Dəniz güllərindən biri olan aktiniyalar mikroskopik mərmilər ataraq ov edən onurğasız canlılardır. Eşitmə qabiliyyətləri zəif olan bu canlılar ovlarının yerini titrəşməyə həssas qəbuledicilər vasitəsilə müəyyən edirlər. Kapsul formasında olan zəhərli mərmilərini isə saniyədə 2 metr sürətlə ovlarına doğru atırlar.
Aktiniyalar kapsullarını iki fərqli üsulla, kimyəvi və toxunma üsulu ilə atırlar. Onların bu taktikalarını daha yaxşı öyrənmək üçün bir sıra tədqiqatlar aparılmışdır. Tədqiqatların birində aktiniya hovuza yerləşdirildi. Daha sonra dəniz xərçənginin xarici qabığı şəkərə batırıldı və kiçik titrəyən çubuq canlıya toxundurularaq fərqli şəkər ölçülərində, eləcə də müxtəlif titrəşmə tezliyində neçə mərmi atdığı hesablandı. Şəkər olmayanda 55 Hs-lik, şəkər əlavə edildikdə isə 5 Hs-lik titrəşmə mexanizmi işə düşdü. Bu cür dəqiq hesablamanı üstündəki kiçik çıxıntılar vasitəsilə edən dəniz canlısı, əslində, 50 Hs-lik tezliyə qarşı həssasdır. Lakin dəniz xərçənginin qabığındakı xitin təbəqəsinə bənzər şəkər tərkibli maddə aşkar etdikdə kiçik çıxıntılarını uzadaraq 5 Hs-lik tezliyi də hiss edə bilir. Bundan sonra isə mərmi atma mexanizmini işə salaraq ovunu vurur. Bu da aktiniyaların kimyəvi maddələrə qarşı həssas olduğunu göstərir.