Fitnələr tarix boyu həmişə vahid mərkəzdən idarə olunmuşdur. Dünyada müharibə və qırğınları yayanlar inzibati tabeçilik zənciri altında hərəkət edir və vahid mərkəzdən idarə olunan planları həyata keçirirlər. 20-ci əsrin böyük müharibələrinin, müstəmləkəçiliyin, soyqırımların, Yaxın Şərq və Afrikanın bölünməsinin, iqtisadi böhranların vahid mərkəzi var. Fitnə 8 qollu osminoq kimidir. Gözlərimiz ilk öncə çox hərəkətli qollarına ilişir. Lakin bütün bu qolları idarə edən vahid beyin var. Beyinin verdiyi əmrlərlə qollar mükəmməl koordinasiya şəklində tək hədəfə doğru hərəkət edirlər. Qolların müstəqil hərəkət edirmiş kimi görünməsi isə, əslində, aldadıcıdır. Hər biri vahid beyinin nəzarəti altındadır. Bunu piramidaya da bənzədə bilərik. Nə qədər geniş zəmini, yüzlərlə pilləsi olsa da,ən yuxarısında bir pillə var və bu pillənin digər pillələr üzərində mütləq hakimiyyəti var.

Diqqəti “osminoqun qollarına”yönəldərək və ya“piramidanın alt pillələrini” hədəf alaraq mübarizə aparmaqla nəticə əldə etmək mümkün deyil. İlk olaraq sistemi idarə edən, nəzarət edən, əmr verən və yekun sözü deyənlərlə ideoloji mübarizə aparılmalı və bu ideoloji mübarizədə əsas rolu oynayan mərkəz ifşa edilməlidir. Çünki bu mərkəz hədəfi yayındırıb özünü gizlətdiyi üçün bu dərəcədə təsirli olur və bununla da gizliliyin bütün  “üstünlükləri”ndən istifadə edir.

Bu gün dünya miqyasında fitnələrdən bəhs edilərkən bir çox adlar çəkilir. BunlarAvropa İttifaqı,BMT, NATO, ABŞ və İsrail “dərin dövlətləri”, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Mossad, Qladio, İlluminati, Masonluq, “Kəllə və Sümüklər” (“Skulls and Bones”), “Gül və Xaç”, Tampliyerlər kimi təşkilatlar, “Wall Street”dəki maliyyə baronları, neft trestləri, transmilli korporasiyalardır ki,dünya iqtisadiyyatını idarə edirlər. Bunlar bənzətmə ilə osminoqun qolları, həmçinin piramidanın alt qatları kimi qəbul edilir.

İngiltərə dərin dövləti isə əsrlər boyunca bu iyerarxik sistemin ən yüksək pilləsində olmuşdur. Yaxın Şərqi qana bulayan siyasətlər İngiltərə dərin dövlətinin “əsər”ləridir. Bir çox Yaxın Şərq ölkələrinin əsasını qoyan da İngiltərə olmuşdur. Yaxın Şərq ölkələrinin sərhədləri Çörçillin rəhbərlik etdiyi Qahirə toplantısında çəkilib.

Yaxın Şərq ölkələrin rəhbərlərinin əksəriyyəti İngiltərə dərin dövləti tərəfindən vəzifəyə təyin edilmişlər.Bu rəhbərləriİngiltərə dərin dövlətinin adamları olan Lourens, Gertruda Bell, General Allenbi, Ord Uingeyt, Hubert Yanq, Ser Persi Koks, Herbert Samuel vəb. Yaxın Şərq ölkələrinə rəhbərlik etmələri üçün tapıb yetişdirmiş və vəzifə başına gətirmişlər.

İngiltərə dərin dövləti Sandhurst Royal Hərbi Akademiyası, SOAS, Exeter, Kembric, Oksford kimi universitetləriöz planlarını həyata keçirmək üçün təhsil mərkəzi olaraq istifadə edir. 20-ci əsrdə Yaxın Şərqi idarə edənlərin əksəriyyəti İngiltərənin bu məşhur mərkəzlərindətəhsil almış və İngiltərə dərin dövlətinin planlarına xidmət etmələri üçün vəzifəyə gətirilmişlər. Lakin əlbəttə ki, həmin universitetlərdə təhsil alan çox sayda səmimi, yaxşı insanlar da var. İrandakı Müsəddiq çevrilişinin, Türkiyədəki 1960, 1971, 1980, 1998 və 2016-cı il çevrilişlərinin, Misir, Suriya və İraqın çevrilişlərlə dolu tarixinin arxasında da İngiltərə dərin dövləti dayanır.

Bu gün dünyanı idarə etdiyi iddia edilən CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) və Mossad İngiltərə kəşfiyyatı olan MI6 (Gizli Kəşfiyyat Xidməti)tərəfindən qurulmuş və agentlər yetişdirməyə başlamışlar. Eduard Snoudenin ifşa etdiyi dünyanın ən böyük izləmətəşkilatı olan “Beş göz” (Five Eyes)Avstraliyada İngiltərənin nəzarəti altında yaradılmışdır. “Beş göz” ABŞ, Kanada, Yeni Zellandiya, Böyük Britaniya və Avstraliya kəşfiyyatından ibarətdir. Bu ölkələrinhər biri İngiltərə Millətlər Birliyinin üzvüdür.

Millətlər cəmiyyəti 1919-cu ildə İngiltərənin nəzarəti ilə keçirilən Paris Sülh konfransında yaradılıb. Konfrans Böyük Britaniyanın planlarını həyata keçirilməsi üçün təşkil olunmuşdu. BMT-in bir çox qərarının arxasında da İngiltərə dərin dövləti dayanır. NATO-nun, Qladionun, Avropa İttifaqının “baş memarı” Uinston Çörçilldir  olmuşdur. Qurucuları və ilk rəhbərləri də həmişə ingilislər olub. Bu tarixi həqiqətlər həmin qurum və ya təşkilatların tamamilə məkrli olduqlarını göstərmir. Şübhəsiz ki, BMT, həmçinin digər təşkilarların öz ölkələri üçün çox faydalı xidmətləri var. Lakin bu halhəmin qurum və təşkilatların qurulmasında və bəzi qərarlarının qəbul edilməsində İngiltərə dərin dövlətinin qaranlıq təsirinin olduğu həqiqətini dəyişdirmir.

Amerika Mərkəzi Bankının səlahiyyətində olan Federal Ehtiyat Sistemi(FES) də İngiltərə Bankı (“Bank of England”) tərəfindən yaradılıb. Dünya iqtisadiyyatını idarə edən Rotşild ailəsinin əsas fəaliyyət yeri İngiltərədir. Soros Böyük Britaniyada təhsil almışdır.

Osmanlı imperiyasına son qoyan və Anadolunu işğal edən də İngiltərə dərin dövləti olmuşdur. Kommunizmin əsasını qoyanlar Böyük Britaniyada toplanmışlar. Marks və Engels kommunizmin əsasını təşkil edən Kommunist Partiyasının manifestini ilk dəfə İngiltərədə çap etdirmişlər. “Kapital” əsəri («Das Kapital») də daxil olmaqla bütün əsas əsərlərorada yazılmışdır. Liberalizmin baniləri Adam Smit və David Rikardo ingilisdir. 20-ci əsrdə dünyanı qana bulayan sosial darvinizmin ideoloji əsasını təşkil edən Darvin ingilisdir. Sorosun «Açıq Cəmiyyət hərəkatı»nın ideoloqu Karl Popper ingilisdir. Ateizmin 21-ci əsrdə bayrağını daşıyan Riçard Doukins ingilisdir. Onu da qeyd etmək lazımdır ki, ingilis xalqı mehriban, səmimi, gözəl və təmiz xalqdır. İngiltərə dərin dövlətini ifşa etmək ingilis xalqını da əsrlərlə çəkdiyi bəlalardan xilas edəcək.

İngiltərə tarixdə 22 ölkə istisna olmaqla bütün dünyanı işğal etmişdir. İşğal edilmiş əraziləri nəzərdən keçirək: Antiqua və Barbuda, Avstraliya,Baham adaları, Banqladeş, Barbados, Beliz, Botsvana, Britaniya Hind okeanı əraziləri, Britaniya Vircin adaları, Bruney, Kayman adaları, Milad adası, Kokos adaları, Kuk adaları, Dominikan, Folklend adaları, Qambiya, Uels, Qana, Qrenada, Qayana, Cənubi Afrika, Hindistan, Şotlandiya, Yamayka, Kamerun, Kanada, Keniya, Kiribati, Şimali İrlandiya, Lesoto, Malavi, Maldiv adaları, Malayziya, Malta, Mavriki, Mərcan dənizi adaları, Montserrat, Mozambik, Namibiya, Nauru, Nigeriya, Norfolk adası, Papua Yeni Qvineya, Pitkern adaları, Ross ərazisi, Sent-Kits və Nevis, Sent-Lüsiya, Seynt Vinsent və Qrenadin, Samoa, Müqəddəs Yelena adası, Seyşel adaları, Syerra Leone, Sinqapur, Solomon adaları, Şri-lanka, Svazilend, Tanzaniya... Tonqa, Trinidad və Tobaqo, Tokelau, Törks və Kaykos adaları, Tuvalu, Uqanda, Vanuatu, Yeni Zelandiya, Zambiya və s. Bunlar Millətlər Birliyininüzvü olan ölkələrdir. Bu ölkələrin bəzilərində seçkilər keçirilir, baş nazirlər təyin olunur. Ancaq bu seçilmiş hökumətlərə rəhbərlərhələ də Londondan təyin olunur. Yəni İngiltərə o ölkələrə öz vilayəti kimi davranaraq “qubernatorlar” göndərir. Seçilmiş hökumət qərarlar qəbul edib təyin olunmuş ingilis qubernatorunu qarşısına gətirir. Qubernator kraliçaya sual verir. Kraliça isə "bəli" və ya "xeyr" deyir. 

ABŞ İngiltərənin keçmiş koloniyası olmuşdur. 150 il əvvəl ingilislərin qızışdırdığı vətəndaş müharibəsində 1 milyon amerikalı qardaş gülləsinə tuş gəlmiş, ölkənin bütün infrastrukturu dağıdılmışdır. ABŞ ingilislərin köhnə oyunu ilə 2-ci Dünya Müharibəsinə girmək məcburiyyətində qalmışdır. 1-ci və 2-ci dünya müharibələrindən sonrakı sülh danışıqları ingilislərin nəzarəti altında baş tutmuşdur. İngiltərə dərin dövlətinə qarşı çıxan ABŞ prezidentləri ya vəzifədən alınmış,ya da sui-qəsd nəticəsində həyatlarını itirmişlər. Son günlər Tramp əleyhinə gündəmdə olan saxta hesabatıhazırlayanın da keçmişingilis kəşfiyyatçısı olması diqqət çəkir.

Əfqanıstan və İraqın işğalının, İran-İraq müharibəsinin, İran inqilabının, Qızıl Aypara layihəsinin, Yaxın Şərqin parçalanmasının, Mədəniyyətlər müharibəsi vəmüsəlman müharibələri dövrününideoloqu Bernard Luisingilislərin hərbi kəşfiyyatçısı olmuş, SOAS-da 30 il müəllimlik etmişdir. 1974-cü ildə ani bir qərarla ABŞ-a gələn Luis o vaxtdan etibarən, demək olar ki, bütün ABŞ prezidentlərinin Yaxın Şərq məsələsində müşaviri olmuşdur. O, Kissincer, Brezinski, Hantinqton və son dövrün məşhur neokonlarının (yeni mühafizəkarlar) müəllimidir. Luishəqiqi mənada ABŞ siyasətini yazan adamdır.

Müstəmləkəçilik və köləliyin mərkəzi də İngiltərə dərin dövlətidir. Çin, Hindistan, İndoneziya və Malayziya əsrlərlə İngiltərənin əsarətialtında qalmışdır. Çini tiryəkə vərdiş etdirən, Hindistanı aclığa, Ost-Hind Şirkəti ilə bütün cənub-şərqi Asiyanı terrora məruz qoyan da İngiltərə dərin dövlətidir. Müasir dövrdə İngiltərənin Hindistanda etdiyi soyqırım o qədər də xatırlanmır. Belə ki, İngiltərə150 il əvvəl 330 milyon insanı aclıqla üz-üzə qoyaraq 1 milyondan çox hindistanlının ölümünə səbəb olmuşdur.

Bugünkü radikal terrorizmin əsasını qoyanların böyük qismi Əl-Əzhər universitetində təhsil almışlar. Əl-Əzhər universitetini bu mövqeyə gətirən Misir qubernatoru, anqlosakson irqçisi və təkamülçü Lord Kromerdir(Evelin Barinq).Lord Kromerin maliyyələşdirib dəstəklədiyi Məhəmməd Abduhdan sonra Əl-Əzhər İslam dünyasında sosial darvinizmin mərkəzinə çevrilmişdir. Bunlar radikal İslamın ideoloqlarıdır. Lord Kromerin qurduğu sistem 30 il ərzində bütün İslam aləmini öz təsiri altına almışdır. Bu mənfi təsir bugünkü müharibə şəraitinin əsas səbəbidir.

Bu gün terrorizmin ən çox olduğu Pakistan, Əfqanıstan, İraq, Nigeriya, Suriya, Yəmən İngiltərənin işğalı altında olmuşlar. Üsamə bin Laden Böyük Britaniyada təhsil almışdır.  DAEŞ-in ən mühüm muzdlu qatilləri həmişə Böyük Britaniyadan gələn döyüşçülər olub.

DAEŞ (İŞİD), Əl-Qaidə, Boko-Haram, Əş-Şəbab, FETÖ, Hizbullah, PKK, PYD, Asala, DHKP-C, Qırmızı Briqadalar, Polpot kimi terror təşkilatları İngiltərə dərin dövlətinin batalyonları mövqeyindədir. Bu təşkilatlarındaxil olduğu hər yerdən qan və gözyaşı əksik olmur.

Bu siyahını səhifələrlə uzatmaq olar. Nəticə etibarilə bəşəriyyət tarixinin son 300 ili İngiltərə dərin dövlətinin qana buladığı tarix olmuşdur. Öz ölkəsinin insanları da daxil olmaqla yüz milyonlarla günahsız insan bu irqçi, müstəmləkəçi, mənfəətpərəst, amansız, vəhşi qatillərin əlində həyatını itirmişdir. Tarixin ən böyük soyqırımlarını İngiltərə dərin dövləti həyata keçirmiş, İngiltərə xalqının da əzab çəkməsinə səbəb olmuşdur.

Türkiyədə maskaların düşdüyü və əsl üzlərin ortaya çıxdığı“15 iyul” çevrilişinə cəhd zamanı Kipr adasının cənub-qərb sahilində yerləşən Kral Hava Qüvvələri bazasında minlərlə əsgərini yerləşdirən və Aralıq dənizinə Kral Donanması hərbi gəmilərini göndərən İngiltərə yüzlərlə təyyarə, vertolyotu guya 50 min britaniyalını təhlükədən qorumaq üçün tapşırıq verirdi. Əsgərlər bu əməliyyata müdaxilə etməyə cəhd etsə,"yerli üsyançılara" atəş açmaq sərbəst olacaqdı. İngiltərəninçevrilişdən əvvəl gördüyübu hazırlıqları öz vətəndaşlarını xilas etmə təşəbbüsündən çox başqa bir planı xatırladırdı.

İngiltərə dərin dövləti Türkiyənin Rusiya ilə hər sahədə ikitərəfli əlaqələrinin sürətlə inkişaf etdiyini,Suriya məsələsinin həlli prosesində bir araya gələn üçlü blokun regiona sülh və birlik gətirəcəyini görərək vəziyyətdən xeyli narahat olmuşdur. Çevrilişə cəhd günlərində işğala hazır vəziyyətdə hadisələri izləyən İngiltərə son günlərdə Türkiyəyə qarşı son dərəcə "dostyana" və"səmimi" davranışlar nümayiş etdirməyə başlamışdır. Əlbəttə, İngiltərəvə Türkiyənin yaxşı münasibətlərinin olmasıvacibdir. Ancaq İngiltərə dərin dövlətinin planları nə Türkiyənin, nə də öz xalqının faydası üçün deyildir, heç vaxt da olmayıb.

Ölkələrin “kapillyar damarlarına” qədər nüfuz etmiş bir təşkilatın oyunları qarşısında heç bir lider, heç bir millət, heç bir dövlət təkbaşına ayaqda qala bilməz. Bu kirli planlara “yaxşıların ittifaqı”son verə bilər. Necə ki, Rusiya ilə Türkiyə arasında son bir ildə Putin və Ərdoğanın təşəbbüsü ilə güclü və sarsılmaz ittifaqın təməlləri atılıb. Dünyanı İngiltərə dərin dövlətinin bəlasından xilas etmək istəyən hər vicdanlı insan bu ittifaqı müdafiə edib dəstəkləməlidir.

Adnan Oktarın “Katehon”da yayımlanan məqaləsi:
http://katehon.com/article/hub-world-evil-british-deep-state