Bu günlərdə darvinizm müdafiəsinə qalxmış elmi bəzi jurnal və internet saytlarında həmrəylik nümayiş olunur. Ötən illərdə tapılmış, çatışmazlığı və əsassızlığı sübut olunmuş bəzi canlılara aid daşlaşmış qalıqlar yenidən gündəmə gətirilir və təkamülə dəlil kimi təqdim olunmağa çalışılır.
Bunun ən son nümunələrindən biri də “sciencemag” və “dailymail” kimi saytlarda dərc olundu. Kiçik bir barmaq sümüyü parçası və bir neçə diş gündəmə gətirilərək darvinist xəyal gücünü bir daha göstərən hekayələr məqalələrə mövzu edildi.
Denisovan insanı necə yaradıldı?
Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında “Nature” jurnalında nəşr olunan bir məqalə ilə yeni kəşf edilən, “nəsli tükənmiş yeni insanabənzər növün tapıldığı” elan edilmişdi. Sibirin Altay dağlarındakı Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilən məlumatlarla bu nəticəyə gəlindiyi üçün bu uydurma yeni növə Denisovan İnsanı (və ya Homo Altay) adı verildi. Denisovanlar -əldə heç bir dəlil olmasa da - indiki insandan guya fərqli bir insanabənzər növ və müasir insanın bir alt-növü imiş kimi tanıdıldı.
Darwinistlər tərəfindən iddia edildiyinə görə nəsli tükənən denisovanlar, eynilə neandertallar kimi Afrikadan 400-500 min il əvvəl çıxmışdılar. Neandertallar Avropaya yayılarkən, denisovanlar da Asiyaya doğru köç etmişdilər.
Yenə iddiaya görə denisovanlar təxminən 40-50 min il əvvəl də sonradan Afrikadan köç edən bugünkü insanların əcdadları ilə gen mübadiləsi aparmışdılar. Bundan yola çıxılaraq bu gün Papua Yeni Qvineya bölgəsində yaşayan insanların genlərinin 4%-i denisovanlara aid kimi göstərilirdi. Ancaq denisovanlar nə Asiyanın digər bölgələrindəki insanlar ilə, nə Avstraliya (Yeni Zelandiya), nə də İndoneziya kimi digər cənub-şərqi Asiya insanları ilə gen mübadiləsi etmişdilər.
BİR BARMAQ SÜMÜYÜ PARÇASI VƏ İKİ DİŞ NECƏ “YENİ NÖV” ELAN EDİLDİ?
Bir çox elmi araşdırmaya və məqaləyə mövzu olan, həyat hekayələri yaradılan bu uydurma yeni insanabənzər növ görəsən hansı fosil tapıntılarına əsaslandırılırdı? Bu fosillər üzərindən necə olur ki, gen xəritələri yazılır, hətta insanın dünya üzərindəki köç xəritələri və genetik mübadilələri izah olunurdu? Bütün bunların heç bir dəlilə əsaslanmadığını və ağılsızlığını indi birlikdə görək:
Fosillərin tapıldığı mağara əslində qədim dövrlərdə bir çox insan birliyinə, hətta heyvanlara ev sahibliyi etmişdi. Əl alətləri və bəzək əşyalarına da eyni təbəqələrdə rast gəlinmişdi. Bu qədər sıx fosil qalıqlarının yer aldığı mağarada olan 0,5 sm-lik sümük parçasının, uydurma yeni insanabənzər növün sağ əl 5-ci barmağın orta falanqa ucuna aid olduğu iddia edilib. Buna daha sonra iki ədəd azı dişi əlavə olundu. Azı dişlərinin üst hissəsi bir az geniş, kökləri kənara doğru meyilli idi. Bunu da özlərinə görə şərh edən darvinistlər tapılan qalıqların müasir insana aid olmadığını irəli sürdülər.
İlk növbədə tapılan sümük parçasının forma etibarilə barmağamı, yoxsa başqa bir vücud bölgəsinəmi aid olduğu belə şübhəli ikən bunun fərqli bir növə aid olduğunu söyləmək ağıldan və elmi metoddan uzaqlaşmaqdır. Tapılan azı dişinin müasir insana kiçik fərqlərlə bənzəməməsi də bu qalıqların yeni bir canlı növünə aid olduğu mənasında gələ bilməz. Dövrümüzdə yaşayan müxtəlif ölkələrdən insanları belə müqayisə etdikdə, morfoloji fərqlərə malik bir çox nümunə görmək mümkündür. Bu yaşa, cinsiyyətə, yaşanılan bölgənin şərtlərinə, görülən fiziki işin ağırlığına, qidalanma vərdişlərinə və ya istehlak edilən qidaya görə yenə də genlərin imkan verdiyi ölçüdə fərqlilik göstərir. Hətta müxtəlif gen və ya sümük xəstəliklərində ciddi anatomik pozuntulara da rast gəlmək mümkündür.
Tapılan bir və ya iki fərdə aid fosil parçasından ümumiləşdirmə apararaq bəşəriyyət tarixini yazmağa cəhd etməyin məntiqsizliyi hələ bu mərhələdə görünür. Qaldı ki, bu fosillərin doğru olduğunu fərz etsək belə, genetik, hormonal və ya sümük xəstəliyinə malik bir insana aid olmadığının da sübutu yoxdur. Buna görə tək fərdə əsasən ümumiləşdirmə etməyə cəhd göstərmək elmdən kənar bir üsul olacaqdır.
DENİSOVAN FOSİLLƏRİNİN GENETİK XƏRİTƏSİNİ ÇIXARTMA CƏHDLƏRİ
Denisovan fosillərini araşdıran elm adamları, uydurma dəlillərini möhkəmləndirmək üçün tapılan fosil parçalarının gen xəritəsini hazırladıqlarını iddia etdilər. Guya fosil qalıqlarından genetik düzülüş əldə etməyin yeni metodunu inkişaf etdirmişdilər və iddialarına görə;
Bu iddiaları elmi olaraq çürütməmişdən əvvəl bu nöqtədə əhəmiyyətli bir xatırlatma etməkdə fayda var: Bütün bu mülahizələr sadəcə fosil qalıqları üzərində aparılan tədqiqatların şərh olunması ilə ortaya atılır. Ona görə bu fikirlərin elmi olaraq heç bir əsası və etibarlılığı yoxdur.
FOSİL DNT DÜZÜLÜŞÜ NİYƏ GÜVƏNİLƏN DEYİLDİR?
Məlum olduğu kimi, İnsan Genom Layihəsi ilk nəticələrini 2003-cü ildə verdi. Yaşayan fərdlərdən alınan, bütövlüyü və işləməsi nisbətən asan olan insan DNT-si açıqlanandan sonrakı 13 il ərzində bir neçə dəfə təkrarlandı; nöqsan və səhvləri düzəldildi. Bu günə qədər yalnız 7-8 fərdə aid gen xəritəsi ancaq çıxarıla bildi. İnsan genomunun təxminən 3,4 milyard əsasdan ibarət olduğu aydın oldu və bunların da yalnız mində birdən daha kiçik fərqə malik olduğu, bu fərqlərin gen kodlayan hissələrdə olmadığı, çoxunun immunitet sisteminin bir gərəyi olan MHC geni kimi fərqliliyin lazımlı olduğu hissələrdə yerləşdiyi aydın oldu.
Yaşayan insandan alınan DNT-də araşdırma aparılması üçün belə inkişaf etmiş metodlara ehtiyac olduğu düşünüldükdə, fosil mənşəli DNT araşdırmasının bir çox çətinliyinin olacağı aydın görünür. Bu çətinlikləri bir sözlə belə təsnif edə bilərik:
1- Kontaminasiya (digər üzvi tullantıların qarışması) problemi:
Araşdırılmaq istənilən DNT-nin saflaşdırılması zamanı istifadə edilən metodun etibarlılığı çox əhəmiyyətlidir və səhv edilməməlidir. Fosil DNT araşdırmasında əslində ən böyük problem digər üzvi tullantılarla müdaxilə ehtimalıdır. Əvvəldə də dediyimiz kimi, denisovan fosillərinin yerləşdiyi sahə çox fərqli insan və heyvan qruplarına ev sahibliyi etmişdir. Ona görə bu canlıların DNT-si fosil DNT-sinə qarışmış haldadır. Bunlara mikroorqanizmlərin və müxtəlif həşəratların DNT-si də əlavə olunduqda qarışıq bir DNT hovuzu meydana çıxır. Bu halda fosil DNT araşdırmasında səhv edilməməsi ehtimalı demək olar ki, yoxdur. Belə ki, jurnaldakı yazıda da denisovan insanı fosilinə aid hissənin ancaq 0,17% olduğu bildirilir.
2- Fosil DNT-lərin parçalanmış halda tapılması problemi:
İnsan DNT-si 3,4 milyard əsaslar cütündən ibarət olan nəhəng bir kitabxanadır. Yaşayan insandan əldə edilən DNT-nin düzülüş və xromosom mövqeyini müəyyən etmək mümkündür. Ancaq fosil DNT, aradan keçən on minlərlə ilin təsiri ilə parçalanmış haldadır. Bir çoxu ən çox 50-70 əsas düzülüşünə malikdir. Bütün DNT düşünüldükdə 50-100 milyon hissədən bəhs etmək lazımdır. Bu vəziyyəti 100 milyon hissədən ibarət olan bir tapmacaya bənzətmək yanlış olmaz. Üstəlik, bu tapmacanı həll etmək üçün əlinizdə doğru olduğunu bildiyiniz bir şablon da yoxdur.
Məqalədə bu problemi aşmaq üçün şablon olaraq dövrümüzə aid insan genomu və şimpanze genomu istifadə edildiyi ifadə edilir. Bəs araya qarışmış başqa canlılara aid DNT-nin ayrılması necə həyata keçiriləcək? Onsuz da insan genomundan fərqlərin ortaya qoyulmağa çalışıldığı bir tədqiqatda şablon olaraq insan genomunun istifadə edilməsi əlbəttə ki, elmi metod olaraq doğru deyil və nəticələrinə etimad edilə bilməz.
3- Kimyəvi və fermental problemlər
Fosil DNT-nin keçirdiyi illər boyu təbii şəraitində yaşadığı kimyəvi dəyişikliklər də əsaslar zəncirində dəyişikliklərə səbəb olur. Bununla yanaşı DNT-ni hazırlamaq üçün istifadə edilən urasil qlikosidaz və endonukleaz kimi fermentlər də düzülüş quruluşunu pozur. Yenə DNT-ni çoxaltmaq üçün istifadə olunan PCR metodu da xətaya açıqdır.
4- Ümumi xəta payının 1,5 % qəbul edilməsi
Bütün bu problemlərlə yanaşı məqalədə qəbul edilən səhv payının 1,5% olması da ayrı bir problemdir. Çünki yenə iddiaya görə denisovan fosilləri ilə müasir insanın gen düzülüşü arasında tapılmağa çalışılan fərq də, ancaq bu qədərdir. Bu halda fərqin gerçəkmi, xətalımı olduğu da yenə şübhəli olacaqdır. Ümumiyyətlə, bütün bunlar elmilikdən kənar, bir ideologiyaya görə elmi yanlış istiqamətləndirən həqiqətlərdir.
TƏKAMÜL ELMİLİKDƏN UZAQ BİR ÖN QƏBULDUR
Elmi nəticələr bir nəzəriyyəni dəstəkləyirsə doğru qəbul edilməli, çıxan nəticələr dəstəkləmirsə nəzəriyyə rədd edilməlidir. Bu təkamül üçün də etibarlı bir qaydadır. Denisovan insanı nümunəsində də göründüyü kimi, darvinistlərin təkamülü mübahisəsiz olaraq mənimsəmələri və bu ön qəbul üzərində iş görmələri səbəbiylə, elmilikdən uzaq, tamamilə ideologiyaya əsaslanan istiqamətləndirmələrlə qarşılaşırıq.
Bunu darvinist hər nəşrdə, hər bir universitetdə, hər bir kitabda görmək mümkündür. Əlbəttə ki, darvinist ön qəbullu açıqlamaların heç bir elmi tərəfi yoxdur. Elmi metod düşüncə və ya ideologiya gözlənilmədən və heç bir formada məhdudiyyət olmadan araşdırma aparmağı tələb edir.
Bu günə qədər aparılan istisnasız bütün fosil tədqiqatlarının nəticələri və həyatın mürəkkəb quruluşu həyatın bir anda və qüsursuz olaraq ortaya çıxdığını göstərir. Bu da təkamülün olmadığının ən açıq dəlillərindəndir.
TƏKAMÜL NAĞILLARINI STATİSTİK HESABLARLA BƏZƏMƏK FAYDA VERMƏZ
Təkamülçülərin uydurma təkamül nəzəriyyəsinə dəlil hazırlamaq cəhdləri kompüter mühitində etdikləri statistik hesabları ilə də davam edir. Denisovan fosillərinin gen düzülüşləri ilə bağlı bir fərqlilik ortaya qoyma səyi də bundan qaynaqlanır. Çünki uydurma təkamül nəzəriyyəsinə görə canlılar ortaq bir əcdaddan tədricən və zaman ərzində yaranan genetik düzülüş dəyişikliklərini zəruri edir. Darvinistlərin öz zənləri ilə çəkdikləri xəyali təkamül ağacına görə, yaxın qohumlar ilə gen düzülüş fərqi az olmalı, qohumluq uzaqlaşdıqca gendəki fərq artmalıdır. Bunun statistika dilindəki adı da “Divergence” (aralanma, fərqlilik)-dir. Hətta bu hesabları darvinistlər daha irəli aparırlar. İki canlı genləri arasındakı fərq dərəcəsinə görə ortaq əcdadının nə vaxt ayrıldığını aşkara çıxarmağa çalışırlar. Məsələn, insan geni ilə şimpanze geninin 95-98% bənzədiyi iddia edilərək aparılan hesabla ortaq əcdadın 6 milyon il əvvəl yaşadığı fərz edilir. Yenə Neandertalların Afrikadan çıxmasının 400-500 min il əvvələ aid olduğunu iddia etmələri də yenə bu statistik hesabla aparılır.
Halbuki, ortaq əcdadın varlığına dair ən kiçik bir dəlil belə yoxdur. Ancaq bəzi elmi jurnallarda bu yazılanları oxuyanlar, elm adamlarına güvənir, bu fərziyyələrin doğru olduğunu düşünürlər. Sadəcə kompüter mühitindəki hesablamalardan ibarət iddialarla yəni təlqin üsulu ilə təkamül təbliğatı aparılır.
Aparılan bu kimi işlərə təkamülçü dairələrdən də iradlar gəlir. Leypsiq İnstitutundan Riçard E. Green və Harvard Tibdən David Reyx (David Reich) bu şəkildə şərh edirlər:
“Görülən iş gərgin və mürəkkəb riyazi statistikalara əsaslanır və bu da iddiaların doğruluğunu sorğuladır. Statistik dünyagörüşü informasiya yüklü olmasına baxmayaraq, arxeoloji tapıntılarda konkret qarşılığını tapa bilmir”.
(http://www.nytimes.com/2010/05/07/science/07neanderthal.html)
DENISOVAN FƏRQLİ BİR CANLI NÖVÜ DEYİL, İNSANDIR
Görülən işdən əldə edilən göstəricilər, Denisovan fosillərinin fərqli bir növə aid olduğunu göstərməkdən uzaqdır. Əksinə, məqalədə dövrümüzün insanı ilə eyni olduğunu göstərən dəlillər də yer alır.
Bəhsi keçən məqalədə Denisovan insanının, 40-50 min il əvvəl yaşadığı fərz edilən insan əcdadları ilə əlaqəyə girdiyi fərziyyəsi irəli sürülür. Qaldı ki, bu fərziyyəni həqiqət saysaq belə, Denisovan fosilinin insanla eyni növ olduğunun bir dəlili daha ortaya qoyulmuş olur. Məlum olduğu kimi, yalnız eyni növə aid fərdlər nəsil verib çoxala bilmə xüsusiyyətinə malikdir. Genlərin meyoz bölünmə zamanı cütləşib sağlam bir şəkildə ötürülməsi ancaq bərabər sayda xromosoma və eyni genlərə sahib olmaları ilə mümkündür.
Stanford Universitetindən paleontoloq Riçard Klein bu barədə belə demişdir:
“Cütləşmə nəzəriyyəsi, arxeoloji zəmində qarşılığını tapmış görünmür. Dedikləri yalnız “Bunlar bizim göstəricilərimizdir, qəbul etməlisiniz”, şəklindədir. Araşdırdığım hissəsi problemli olan bu işin qalanı məsələsində də narahatam”.
(http://www.nytimes.com/2010/05/07/science/07neanderthal.html)
EYNİ GENLƏR VƏ FƏRQLİ İNSANLAR
Dövrümüzdə və keçmişdən bu günə yaşamış bütün insanların genetik quruluşu eynidir. İnsanların fərqli xarici görünüşu, boyu, göz və dəri rəngi kimi xüsusiyyətlərinin ortaya çıxmasını təmin edən əsas amil isə genlərin iş zamanı və sürətindəki fərqlərdir. DNT üzərində asetil və metil kimi molekullarla aparılan işarələmə yolu ilə hansı genin, hansı kamerada, nə zaman və nə qədər çalışacağı müəyyən edilə bilir. Bu vəziyyət genlərin dəyişən şərtlərə və ehtiyaclara görə açılıb-bağlanması kimi tanınır. Hər an davam edən bu möhtəşəm tənzimləmə və fəal nəzarət sistemi yenə məlum DNT bölgələri tərəfindən idarə edilir. Çox həssas bir quruluşa ehtiyac duyan bu nəzarət mexanizmini yalnız genetik düzülüş ilə izah etmək isə qeyri-mümkündür.
DNT kodlarının ağıllı həll yolları təqdim etmələri və qərar qəbul etmələri kimi xüsusiyyətləri DNT-nin özünə aid edilə bilməz. Həmin rəhbər bölgələri də idarə edən və bilən bir ağıl olmalıdır.
Yuxarıda bəhs etdiyimiz kimi İnsan Genom Layihəsinin ilkin məlumatlarına görə insanlar arası genetik düzülüş fərqi 0,1%-dən azdır. Bu fərqlərin çoxu genetik xəstəliklərə yol açan dəyişikliklər və MHC zülal geni kimi hər birimizi başqalarından ayıran səbəb düzülüş fərqlərindən irəli gəlir. Bundan başqa, həyati əhəmiyyətli funksiyalarımızı davam etdirən genlər hamımızda eynidir. Məlum olduğu kimi, DNT düzülüşündə bir hərfin dəyişməsi, ya da bir əsasın əlavə olunması və ya çıxarılması hasil ediləcək zülalın pozulmasına səbəb olur. Çox kiçik mutasiyalar belə xəstəliklər və ya ölümcül nəticələr doğurur. Bu səbəblə insan cəmiyyətləri arasında olan fərqlərin açıqlanmasında təsadüfi mutasiyalara yer yoxdur. Fərqli insan tiplərinin meydana çıxması genlərin açılıb-bağlanması və növ daxilindəki variasiya ilə əlaqədardır.
İBTİDAİ İNSAN HEÇ BİR ZAMAN OLMADI
Göründüyü kimi, təkamül fikri, elmi prinsiplər işığında deyil, ideoloji əsaslar üzərində yaşadılmağa çalışılır.
Cəmiyyətdə irqçi fikirləri bəsləyən, təfriqəçi və separatçı cərəyanların əsas dayağı olan darvinist ideologiya ibtidaidən müasir insana doğru bir nəsil nağılı uydurmuşdur. Bunu yaşatmaq üçün də keçmişdə yaşamış və hələ insan olmamış, yəni “təkamülünü tamamlaya bilməmiş” heyvan növlərinə ehtiyac var. Buna görə darvinistlər bəzən ibtidai “insanabənzər” növlər hazırlayırlar. Denisovan insanı da məhz bu ibtidai insan nağılına uyğun bir fiqur olaraq uydurulmuşdur.
Bu aydındır ki, əgər belə bir insan yaşayıbsa da tam bir insandır və bizlərdən heç bir fərqi yoxdur. Nəsli kəsilmiş bir insan irqi də olsa heç bir şəkildə “ibtidai bir insan” yoxdur. Afrikadan Amerikaya, Avropaya və Asiyaya qədər hər yerdə insan insandır. Yer üzündə insan hər zaman insan olaraq var olmuşdur.
İSTİNADLAR
1. http://www.sciencemag.org/news/2016/03/our-ancestors-may-have-mated-more-once-mysterious-ancient-humans
2. http://www.nature.com/nature/journal/v468/n7327/full/nature09710.html
3. http://evolution.berkeley.edu/evolibrary/article/evo_01
4. Richard E. Green, , 710 (2010)
5. http://www.nytimes.com/2010/05/07/science/07neanderthal.html
Adnan Oktarın “News Rescue”-da nəşr olunan məqaləsi:
http://newsrescue.com/made-hominid-tale-science-mag-denisovans/