8 dekabr 2016-cı il tarixində Science jurnalında, təkamülün sözdə dəlili olaraq təqdim edilən məqalə nəşr olundu. Buna görə, şimal-şərq ABŞ sahillərində yaşayan fundulus balıqlarının (Fundulus heteroclitus), son illərdə artan sənayeləşmə ilə, tullantıların (aromatik hidrokarbonlar) dəniz sularına qarışması nəticəsində bir qisminin, yaranan çirklənməyə qarşı təkamüllü dəyişmə müddəti ilə uyğunlaşma təmin etdiyi iddia edildi. Yenə iddiaya görə bu sözdə təkamüllü müddət sürətli olaraq inkişaf etmişdi və fərqli bölgələrdə bir-birindən müstəqil olaraq təkrar etmiş və eyni nəticəyə gəlinmişdi.
Fundulus balıqları New York şəhərinə qonşu, təxminən 300 km-lik sahil xəttində yerləşən 8 nöqtədən toplanmışdır. Balıqlar zəhərə həssas və müqavimətli qruplar olmaq üzrə uyğunlaşdırılmışdı. Bu cütləşmədə nümunələr arası uzaqlıq bir neçə kilometrə qədər düşürdü. Yazıda müqavimətli balıqlarda yaranan sözdə dəyişmələrlə, Aril Hidrokarbon qəbuledicilərinə (AHR) bağlı siqnal yollarının təsirsizləşdirildiyi, beləcə müqavimət qazanıldığı qarşıya qoyulmuşdu; Atlantik fundulus balıqlarının bu sürətli və öldürücü dəyişməyə qarşı sözdə təkamül keçirərək uyğunlaşma təmin etmək üçün olduqca uyğun yerdə yaşadıqları iddia edildi.
İndi bu məqalədə yer alan əsassızlıqlara və səhv iddialara cavab verək.
Yuxarıda da bəhs etdiyimiz kimi balıq nümunələri çox kiçik bölgədən alınmışdır; hətta zəhərə həssas və müqavimətli balıq nümunələrinin yaşadığı deyilən bölgələr bir-birinə çox yaxındır. Bu qədər yaxın yaşayan fundulus balıqlarının bir-birindən təcrid olması mümkün deyil. Bir bölgədə yaşayan balıqlar bir müddət sonra digər bölgədə təsbit edilə bilər. Təcrid olmadıqlarına görə nümunə götürülən balıqlar, əslində eyni növün fərqli fiziki xüsusiyyət (fenotip) göstərən fərdlərindən başqa bir şey deyil. Bu bizə araşdırmanın başdan səhv hazırlandığının da göstəricisidir. Əslində dünyanın harasından nümunə götürülsə nəticə fərq etməyəcək. Fundulus balığının hər fərdi növünün bütün xüsusiyyətlərini üzərində daşıyar. Amma fərqli fərdlərin, fərqli fenotipleri ola bilər. Bu fiziki əks olunmalar da, müxtəlif çətin vəziyyətlərində ölümcül nəticələrə səbəb ola bilər.
Bunu belə bir misalla açıqlaya bilərik. Bir infeksiya olan qripə hər il milyonlarla insan yoluxmaqdadır. Bu insanlardan kiçik nisbəti həyatını itirərkən digərləri xəstəliyi sovuşdurmaqdadır. Ölən insanlar, gərək immunitet sistemindən, gərək digər səbəblərdən qaynaqlanan zəiflikləri səbəbiylə bu nəticə ilə qarşılaşarlar. Amma ümumiyyətlə baxdığımızda xəstəliyi sovuşduranlar da, ölənlər də eyni DNT-ə malikdir. Bir-birlərindən heç bir fərqləri yoxdur. Yaranan fərq isə bu genlərin oxunması nəticəsində yaranan fenotiplərdən qaynaqlanmaqdadır. Yaşayan insanların uşaqları da eyni virusla təkrar xəstə olmaqdadır. Ona görə fundulus balıqlarında da vəziyyət bənzərdir; zəhərə qarşı müqavimətli olanların genetik olaraq həssas olanlara görə üstün olduğu mənasını daşımayacaq.
AHR siqnal yolları həyati funksiyalara malikdir
Məqalədə yer alan iddialardan biri, AHR siqnal yollarının həssas və müqavimətli balıqlarda fərqlilik göstərdiyidir. AHR funksiyası, müqavimətli balıqlarda azaldılarkən, həssas balıqlarda normal səviyyədə davam etməkdədir. Burada təkamülləşdirici mexanizm əsla yoxdur. Bütün fundulus balıqlarında AHR genləri mövcuddur; fərq isə bu genlərin təşkil edilməsindən qaynaqlanmaqdadır. Burada əhəmiyyətli nöqtələrdən biri budur; AHR siqnal yolları bir çox həyati hüceyrəsəl fəaliyyətin davamından da məsuldur. İmmunitet sistemi, hüceyrə bölünməsi, hipoksi həyəcanı bunlardan bəziləridir. Zəhərə qarşı qoruma təmin edərkən bunun nizamlı icra edilməsi də lazımlıdır. Çünki AHR yolunun bağlanılması demək, həyati digər funksiyaların axsaması və ölüm olacağından çox həssas nizamlanması lazımlıdır. Bunun bacar bilməsi də ayrıca ağıl tələb edir.
Sürətli və təkrarlayan dəyişmə sözdə təkamül məntiqinə ziddir
Təkamülçülərin təməl iddiası, təsadüfə söykənən və uzun zaman içində meydana gələn mutasiyalar nəticəsində yeni xüsusiyyətlərin canlılara əlavə olunduğu şəklindədir. Bu şəkildə canlının sadədən kompleksə doğru inkişaf göstərdiyi göstərilmiş olmalıdır ki, təkamülün varlığı sübut edilə bilsin. Halbuki illər içində canlılığın bu şəkildə yavaş dəyişmələrlə ortaya çıxdığını göstərən tək bir dəlil belə tapıla bilməmişdir; belə bir inkişafda canlının ilk halı ilə son halı arasında bir çox aralıq forma olmalıdır. Ancaq bu günə qədər araşdırılan 600 milyondan çox qalıq içində bir dənə belə aralıq forma yoxdur. Bir növə aid canlı, o növə aid hər xüsusiyyəti üzərində daşıyar şəkildə, tam olaraq və bir anda qalıq qeydlərində meydana çıxmaqda, milyonlarla il varlığını və xüsusiyyətlərini davam etdirməkdədir. Qarşılaşdığı təbiət şərtləri yaşamasına icazə verməmişsə növü yox olmaqda, ya da günümüzə qədər varlığını davam etdirməkdədir.
Hər bioloji hadisəni, sözdə təkamül ilə izah etmək məcburiyyətində hiss edən təkamülçülər, iddialarına zidd elmi tapıntı ilə qarşılaşdıqlarında belə yenə bunu təkamülü rədd etməyəcək şəkildə şərh etməyə çalışarlar. Bu da təkamülçü məntiqin elmi deyil, ideoloji quruluşunu görməmizi göstərir. Canlının bir anda ortaya çıxdığını görən insan, təkamülün olmadığını, canlının Yaradılışla ortaya çıxdığını qəbul etməsi lazımdır. Amma təkamülçü, bu vəziyyətdə, o canlının yaranmasını “sürətli təkamül, sıçramalı təkamül” terminləri ilə açıqlayar. Bu tərif başda söylədiyimiz kimi təkamülün təməl məntiqi ilə tamamilə ziddiyyət təşkil edər. Uydurulan bu terminlərin içi boşdur; canlının necə ortaya çıxdığının mexanizmindən heç bəhs etməz; onsuz da bəhs edə bilməz də. Çünki açıqlaya biləcəyi bir mexanizm yoxdur; canlı yaradılmışdır.
Digər uydurma termin də “təkrarlayan təkamül”dür. Yenə təkamül məntiqində, əgər iki canlı ortaq xüsusiyyət daşıyırsa, ortaq atadan törəmiş olmalıdır. Ancaq buna zidd saysız-hesabsız örnəklə qarşılaşılar. Bənzər təkamülçü şərh də “convergent (tək bir nöqtəyə çatan) təkamül” açıqlamasıdır. Buna görə fərqli xüsusiyyətlərə sahib canlıların zamanla ortaq xüsusiyyət göstərdiyi iddiasıdır. Təkamül, canlıların ortaq atadan zamanla növlərə ayrılıb fərqliləşdiyini (divergent) müdafiə edərkən, “convergent” quruluşu müdafiə etmək də əslində öz-özünü çürütməsi deməkdir. Məsələn, Riçard Davkins gözün bir-birindən müstəqil olaraq 40 ayrı dəfə təkamülləşdiyini söyləyir. Göz və görmə kimi kompleks sistemin bir dəfə belə təsadüflər nəticəsində necə ortaya çıxdığını açıqlaya bilməyən nəzəriyyənin, bu qeyri-mümkünlüyün 40 dəfə təkrarlandığını söyləməsi, öz-özünü daha böyük çıxmaza salması deməkdir. Görmə kimi böyük sistemin 40 ayrı zamanda və fərqli canlılar üzərində meydana çıxmış olmasının tək bir şərhi vardır; Yaradılış. Əslində isə nə “divergent”, nə də “convergent” quruluş yoxdur; canlıların zamanla dəyişikliyə uğradığını göstərən tək bir dəlil belə tapılmamışdır. Təkamülçülər, ideologiyalarının gərəyi olaraq bu çətinliyi, “təkrarlayan təkamül” deyə ötüşdürmək məcburiyyətindədirlər.
Bu məqaləyə baxsaq; fundulus balıqlarının Nyu York bölgəsində son 30-40 il kimi qısa müddətdir yaranan çirkliliyə göstərdiyi uyğunlaşmanın “sürətli və təkrarlayan təkamül” olaraq göstərilməsi də başqa məntiq səhvidir. Buradakı uyğunlaşma, təkamül deyil, adaptasiya nümunəsidir. Canlı, onsuz da genetik olaraq sahib olduğu xüsusiyyətini istifadə edəcəyi mühitlə qarşılaşmışdır. Əgər bu balıqlar, çirkliliklə qarşılaşdıqları anda bu çətin vəziyyətlə başa çıxa biləcək fiziki quruluşa sahib deyillərsə, öləcək, sahiblərsə həyatlarına davam edə biləcəklər.
Adaptasiya və variasiya təkamülə dəlil deyil
Canlılarda bir çox nümunəsi ilə qarşılaşdığımız dəyişik təbiət şərtlərinə uyğunluq göstərmə vəziyyətini, təkamülçü kütlələrin hər fürsətdə darvinist təbliğat vəsaiti olaraq istifadə etmə səyi ilə qarşılaşmaqdayıq. Bir növ içində fərdlərin doğuşdan bəzi kiçik fərqlər göstərməsi mənasını verən variasiya, DNT-də olan dəyişikliklərdən deyil, var olan genlərin iş sürəti fərqliliklərindən qaynaqlanar. Məsələn, böyümə hormonuna aid genin çox çalışması, o adamın daha uzun və boylu-buxunlu olmasını təmin edər; az çalışması isə qısa boylu olmasına səbəb olar. Melanin piqmenti çıxaran hüceyrələr sıx istehsal etsə, dəri rəngi tünd; az istehsal etsə, dəri rəngi açıq olar. Görüldüyü kimi DNT hamısında eyni düzülüşə malikdir. Sözdə təkamülə qəti olaraq dəlil ola bilməz.
Adaptasiya isə, genlərin icazə verdiyi sərhədlər içində, dəyişən təbiət şərtlərinə uyğunlaşma göstərə bilmə qabiliyyətidir. Ağ bədənli insan günəşə məruz qaldığında, dəridəki hüceyrələr daha çox melanin çıxarmağa başlayaraq dərini zərərli günəş şüalarından qorumağa çalışarlar; dəri tündləşər. Günəş təsiri ortadan qalxınca, hüceyrələr köhnə çıxarma sürətinə geri dönər və dəri rəngi açılar. Eyni şəkildə, ağırlıq qaldıran idmançının əzələ hüceyrələrində zülal miqdarı artaraq zamanla güclənər. Bu şəkildə bəlkə 3-4 qat daha çox ağırlıq qaldıra biləcək hala gələr. Amma uşaqları güclü əzələlərə sahib şəkildə doğulmayacaq, çünki genlərində dəyişiklik olmamışdır. Əgər təbiət şərtləri canlının dəyişmə sərhədlərini aşsa, sonu ölüm olar; heç bir şəkildə gözləməyə zaman yoxdur. Bir balığı dənizdən çıxarsanız ən çox 3-5 dəqiqə sonra təkrar suya dönməzsə öləcək. Bunu nə qədər təkrar etsəniz edin, quruda yaşamağa alışa bilməz; sonrakı nəsillər də daha çox su xaricində qalma qabiliyyətinə sahib olmayacaq. Hələ zamanla ağciyər inkişaf etdirəcəyini iddia etmək, o adamın ağılını sorğulamağı tələb edir.
Halbuki uyğunlaşma qabiliyyəti, Yaradılışdakı mükəmməlliyin göstəricilərindən biridir. Dəyişən təbiət şərtlərinə orqanizmdə meydana gələn dəyişikliklərlə cavab verə bilmək, o canlının hüceyrələrində Allahın ağılının təcəlli etdiyinin dəlilidir. Melanin istehsalını artırma qərarını kim vermişdir; əlavə olaraq günəşin zərərli təsirə sahib olduğu məlumatına necə sahib ola bilər? Ya da fundulus balıqlarının dəyişən ölümcül mühitə görə maddələr mübadiləsini nizamlayan güc, hüceyrələrin harasındadır? Qapqaranlıq mühitdə, ətrafda baş verən dəyişikliklərdən xəbərdar olaraq bəzi metabolik yolları daha aktiv hala gətirmək, bəzilərini isə daha yavaş çalışar hala gətirmək, ancaq hər an bir ağlın idarəsi altında reallaşa bilər.
Nəticə
Görüldüyü kimi fundulus balıqlarının mənfi şərtlərə uyğunlaşma qabiliyyətinin, təkamülə dəlil olacaq tərəfi yoxdur. Həyat şərtlərinə uyğunlaşma göstərəcək şəkildə yaradılmamız, Allahın bizlərə və bütün canlılara lütfüdür.
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 17-18)
Qaynaq