Kəhf surəsi, 16 (Kəhf hekayəsində hz. Xızır (ə.s))
ucgen

Kəhf surəsi, 16 (Kəhf hekayəsində hz. Xızır (ə.s))

948

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (19 oktyabr 2012, 22:00)

Kəhf surəsi, 16 (Kəhf hekayəsində hz. Xızır (ə.s))

Adnan Oktar: “Aralarından biri belə dedi: “Madam ki, siz onlardan və Allahdan başqa tapındıqlarından ayrıldınız””, aralarından biri; bu, təfsir edənin şərhidir. Belə şey yoxdur. Hz. Xızır (ə.s). "Madam ki, siz onlardan və Allahdan başqa tapındıqlarından ayrıldınız", "onlardan", yəni kimlərdən? Ailələrindən, ata-analarından, bacı-qardaşlarından ayrılır. Onlar dediyi ailələridir. Yanında yaşadığı insanlardır. Onların yanından ayrılırlar. "Madam ki, siz", deyir kənardan biri. Onlardan, yaxınlarınızdan, qohumlarınızdan "və Allahdan başqa tapındıqlarından", yəni Allaha qarşı soyuq, dinə qarşı məsafəli olan yanlış inanclarından, adamlıq dinindən, azğın inanclardan, kommunistlikdən, PKK-dan, darvinist, materialist düşüncədən. "Allahdan başqa tapındıqlarından ayrıldınız, o zaman, (dağlara çəkilib) mağaraya sığının", yəni bir yerə toplanın, ailənizdən ayrılıb bir yerə toplanın. "Rəbbiniz sizə rəhmətindən (bol-bol) bəxş etsin", yəni:Allah sizə o zaman kömək edər” deyir. "Və işinizdən sizə bir fayda asanlaşdırsın". Məhz o zaman Allah sizin işinizi asanlaşdırar, deyir. Lakin bu biridir, bir insandır. Yəni bunun üçün böyük elm lazımdır. Vəhy lazımdır. Bunu söyləyən ya bir peyğəmbər olmalıdır, ya hz. Xızır (ə.s). Peyğəmbər olmadığına görə, hz. Xızır (ə.s)-dır. Baxın, çünki: "Madam ki, siz onlardan və Allahdan başqa tapındıqlarından ayrıldınız, o zaman, (dağlara çəkilib) mağaraya sığının" deyir. Qaçıb gedin deyə bilər, kəndlərə gedin, şəhərə gedin deyə bilər. Niyə mağaraya sığının, niyə bir yerə toplanın dedi? "Rəbbiniz sizə rəhmətindən (bol-bol) bəxş etsin". Rəhmətini bəxş edəcəyini haradan bilir? Ümid edirəm, deyə bilər. Bəxş etsin, deyir. Bilir. "Və işinizdən sizə bir fayda asanlaşdırsın". Bu ancaq vəhylə bilinər, inşaAllah. Allahualəm.

PAYLAŞIN
logo
logo
logo
logo
logo