15 Noyabr 1979-cu ildə dünyanın dördüncü böyük tankeri olan 150 min qrostonluk İndependenta adlı 95.530 ton xam neft yüklü bir Rum tankeri İstanbula gələrkən qəzaya uğramış və günlərlə davam edən böyük bir yanğından sonra batmışdır.
Quranın Kəhf surəsinin 79-cu ayəsində 1979-cu ildə baş verən bu hadisəyə istiqamətli bəzi işarələr vardır. Bu ayədə Hz. Xızırın Hz. Musaya bir gəmi haqqında məlumat verdiyi və gəmidəki insanları qorumaq üçün müxtəlif hikmətlərlə bu gəmiyə ziyan verərək batırdığı xəbər verilmişdir:
Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi. (Kəhf surəsi, 79)
Yenə həmin surənin 71-ci ayəsində Hz. Musanın Hz. Xızıra yönəltdiyi “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin?” sualı da, Hz. Xızırın müdaxiləsi nəticəsində ayədə bəhsi keçən "gəminin batdığını" xəbər verir:
Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün”. (Kəhf surəsi, 71)
Ayənin bu ifadəsindən Hz. Xızırın bəhs etdiyi gəminin də saya oturduğu və batdığı aydın olur. Ehtimal olunur ki, Quranda xəbər verilən bu hadisə 1979-cu ildə İstanbul boğazında meydana gələn qəzadan sonra Independenta adlı gəminin də saya oturub uzun müddət yandıqdan sonra batmasına işarə edir.
Belə ki, Peyğəmbərimiz (s.ə.v.) bir çox hədisində Kəhfin əshabələri axır zamanda Hz. Mehdinin (ə.s.) köməkçilərindən olacaqlarını, bu səbəbdən Quranın Kəhf surəsində axır zamanda yaşanacaq hadisələrə işarələr olduğunu xəbər vermiş və bunun üçün bu surənin ayələrinin oxunmasını tövsiyə etmişdir:
Sizdən kim Dəccala yetişsə KƏHF SURƏSİNİN ƏVVƏLİNİ ONUN ÜZƏRİNƏ OXUSUN, bu surənin sonu Dəccalın fitnəsindən qurtuluşunuzdur. (Süneni Əbu Davud, 5/121)
KƏHF ƏSHABƏLƏRİ HZ. MEHDİNİN (Ə.S.) KÖMƏKÇİLƏRİ OLACAQ. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy el Axır Zaman, s. 59)
Ayədə diqqət çəkən ikinci bir mövzu isə Hz. Xızırın o dövrdəki ictimai mühit haqqında verdiyi məlumatdır. Hz. Xızır bu vəziyyəti "hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olmasını" ifadə etdiyi sözləri ilə açıqlamış və gəmidəki insanları onun zorbalığından qurtarmaq məqsədilə zədələdiyini bildirmişdir.
Bilindiyi kimi, 1979 il zorbalıq və terrorun həddini aşdığı bir dövr idi. O dövrdə banklar, fabriklər, iş yerləri və dövlət təşkilatları işğal edilir, zorla ələ keçirilir, banklarda pulları olanların pulları qəsb edilir, insanların evlərinə girilib əşyaları soyulur, malları əllərində alınırdı. Dövr tamamilə bir terror və azğınlıq dövrü idi.
Ayədə eyni zamanda, 1979-cu ildə belə zorba bir terror və anarxiya mühiti meydana gələcəyinə də işarə edilmişdir.