«Science» jurnalının 8 dekabr 2016-cı il tarixli sayında təkamülün sübutu kimi təqdim olunan bir məqalə dərc olundu. Məqaləyə görə, ABŞ-ın şimal-şərq sahillərində yaşayan fundulyus balıqlarının (Fundulus heteroclitus) bir qisminin son illərdə artan sənayeləşmə ilə birlikdə tullantıların (aromalı karbohidrogenlər) dəniz sularına qarışması nəticəsində yaranan çirklənməyə qarşı təkamül xarakterli dəyişiklik prosesi ilə uyğunluq təşkil etdiyi iddia edildi. İddiaya əsasən bu «təkamül prosesi» sürətli inkişaf etmiş və müxtəlif bölgələrdə bir-birindən müstəqil olaraq təkrarlanaraq eyni nəticə əldə edilmişdi.
Fundulyus balıqları Nyu York şəhərinə qonşu olan təxminən 300 km-lik sahil zolağında yerləşən 8 nöqtədə toplaşmışdı. Balıqlar zəhərə həssas və müqavimətli qruplar olmaqla eyniləşdirilmişdi. Bu cütləşmələrdə nümunələr arası məsafə bir neçə kilometrə qədər düşürdü. Yazıda müqavimətli balıqlarda yaranan dəyişikliklərlə, Aril Karbohidrogen reseptorlarına (AHR) bağlı siqnal yollarının zərərsizləşdirildiyi, beləliklə də müqavimət əldə edildiyi irəli sürülmüşdü. Atlantik fundulyus balıqlarının bu sürətli və öldürücü dəyişikliyə qarşı təkamül keçirərək uyğunlaşmaq üçün uyğun bir yerdə yaşadıqları iddia edildi.
İndi bu məqalədəki ziddiyyətlərə və yanlış nəticələrə cavab verək.
Yuxarıda da qeyd etdiyimiz kimi, balıq nümunələri çox kiçik bir bölgədən alınmışdı. Hətta zəhərə həssas və müqavimətli balıq nümunələrinin yaşadığı söylənən rayonlar bir-birinə çox yaxındır. Bu qədər yaxın yaşayan fundulyus balıqlarının bir-birindən təcrid olması mümkün deyil. Bir bölgədə yaşayan balıqlar bir müddət sonra digər regionda təsbit edilə bilər. Təcrid olunmadıqlarına görə nümunə götürülən balıqlar, əslində eyni növün müxtəlif fiziki xüsusiyyət (fenotip) göstərən üzvlərindən başqa bir şey deyil. Bu, araşdırmanın başdan yanlış qurulduğunun da göstəricisidir. Əslində dünyanın harasından nümunə götürülürsə götürülsün, nəticə dəyişməyəcək. Fundulyus balığının hər bir fərdi, növünün bütün xüsusiyyətlərini üzərində daşıyır. Amma fərqli fərdlərin fərqli fenotipləri ola bilər. Bu fiziki əks olunmalar da müxtəlif çətinlik vaxtlarında ölümcül nəticələrə səbəb ola bilər.
Bunu belə bir misalla açıqlaya bilərik. Qrip infeksiyasına hər il milyonlarla insan yoluxur. Bu insanlardan kiçik bir faizi həyatını itirir, digərləri isə xəstəliyin öhdsindən gəlir. Ölən insanlar istər immunitet sistemindən, istər digər səbəblərdən irəli gələn zəifliyə görə bu nəticə ilə qarşılaşırlar. Amma ümumilikdə götürdükdə xəstəliyi dəf edənlər də, ölənlər də eyni DNT-yə malikdirlər. Bir-birilərindən heç bir fərqləri yoxdur. Fərq bu genlərin oxunması nəticəsində yaranan fenotiplərdən irəli gəlir. Yaşayan insanların uşaqları da eyni virusla təkrar xəstə olur. Fundulyus balıqlarında da vəziyyət oxşardır. Zəhərə qarşı müqavimətli olanların genetik olaraq həssas olanlara görə üstün deyillər.
AHR siqnal yolları həyati əhəmiyyətli funksiyalara malikdir
Məqalədəki iddialardan biri, AHR siqnal yollarının həssas və müqavimətli balıqlarda fərqlilik göstərməsidir. AHR funksiyası müqavimətli balıqlarda azaldılarkən, həssas balıqlarda normal səviyyədə davam edir. Burada təkamül xarakterli bir mexanizm əsla yoxdur. Bütün fundulyus balıqlarında AHR genləri mövcuddur. Fərq isə bu genlərin düzülməsindən irəli gəlir. Burada mühüm məqamlardan biri budur: AHR siqnal yolları bir çox həyati əhəmiyyətli hüceyrə fəaliyyətinin sonrasından da cavabdehdir. İmmunitet sistemi, hüceyrə bölünməsi, hipoksiya xəbərdarlığı bunlardan bəziləridir. Zəhərə qarşı qoruma təmin edərkən bunun tarazlı aparılması da zəruridir. Çünki AHR yolunun bağlanması həyati digər funksiyaların axsaması və ölümün baş verməsinə yol açacağından çox həssas nizamlanmalıdır. Buna nail olmaq da xüsusi ağıl tələb edir.
Sürətli və təkrarlayan dəyişiklik təkamül məntiqinə ziddir
Təkamülçülərin əsas iddiası təsadüfə əsaslanan və uzun müddət ərzində meydana gələn mutasiyalar nəticəsində yeni xüsusiyyətlərin canlılara əlavə edilməsi şəklindədir. Bu şəkildə canlının sadədən mürəkkəbə doğru inkişaf göstərdiyi göstərilməlidir ki, təkamülün varlığı sübut edilə bilsin. Halbuki illər ərzində həyatın bu şəkildə tədrici dəyişikliklərlə ortaya çıxdığını göstərən bir fakt belə tapılmayıb. Belə bir inkişafda canlının ilk halı ilə son halı arasında bir çox ara forma olmalıdır. Ancaq bu günə qədər tədqiq edilən 600 milyondan çox fosil içində bir dənə də olsun ara forma yoxdur. Bir növə aid canlı o növə aid hər bir xüsusiyyəti üzərində daşıyacaq şəkildə, tam və bir anda fosil qeydlərində üzə çıxır, milyonlarla il varlığını və xüsusiyyətlərini davam etdirir. Qarşılaşdığı təbii şərait yaşamasına əlverişli deyilsə, növü məhv olur, ya da dövrümüzə qədər varlığını davam etdirir.
Özünü hər bir bioloji hadisəni təkamüllə izah etmək məcburiyyətində hiss edən təkamülçülər iddialarına əks bir elmi tapıntı ilə qarşılaşdıqda belə, yenə bunu təkamülü rədd etməyəcək şəkildə açıqlamağa meyillidirlər. Bu da təkamülçü məntiqin elmi deyil, ideoloji olduğunu görməyimizi təmin edir. Canlının bir anda ortaya çıxdığını görən bir insan təkamülün olmadığını, canlının yaradılışla ortaya çıxdığını qəbul etməlidir. Amma təkamülçü o canlının mövcudluğunu "sürətli təkamül, sıçrayışlı təkamül" terminləri ilə açıqlayır. Bu tərif yuxarıda dediyimiz kimi, təkamülün əsas məntiqi ilə tamamilə ziddir. Uydurulan bu terminlərin içi boşdur. Canlının necə ortaya çıxdığının mexanizmindən heç bəhs edilmir. Bəhs edilməz də. Çünki açıqlayacağı bir mexanizm yoxdur. Canlılar yaradılıb.
Digər bir uydurma termin də "təkrar edən təkamül" dür. Yenə təkamül məntiqi ilə desək, əgər iki canlı ümumi xarakter daşıyırsa, ortaq əcdaddan törəmiş olmalıdır. Ancaq buna zidd saysız-hesabsız nümunə ilə rastlaşırıq. Bənzər bir təkamülçü açıqlama da "convergent (tək bir nöqtəyə çatan) təkamül" anlayışıdır. Buna görə fərqli xüsusiyyətlərə malik canlıların zaman keçdikcə birgə xüsusiyyət qazandığı iddiasıdır. Təkamül canlıların ortaq əcdaddan zamanla şaxələnib fərqləndiyini (divergent) müdafiə edir. "Convergent" quruluşu müdafiə etmək də əslində özünü məhv etmə deməkdir. Məsələn, Riçard Doukins gözün bir-birindən müstəqil olaraq 40 dəfə təkamül keçirdiyini deyir. Göz və görmə kimi mürəkkəb bir sistemin bir dəfə belə təsadüflər nəticəsində necə ortaya çıxdığını açıqlaya bilməyən bir nəzəriyyənin, bu mümkünsüzlüyün 40 dəfə təkrarlandığını söyləməsi özünü daha da çıxılmaz vəziyyətə salmaq deməkdir. Görmə kimi nəhəng bir sistemin 40 ayrı vaxtda və müxtəlif canlılar üzərində görünməsinin tək bir açıqlaması var: yaradılış. Əslində isə nə "divergent", nə də "convergent" quruluş yoxdur. Canlıların zaman keçdikcə dəyişikliyə məruz qaldığını göstərən heç bir dəlil yoxdur. Təkamülçülər ideologiyalarının tələbi olaraq bu çətinliyi "təkrarlayan təkamül" - deyə yola vermək məcburiyyətindədirlər.
Fundulyus balıqlarının Nyu York bölgəsində son 30-40 il kimi qısa bir müddətdir meydana çıxan çirkliliyə uyğunluğun "sürətli və təkrarlayan təkamül" kimi göstərilməsi də başqa bir məntiq səhvidir. Buradakı harmoniya təkamül deyil, adaptasiya nümunəsidir. Canlı onsuz da genetik olaraq sahib olduğu xüsusiyyətini istifadə edəcəyi bir mühitlə qarşılaşıb. Əgər bu balıqlar çirkliliklə üzləşdikləri anda bu çətin vəziyyətlə başa çıxa biləcək fiziki quruluşa malik deyilsələr öləcək, malikdirlərsə həyatlarına davam edə biləcəklər.
Adaptasiya və variasiya təkamülə dəlil deyil
Canlılarda bir çox örnəyi ilə qarşılaşdığımız müxtəlif təbii şəraitlərə uyğunlaşmanı təkamülçü dairələrin hər fürsətdə darvinist təbliğat materialı kimi istifadə etmə cəhdi ilə qarşılaşırıq. Bir növ daxilində fərdlərin anadangəlmə bəzi xırda dəyişikliklər göstərməsi mənasına gələn variasiya DNT-də olan dəyişikliklərdən deyil, mövcud olan genlərin işləmə sürəti fərqindən irəli gəlir. Məsələn, böyümə hormonuna aid genin çox işləməsi o insanın daha uzun və quruluşlu olmasını təmin edir. Az işləməsi isə qısa boylu olmasına səbəb olur. Melanin piqmenti istehsal edən hüceyrələr çox istehsal etsə, dəri rəngi tünd, az istehsal etsə, dəri rəngi açıq olur. Göründüyü kimi, DNT hamısında eyni düzülüşə malikdir. Təkamülə heç bir dəlil ola bilməz.
Adaptasiya isə genlərin icazə verdiyi sərhədlər daxilində dəyişən təbii şəraitə uyğunluq göstərə bilmə qabiliyyətidir. Ağ dərili insan günəşə məruz qaldıqda dəridəki hüceyrələr daha çox melanin istehsal etməyə başlayaraq dərini zərərli günəş şüalarından qorumağa çalışırlar, dəri tündləşir. Günəşin təsiri ortadan qalxdıqda hüceyrələr əvvəlki istehsal etmə sürətinə qayıdır və dəri rəngi açılır. Eyni şəkildə ağırlıq qaldıran bir idmançının əzələ hüceyrələrində zülal miqdarı artaraq tədricən güclənir. Bu şəkildə bəlkə 3-4 dəfə daha çox ağırlıq qaldıra bilir. Amma uşaqları güclü əzələlərə malik şəkildə dünyaya gəlməyəck, çünki genlərində hər hansı bir dəyişiklik olmayıb. Əgər təbii şərtlər canlının dəyişiklik sərhədlərini aşsa, sonu ölüm olur. Heç bir şəkildə gözləməyə vaxt yoxdur. Bir balığı dənizdən çıxarsanız, ən çox 3-5 dəqiqə susuz qala bilər, sonra yenidən suya qayıtmasa, öləcək. Bunu nə qədər təkrar edirsiniz edin, quruda yaşamağa öyrəşə bilməz. Sonrakı nəsillər də sudan kənarda yaşamaq qabiliyyətinə malik olmayacaqdır. Hələ zaman keçdikcə ağciyər inkişaf etdirəcəyini iddia etmək o insanın ağlını mühakimə etməyi tələb edir.
Halbuki uyğunlaşma qabiliyyəti yaradılışın mükəmməlliyinin göstəricilərindən biridir. Dəyişən təbii şəraitə orqanizmdə baş verən dəyişikliklərlə cavab vermək o canlının hüceyrələrində Allahın ağlının təzahür etdiyinin sübutudur. Melanin istehsalını artırmaq qərarını kim verib? Bundan əlavə, günəşin zərərli təsirə malik olduğu biliyinə necə sahib ola bilər və ya fundulyus balıqlarının dəyişən ölümcül mühitə görə maddələr mübadiləsini də tənzim edən güc hüceyrələrin harasındadır? Qaranlıq mühitdə, ətrafda baş verən dəyişikliklərdən xəbərdar olaraq bəzi metabolik yolları daha aktiv hala gətirmək, bəzilərini isə daha yavaş işlədəcək hala gətirmək ancaq bir ağlın nəzarəti altında baş verə bilər.
Nəticə
Göründüyü kimi, fundulyus balıqlarının mənfi şəraitə uyğunlaşma qabiliyyətinin təkamülə dəlil olacaq bir tərəfi yoxdur. Həyat şəraitinə uyğunlaşacaq şəkildə yaradılmaq Allahın bizə və bütün canlılara lütfüdür.
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
(Nəhl surəsi, 17-18)
Mənbə:
http://www.harunyahya.org/tr/Makaleler/239962/Science-Dergisi-ve-Baliklarin-Hizli-ve-Tekrarlayan-Evrimi-Masali