Son bir neçə ildə bir-biri ardınca baş verən bəzi qəribə satanizm (şeytana tapınma) hadisələri, cəmiyyətin və medianın diqqətini bu mövzuya yönəltdi. Şeytana ibadət etmək üçün təşkil edilən qanlı ayinlər, işgəncə ilə öldürülən küçə pişikləri, təcavüz hadisələri, intihar edən gənclər... Bütün bunlar inanılmaz kimi görünsə də, satanizmin getdikcə yayılan bir təhlükə (və cinnət) olduğunu ortaya qoyur.
Necə olur ki, bir qisim insanlar pis insan olmağı, pislik etməyi, heyvanlara və ya insanlara işgəncə verməyi, qaranlıq və qorxu dolu bir dünyada yaşamağı özlərinə məqsəd seçirlər və "din" olaraq mənimsəyə bilirlər? Bir çox insan bu problemin cavabını axtarır, ancaq cavabı yanlış yerlərdə axtarırlar. Satanizmin necəinkişaf etdiyini və insanları necə özünə çəkdiyini anlamaq üçün bu qaranlıq dinin ardındakı fəlsəfəni araşdırmaq lazımdır. Çünki satanizmin mənbəyi yalnız bəzi ağılsız gənclərin psixoloji problemlərində deyil, onları buna aparan fəlsəfədədir.
Bu fəlsəfə, insanı bir heyvan növü olaraq görən və "təbiət mərhəmətsizdir, sən də mərhəmətsiz olmalısan" mesajını verən sosial darvinizmdir... (Harun Yəhya, Dinsizliyin Kabusu)
Şeytan Kilsəsi
Satanizm tarix boyunca fərqli ad və formalarla mövcud olsa da, indiki forması ilə 1960-cı illərdə Amerikadaortaya çıxmışdır. Satanistlərin ən əhəmiyyətli təşkilatı, 1966-cı ildə qurulan və hələ də Kaliforniyada fəaliyyət göstərən “Şeytan kilsəsi”dir (Church of Satan). Bu kilsənin fikirləri Anton Szandor LaVey adlı bir satanist ideoloq tərəfindən yazılan kitablara əsaslanır. Şeytan kilsəsinin fəaliyyət və ayinləri dəfələrlə məhkəmələrdə müzakirə edilmişdi.
Satanizmin fəlsəfəsini daha dərindən anlamaq üçün əvvəlcə bu qaranlıq fəlsəfənin irəli sürdüyü fikirləri araşdırmaq lazımdır.
Satanizm: Ateist və Materialist Bir Din
Şeytan Kilsəsinin yazılarına baxdığımızda,satanistlərin əslində ateist olduqlarını görərik.Materialistdirlər, yalnız maddənin varlığına inanırlar.Allahın varlığını və bütün metafizik varlıqları (məsələn, mələkləri) də inkar edirlər. Bu səbəbdən, əslində şeytanın varlığına da heç inanmırlar! Adları "şeytana tapınanlar" olmasına baxmayaraq, şeytan deyə bir varlığı qəbul etmirlər.Onlara görə şeytan, din düşmənçiliyinin bir simvoludur. Şeytan kilsəsi tərəfindən nəşr olunan "A Description of Satanism" (Satanizmin Təsviri) adlı sənəddə bu fikirlər beləifadə edilir:
Satanizm dinə ziddir, dinsizlikdir.
Şeytan kilsəsi nəşrlərindən birində "Qorxulan Din" (Feared Religion) başlıqlı bir yazıda satanistlərin həqiqi inancı belə izah edilir:
"Satanistlər qeybə inanmazlar. Allahın da, şeytanın da varlığına iman etməzlər. Satanist özü özünün əsl tanrısıdır. Şeytan, öz heyvani və qürurlu təbiətinə görə yaşayan insanın simvoludur. Şeytanın ardındakı həqiqət, bütün təbiətə hakim olan, həyat və artım üçün lazımlı gücün qaynağı olan qaranlıq təkamül, entropiya gücüdür. Şeytan tapınılacaq şüurlu bir varlıq deyil, daha çox hər insanın içində olan və tək toxunma ilə hərəkətə keçən potensial bir gücdür."
Yuxarıda qeyd edilən bir ifadə olduqca diqqət çəkicidir: "Öz heyvani və qürurlu təbiətinə görə yaşayan insan". Bu ifadə, əslində satanizmin əsasını təmsil edir. Satanistlər, insanın təsadüfən ortaya çıxmış və təkamül keçirərək bugünki halını almış bir heyvan növü olduğunu və heyvan kimi yaşamalı olduğunu müdafiə edirlər. Yəni satanizm Darvinin təkamül nəzəriyyəsinə əsaslanır.
Satanizm və Darvinin Təkamül Nəzəriyyəsi
Şeytan kilsəsi nəşrlərinin birində "Qorxulan Din" (Feared Religion) başlıqlı yazıda belə bir cümlə keçir: "Satanizm, insanın heyvan olaraq qəbul edilməsi üçün vardır."
Şeytan kilsəsinin ən əsas bəyanatı olan "Doqquz Şeytani Qanun"nun (The Nine Satanic Statements) yeddincisi belədir: "Şeytan insanı hər hansı bir heyvan olaraq təsvir edir. Bu heyvan bəzən dörd ayaq üzərində gəzən heyvanlardan daha yaxşı, bəzən də daha pisdir."
Şeytan kilsəsinin bütün nəşrlərində insan üçün israrla "yalnız şəhvətinə görə yaşayan vəhşi heyvan" ifadəsi istifadə edilir. Satanistlərin insanlar arasındakı əlaqələri və insanın digər canlılara qarşı rəftarı həmişə bu məntiqə əsaslanır. Məsələn, satanistlər zorakılığı haqlı görürlər, çünki təbiətdə vəhşi heyvanlar arasında zorakılıq normal haldır. Heyvanlara əzab verərək öldürmək (məsələn, Türkiyədəki satanistlərin küçə pişiklərinə verdikləri işgəncələr) də eyni məntiqin məhsuludur. Satanistlərə görə, insan yalnız şəhvətinə görə yaşayan vəhşi heyvandır və bunun tələbinə görə yaşamalıdır.
Bəs, satanistlər insanın "yalnız şəhvətinə görə yaşayan vəhşi heyvan" olduğu qənaətinə necə gəlmişdilər? Bu problemin bir cavabı var: Təkamül nəzəriyyəsi. Şeytan kilsəsi tərəfindən nəşr olunan "Satanizmin Təsviri" (A Description of Satanism) adlı sənəddə bu haqda belə yazılıb:
Əgər təkamül nəzəriyyəsini müdafiə edən bioloqların və ya filosofların kitablarına baxsanız, orada da eyni cümlələri bir-bir görə bilərsiniz. Məsələn, üstdəki cümlələrin eynisini, Richard Dawkins, Stephen J. Gould, Daniel Dennett, Carl Sagan kimi darvinist və ateist mütəfəkkirlərin kitablarında da tapmaq mümkündür.
Qısacası, satanizm, təkamül nəzəriyyəsinin mərkəzinə yerləşdirilmiş ateist bir dindir. İnternetdə satanist yazıçıların məqalə və şərhlərinə baxdıqda, Darvini və təkamül nəzəriyyəsini müdafiə edən bir çox izah olacaq. Təkamül nəzəriyyəsi insanın bir heyvan növü olduğunu müdafiə edir, satanistlər isə buna uyğun davranış və düşüncə tərzləri inkişaf etdirirlər.
Satanizm haqqında universitet tezisi hazırlayan Dr. Roald E. Kristiansen, bu qaranlıq dini belə təsvir edir:
Satanistlərin Xəyal Etdiyi Sosial Darvinist Cəmiyyət
Təkamül nəzəriyyəsinin əsas götürdüyü "insan heyvandır" şüarını ideologiyalarınınəsası kimi qəbul edən satanistlər, insanların heyvan kimi yaşadığı və davrandığı bir dünya qurmağı arzulayırlar.Xəyal etdikləri bu dünyanın təməl qaydası, sosial darvinizm, yəni "güclülərin zəifləri əzməsi" prinsipidir. Şeytan kilsəsinin sözdə"baş rahiplərindən" Peter H. Gilmore, bunu açıq şəkildəbelə ifadə edir: "Dövrümüzdəki satanizmin əslində nə olduğuna birlikdə baxaq: Elitizmə (seçmələrin iqtidarına) və sosial darvinizmə əsaslanan, güclülərin zəiflər üzərində hakimiyyətinin yenidən qurulmasını müdafiə edən və son iki min ildir insan növünün təkamülünü ləngitmiş olan "bərabərlik" əfsanəsini kökündən yox etməyi istəyən zalım din." (Magister Peter H. Gilmore, "Satanism: The Feared Religion")
Satanist yazıçının son iki min ildə əsas hədəfi xristianlıqdır.Məlumdur ki, xristianlıqdan əvvəl Avropalı cəmiyyətlər bütpərəst və ya ateist mədəniyyətlərə sahib idilər və bu mədəniyyətlərin əsas xüsusiyyətlərindən biri insanların barbar, vəhşi və mərhəmətsiz olması idi.Şəfqət, mərhəmət, zəiflərə kömək, insanlar arasında bərabərlik və ədalət kimi İlahi dinlərə aid olan əxlaqi anlayışlar xristianlığın gəlişi ilə Avropa cəmiyyətləri tərəfindən öyrənildi.Satanistlərin məqsədi də doğruluq və ədalət prinsiplərinə söykən əxlaqi anlayışları tamamilə ortadan qaldırmaq və bunun yerinə "güclü olan haqlıdır" prinsipinə söykənən sosial darvinist dünya qurmaq idi. Şeytan kilsəsinin rahiblərindən Peter H. Gilmore bunu belə ifadə edir:
Bu zalım, mərhəmətsiz doktrina əslində satanistlərin öz kəşfi deyil. Darvinin təkamül nəzəriyyəsinin əsasını təşkil edən "həyat mübarizəsi" və "güclü olmayan fərdlərin kənarlaşdırılması" kimi anlayışlardan təsirlənilərək inkişaf etdirilmişdir. Satanistlərin dünyagörüşü Darvinin nəzəriyyəsi ilə bəslənir və gəldikləri nəticə də "sosial darvinizm", yəni Darvinin təkamül nəzəriyyəsini cəmiyyətə tətbiq etməkdən başqa bir şey deyil.
Nəticə
Bura qədər araşdırdığımız məlumatlar, "satanizm bəlası haradan çıxdı?" deyə düşünən valideynlər, pedaqoqlar və ya sosioloqlar üçün yol göstərici olmalıdır. Əgər bir cəmiyyətdə insanlara, "siz meymunlardan təkamülləşmiş bir heyvan növüsünüz" deyilirsə, bu böyük yanılma qəzetlərdə, jurnallarda, dərs kitablarında, sözdə "elmi" qaynaqlarda israrla təkrarlansa, o cəmiyyətdə satanizm və ya bənzər vəhşi ideologiyaların inkişafı da çox normal olar. Bu həqiqətin ciddi şəkildə diqqətə alınması, təhsil sistemimizin, mədəni və ictimai həyatın buna görə dəyişdirilməsi lazımdır.
Əks halda, günahsız insanları vəhşicəsinə öldürən gənclərə "niyə cinayət törətdin" deyə soruşmağa heç kimin haqqı olmayacaq. Çünki, belə bir problemin ardından "cinayət törətdim, çünki vəhşi heyvanlar öldürmək üçün yaşayar, mən də vəhşi heyvanam" cavabını aldıqda, artıq bərpa olunmayan bir nöqtəyə gəlinmiş olacaq.