiqini, rəqs və əyləncəni, yəni gözəl hesab etdikləri bütün dünya nemətlərini, digər gözündə isə dinin tələbi olduğunu düşündüklərini - gülməyin, əylənməyin, musiqinin, idmanın, gözəl qeyinməyin qadağan olduğu, sənətdən, estetikadan uzaq, içinə qapalı həyat tərzini qoyurlar. Əlbəttə ki, ruhları gözəllikləri tərcih edir və gözəllikləri tərəzinin «dünya» gözünə qoyduqları üçün heç düşünmədən dindən üz çevirirlər.
Halbuki din dünya nemətlərindən imtina etməyi məcbur etmir. Dünyanı və dünya nemətlərini tərk etməyi nəzərdə tutmur. "Ya din, ya dünya" kimi bir anlayışın dində yeri yoxdur. Dinin şərti dünya nemətlərindən faydalanarkən Allahın unudulmaması, nemətlərin və bütün gözəlliklərin tək sahibinin Allah olduğu gerçəyinin gözardı edilməməsidir.
Din gözəl restoranda yemək yeməyi, gözəl paltarlar geyinməyi, musiqi dinləyib əylənməyi qadağan etmir. İnsan gözəl paltarlar geyinmək, səyahət etmək, gəzmək, əylənmək, rəqs etmək, idmanla, sənətlə məşğul olmaqla din arasında seçim etmək məcburiyyətində deyil. Dinin sərhədləri daxilində bunların hamısını etməkdə azaddır. İstədiyi kimi baxımlı və gözəl ola bilər, gözəl paltarlar geyinə bilər, gözəl daş-qaşlar taxa bilər, gözəl ətirdən istifadə də bilər, bütün hobbilərini davam etdirə bilər. Din bunları qadağan etmədiyi kimi insanlara ən gözəl, ən estetik, ən xoş şəkildə görünmələrini tövsiyə edir.
Qısası, din nemətləri qadağan etmir. Nemətlərin sahibi olan Allaha qarşı nankorluğu, vəfasızlığı, sevgisizliyi qadağan edir. İnsan dünya nemətlərindən istifadə edərkən o nemətlərin sahibinin Allah olduğunu, bütün gözəlliklərin Allah tərəfindən ona bağışlandığını unutmamalıdır. Etməli olduğu təkcə budur.
Unudulmamalıdır ki, dünya nemətlərini gözəl yaradan və o gözəlliklərə qarşı insanların qəlbinə məhəbbət yerləşdirən Allahdır. Rəngarəng şəhər həyatı, bəzəkli vitrinlər, led ekranlı reklam bilbordları, kafelər, restoranlar, maşınlar, gözəl evlər, baxçalar, geyimlər… Allah bunları, bunlardan zövq almağı qadağan etmir. Əksinə onları yaradan Özüdür. Bunlar Allahın qullarına olan sevgisinin bir təcəllisidir. Qarşılığında bizə düşən, bütün bu gözəlliklərin və bütün kainatın yaradıcısı olan Rəbbimizə sevgimizi şükürlə, ibadətlə, dua və gözəl əxlaqla göstərməkdir.
Din və dünya bir-birindən fərqli iki anlayış deyil. Din və həyat birlikdə yaradılıb. Din həyatın özüdür. Həyatın hər sahəsini, hər anını, hər təfərrüatını əhatə edir. Dinlə dünyanı bir-birindən ayıraraq dini yaşamağı sonrakı illərə ertələməyin heç bir mənası olmadığı kimi, heç bir qüvvəsi də yoxdur. Belə ki, həyatı meydana gətirən hər şey dinin içində mövcuddur. Müasirlik, estetika, gözəllik, sevinc, cəmiyyətlər arasındakı sülh, qardaşlıq, dostluq kimi… Dolayısilə dini yaşayan insan həyatın tələblərini də lazımınca yerinə yetirən insandır.
Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi:
http://www.nst.com.my/news/2015/09/worldly-blessings-are-gifts-god