Yaz fəslinin əvvəlindən etibarən Honkonqda parıldayan bir qığılcım ötən həftələrdə küçə nümayişləri ilə qəfildən alovlandı. Bəzi solçular və demokratiya tərəfdarları diqqətlərini bu istiqamətə yönəltdilər. Amma sosial və müstəqil dünyanın marağı və təsiri o qədər də güclü deyildi. Maraq bir yerdən gəlirdi: maliyyə bazarlarından. Honkonqda demokratiya üçün nümayişlər olur, ancaq bu demokratiya hərəkatını köşələrində işıqlandıranlar daha çox iqtisadçılar olurdu.
Bunu anlamaq üçün Çin və kapitalizm əlaqəsinə bir az yaxından baxmaq lazımdır. 1949-cu ildə iqtisadi mənada çökmüş Çinin o tarixdən etibarən iqtisadi artım sürəti dünyanın təəccüblə izlədiyi hadisələrdən biridir. Bir çox insan buradan yola çıxaraq Çinin kommunist sistemi tərk edərək kapitalizmə doğru addım atdığı açıqlamasını vermişdir. Halbuki Çin Çin Kommunist Partiyasının tək partiyalı diktatorluğunu o tarixdən indiyə kimi əsla tərk etməmiş, iqtisadi, sosial, şəxsi və gündəlik həyatda kommunist təzyiq, şiddət və qadağa siyasətini yeritmiş bir rejimdir. Kommunizmin tələbi olaraq dövlət güclənir, amma xalq yoxsul qalır. İşçinin və zəifin dəyəri yoxdur. Ölkə demokratiyadan uzaqdır, ancaq kommunist diktaturaların hamısında hakim olan despot sabitlik mövcuddur. Qərbli investorların arayışı da demokratiya deyil, bu yanıldıcı sabitlik olduğu üçün Çinə Qərbdən investisiya nisbəti yüksəkdir. Bütün bunlara investorların ucuz işçi qüvvəsinə olan marağını da əlavə etmək yerində olacaq.
Honkonq Çində mövcud olan bu kapitalist sistemin şah damarıdır. 1842-ci ildən etibarən İngiltərənin hökmranlığı altında olan Honkonq xüsusi bir razılıq nəticəsində 1997-ci ildə Çin Xalq Respublikasına təhvil verilmişdir. Bu təhvil-təslimdə isə bir şərt var: Honkonq demokratik müstəqilliyini mühafizə etdiyi muxtariyyat olaraq qalacaq. “Tək ölkə iki sistem[ay1] ” deyilən bu sistem bu şəkildə həyata keçirilmişdir.
Honkonq bu səbəblərlə Çindən fərqli olaraq söz azadlığına, demokratiyaya və qərbli yaşam tərzinə sahib olmuşdur. Kommunist Çin isə öz normalarına uyğun olmayan bu demokratiya və müstəqilliklərə indiyə kimi səs çıxarmamışdır. Bunun səbəbi İngiltərə ilə gəldiyi razılığa bağlı qalmasından əlavə, ticarət və liman şəhəri olan Honkonqun eyni zamanda qazanc mərkəzi olmasıdır. Başqa sözlə, kapitalist sistem Çində Honkonqun varlığı ilə güclənmişdir.
Bu hal Çinin kommunizmi tərk edib kapitalizmə keçdiyi demək deyil. Çin Leninin məlum Yeni İqtisadi Siyasət [ay2] (NEP) taktikasını izləyərək kommunizmin çətin anında kapitalizmə sarılma yolunu seçdi. Bu taktika iqtisadi mənada çökmüş kommunist ölkələrin geri addım siyasəti olaraq həyata keçirilmiş və bunun nəticəsində də iqtisadi baxımdan güclənmiş kommunist dövlət qurmaq məqsədi güdülmüşdür.
Belə ki, 1997-ci ildən etibarən gözlənilmədən Honkonqun müstəqilliyinə səs çıxarmayan Çin bir anda reaksiyasını dəyişdirmişdir. Bu, iqtisadi mənada güclənən kommunist dövlətin işarələrini göstərir.
Çin Milli Xalq Məclisi Daimi Komitəsinin qısa müddət əvvəl Honkonqun 2017-ci ildəki seçkilər üçün birbaşa namizəd olma imkanını aradan qaldırdığını açıqlaması və namizəd komitəsini özü tərəfindən müəyyən ediləcəyini elan etməsi Honkonq üzərində kommunist idarəçiliyin gəlməsi deməkdir. 1842-ci ildən etibarən kapitalist iqtisadiyyatın sanki istismar bazasına çevrilən Honkonq üçün Çin haqq iddia edir və Honkonqdan gələn payı öz qaynaqlarına köçürmək istəyir. Honkonqda mövcud olan demokratiyanı isə Çin heç vaxt normal qarşılamamışdır. Sadəcə olaraq xarici investorlar üçün bu bölgəyə möhlət vermişdir.
Lakin dünyanın nizamı çox dəyişdi. Çox təəssüf ki, kommunizmin köhnə məntiqinin təsiri altında qalan ölkələr bunu görmürlər. Dünya kommunizmi rədd edir, kütlələr kommunizm bəlasından uzaq olmaq istəyirlər. II Dünya Müharibəsindən sonra sovet rejimleri bu səbəbdən süqut etmişdi. Almanya bu səbəbdən birləşdi, Ərəb baharı bu səbəbdən başladı və bütövlükdə marksist olan Bəəs diktatorlarının ölkələrinə sıçradı. PKK kimi leninist terror təşkilatları bu səbəbdən məğlub olur və yox olurlar. Rusiya Putin idarəçiliyndən etibarən bir çox əngələ baxmayaraq, Qərbin demokratiyasını arzu edir. Bu dünyada kommunizmin mövcud olma sahəsi yoxdur.
Honkonqda gənclər bu səbəbdən qiyam qaldırdılar. Yanlarında duran o qaranlıq, saxta və ürküdücü ideologiyanın onlara da gəlməsini istəmirlər. Müstəqilliklərinin əllərindən alınıb robotlaşdırıldıqları qadağa və təhdidlər dünyasının içində olmaq istəmirlər. Bunun necə bir bəla gətirəcəyini çox yaxşı bilirlər.
Çin nümayişçilərə Tiananmen fəlakətindən sonra dünyanın gözünə batacaq və iqtisadi sabitliyə çox təsir edəcək bir müdaxilə etmədi. Bu yaxşı göstəricidir. Ancaq bilinməlidir ki, həmin etirazçılarla Çin rəhbərliyi arasında bir razılıq əldə edilsə belə, Çin məqsədindən dönməyəcək. Amerika, Avropa və Tayvan kimi ölkələrin, uzaqdan qınamağın və ya etirazçılara “arxanızdayıq” mesajı vermələrinin isə heç bir faydası olmayacaq. Kommunizm bəlası Honkonq üçün hazırda çox ciddi təhdiddir.
Etiraz demokratik haqdır və Honkonq nümunəsində olduğu kimi səs sala bilir. Ancaq alınan bu haqqın qalıcı olması üçün kommunizmə qarşı elmi və təsirli mübarizə üsulu olmalıdır. Kommunizm saxta elmi əsaslar üzərində qurulmuşdur, ancaq bir çox kommunist bundan xəbərsizdir. Dini, əxlaqı, ailəni, dövləti rədd edən, insana tamamilə zidd bu saxta ideologiyanın elmi dəlillərlə çürüdülməsi və bu mövzuda dünya səviyyəsində təsirli işlərin görülməsi vacibdir. Bu sadəcə təhlükənin eşiyindəki Honkonqun deyil, uzun illərdir bu fəlakəti yaşayan Çin, Şimali Koreya kimi ölkələrin də qurtuluşuna bir yol olacaq.
[ay1] one country, two systems
[ay2] New Economic Policy
Adnan Oktarın «The Jakarta Post»da nəşr olunan məqaləsi: