Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (04 sentyabr 2012, 15:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. "Rəbbimiz, özündə şübhə olmayan bir gündə insanları həqiqətən, Sən toplayacaqsan". Bir yerə gətirəcəksən, tək bir cəmiyyət halına gətirəcəksən. "Doğrusu, Allah, vədindən dönməz". Əbcədi 2028-ci ili verir. "İnsanları həqiqətən, Sən toplayacaqsan". Yəni tək bir cəmiyyət halında toplayacaqsan, bir yerə gətirəcəksən. "Doğrusu, Allah, vədindən dönməz" deyir. 2028, inşaAllah. Hərçənd ki, bu qiyamətə, axirətə işarə edən bir ayədir, yəni kafirlər ayrı, möminlər ayrı toplanır. Lakin ayənin birbaşa mənası əsasında əldə olunan əbcəd tarixi tamamilə dünya hakimiyyətinə işarə edir, inşaAllah.