Siyasi dairələrin və dünya mediasının “Ərəb baharı” adlandırdığı və Tunis, Misir, Liviya, Şimali Afrika ölkələri, eyni zamanda Yəmən, Suriya, İraq kimi Yaxın Şərq və ərəb ölkələrini bürüyən üsyanlar, əslində hz. Mehdinin (əs) zühur əlamətlərindən biridir. Yəni “Ərəb baharı” Mehdiyyət baharını müjdələyir.
Peyğəmbərimiz (səv) hədislərində hicri 1400-cü ildən etibarən İslam dünyasını öz cənginə alan hadisələri mərhələ-mərhələ ətraflı şəkildə bildirmişdir. Xəbər verdiyi bütün hadisələr son 30 il ərzində möcüzəvi ardıcıllıqla gerçəkləşmişdir.
Peyğəmbərimiz (səv) İslam dünyasının əvvəlcə zalım məliklərin hakimiyyəti altında olacağından və bu insanların öz xalqlarına dünyanın gözü qarşısında ağlasığmaz əzablar verəcəyindən belə bəhs etmişdir:
“Rüku və səcdə edən hər bir insan cəzalandırılacaq. Zülm, fəsad çıxarıb böyük qəddarlıq nümayiş etdirəcəklər. Alim və zahidləri qətl edib, bir çox şəhəri işğal edəcəklər. Qan axıtmağı halal elan edərək Ali Muhəmmədə düşmən kəsiləcəklər...” (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 37)
“Zalım məliklərə görə vay bu ümmətin halına. Onlar elə zalımdır ki, itaət edənlərdən başqa səssiz qalanların belə canına qorxu salarlar...” (Ebu Nuaym’dan; Suyuti, cild II, səh. 64)
Peyğəmbərimiz (səv) daha sonra bu məliklərin hakimiyyətinə son qoyulacağını və hz. Mehdinin (əs) zühur edəcəyini müjdələmişdir. Yəni zalım hakimiyyət başçılarının hakimiyyətinə son qoyulması hz. Mehdinin (əs) zühurunun yaxın olduğunun əlamətlərindən biridir:
“Məndən sonra xəlifələr olacaq. Xəlifələrdən sonra əmirlər, əmirlərdən sonra isə zalım məliklər gələcək. Ən sonda isə Əhli-beytimdən biri (hz. Mehdi (əs)) çıxacaq.” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 84)
Bədiüzzaman Səid Nursi həzrətləri də hz. Mehdinin (əs) zühuru ərəfəsində bir insanın əlində cəmlənən zorba diktatorluq rejiminin müsəlmanlar arasında dini mənəviyyatın qabarmasına səbəb olacağını bildirmiş, Mehdiyyət dövrünü bayram kimi müjdələmişdir.
“Belə bir camaati-əzimə (Peyğəmbərimizin (səv) nəslindən gələn böyük seyidlər) içindəki müqəddəs qüvvəti təhyic edəcək (hərəkətə gətirəcək) və oyandıracaq Hədisati-Azimə (böyük hadisələr) vücuda gəlir (meydana çıxır). Əlbəttə O Qüvvəti-Azimədəki (böyük qüvvədəki) bir rəhməti-aliyə (qoruma hissi) qaynayıb meydana çıxacaq və həzrəti Mehdi (əs) başına keçib Tariki-haqq (haqq yola) və həqiqətə sövq edəcəkdir.” (Bediüzzaman Said Nursi, Mektubat, səh. 473)
Ərəb ölkələrində xalqın ayağa qalxması və hakimiyyətə qarşı çıxması metafizik hadisədir
İslam aləmində son illərdə ardıcıl baş verən hadisələri bütün müsəlmanlar dərin düşünməli və buradakı hikməti araşdırmalıdırlar. Ərəb dünyasında diktator hakimiyyətin təzyiqləri altında əzilən, büdcənin qeyri-bərabər paylanması nəticəsində yoxsulluq içində yaşayan, dinlərini müstəqil yaşaya bilməyən müsəlmanlar ağır həyat şəraitinə qarşı çıxaraq üsyan etməyə başlamışlar. Böyük üsyanların ilk qığılcımları Tunisdə meydana gəlmiş, daha sonra Misir, Yəmən, Əlcəzair və İordaniyaya keçmiş, hətta Peyğəmbərimizin (səv) hədislərində təsvir etdiyi kimi xalq üsyanına və vətəndaş müharibələrinə çevrilmişdir.
Rəsulullah (səv) belə buyurmuşdur: “... Elə bəla və müsibətlər olacaq ki, heç kim sığınacaq tapmayacaq. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üzərinə çökəcək. Ərəbistan yarımadasının əl-ayağını bağlayacaq... Onlar bəlanın qarşısını bir tərəfdən almağa çalışarkən, digər tərəfdən bəla onları bürüyəcək.” (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, cild. 5, səh. 38-39)
Ərəb yarımadasında tüğyan edən hadisələrin hədislərdə bildirildiyi kimi bir-birinin ardınca gerçəkləşməsi Allah`ın izni ilə hz. Mehdinin (əs) zühur dövründə olduğumuzu müjdələyir.
Adnan Oktar Ərəb baharının Mehdiyyət baharı olduğunu bildirir:
Adnan Oktar: “... Artıq İslam əxlaqının dünyaya hakim olacağı dövr başlamışdır. Ərəb baharı adlandırılan hadisələr İslam baharıdır, yəni Mehdiyyət Baharıdır. Ərəb baharı adlandırmaqla hadisələri yanlış qiymətləndirirlər, əslində Mehdiyyət baharı, Kral Məsih baharı kimi dəyərləndirmək lazımdır. Çünki Bədiüzzaman Səid Nursi belə bir dövrün gələcəyini bildirmişdi, hədislərdə bu barədə ətraflı məlumatlar var. Bizə bildirilən bütün hadisələr hazırda ən xırda detallarına qədər reallaşır. (A9 TV, 7 oktyabr 2011)
Adnan Oktar: “Ərəb baharı” adı altında Mehdiyyəti dolayı yollarla izah edirlər. Halbuki, Bədiüzzamanın bildirdiyi bahar Mehdiyyətdir. “Biz qışda gəldik, siz cənnət kimi bir baharda gələcəksiniz” deyir ustadımız. Bu, Ərəb baharı deyil, İslam baharıdır. Ərəb baharı, Türk baharı, Alban baharı, Kürd baharı kimi dəyərləndirilməməlidir. İslamın baharı var. Burada Mehdiyyət nəzərdə tutulur. (A9 TV, 15 iyun 2011)
Ərəb baharının tüğyan etdiyi ölkələrdə iqtisadi böhran
Hz. Əbu Hüreyrə (əs) belə nəql edir: “Rəsulullah (səv): “İraqa ölçəyi və dirhəmi verilməyəcək. Şama da ölçəyi və dinarı verilməyəcək. Misirə ölçəyi və dinarı verilməyəcək. Başladığınız yerə qayıdacaqsınız" buyurdu və üç dəfə təkrarladı" (Müslim, Fiten: 33, (2896); Əbu Davud, Harac: 29, (3035)).
Ərəb baharının ən qanlı mərkəzi olan Suriya başda olmaqla üsyan atəşinə qərq olan bütün ölkələrdə iqtisadi böhran ən yüksək həddə çatıb. Hədisdə bildirildiyi kimi 2003-cü ildə əvvəlcə İraq dinarı dövriyyədən qaldırıldı. 2004-cü ilin ortalarından etibarən İraqda valyutanın dövriyyəyə buraxılması ilə başlayan iqtisadi böhran Suriya valyutasının sürətlə dəyər itirməsi ilə davam etdi. Xalq bütün pulunu qızılla, əmlakla, avro və dollarla dəyişdirdi. Həmin iqtisadi vəziyyət Misiri də öz cənginə alıb.
Şamda fitnələr
Peyğəmbərimiz (səv) Ərəb yarımadasında baş verən bu hadisələrdən bəhs edərkən ən şiddətli toqquşmaların Suriyada olacağına və xalqın böyük zülm görəcəyinə xüsusi diqqət çəkmişdir:
“Şamda fitnələr bir tərəfdən yatışdıqca, digər tərəfdən alovlanar. Göydən səslənən bir mələk “Mehdi əmirinizdir” demədikcə də bu fitnələr bitməz.” (Risalet-ül Huruc-ül Mehdi, səh. 63)
İnsanlar bir-birlərindən uzaqlaşacaqlar
“Ey Allah`ın Rəsulu, Əhlas fitnəsi nədir? “Qaçmaq, insanlar arasındakı şiddətli düşmənçiliklərin yaranması və etibarın itməsi nəticəsində bir-birlərindən uzaqlaşmaqları və mallarının yağmalanması deməkdir” deyə buyurdu” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 386, nöm. 714).
Suriyadakı hadisələrdən baş götürüb qaçan minlərlə mühacirin müxtəlif ölkələrə sığınması hədisdəki hadisələrlə üst-üstə düşür. Mətbuatda 24000-dən çox Suriya mühacirindən bəhs edilir.
Məscidlərin dağıdılması
Peyğəmbərimiz (səv) bir hədisində Süfyani adlı şəxsdən bəhs edərək bu insanın Şamdan, yəni Suriyadan çıxacağını bildirmişdir. Onun müsəlmanlara qarşı böyük qətliamlar gerçəkləşdirəcəyini xəbər vermişdir:
“Şamın ortasından Süfyani adlandırılan və tərəfdarlarının böyük qismi Kəlp qəbiləsindən olan bir şəxs çıxacaq. O insanları öldürəcək, hətta qadınların qarınlarını deşib körpələrini qətlə yetirəcək” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 40).
Hədislərdə hz. Mehdi (əs) ilə eyni dövrdə yaşayacağı bildirilən Süfyaninin xüsusiyyətləri Suriyanın sabiq prezidenti Hafiz Əsədə çox bənzəyir. 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra hakimiyyətə gələn Bəşər Əsəd də hədisdə bildirildiyi kimi atasının zülm siyasətini davam etdirərək Suriya xalqına böyük əzablar verir. Hədislərdə Süfyaninin məscidləri dağıdacağı da bildirilmişdir:
“Süfyani quru torpaqlardan çıxacaq. Kəlp qəbiləsinin daş ürəkli adamlarından ordu yaradaraq hər tərəfə zülm edəcək. O mədrəsə və məscidləri dağıdacaq, rüku və səcdə edənlərin hamısını cəzalandıracaq” (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 35).
Şamın Harəstə bölgəsindəki hadisələr
Peyğəmbərimizin (səv) Ərəb baharı ilə bağlı bildirdiyi digər hadisələrdən biri də Suriyadakı “Harəstə kəndinin həlak edilməsi” olmuşdur.
“Şam diyarının mərkəzində Harəstə adlandırılan kənd həlak edilincəyə qədər hz. Mehdi (əs) zühur etməyəcək” (Mer’iy b. Yusuf b. Ebu Bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”).
Mübarək peyğəmbərimiz hz. Muhəmmədin (səv) bildirdiyi kimi, Suriyanın Harəstə bölgəsində 2011-ci ilin aprel ayından indiyədək şiddətli toqquşmalar davam edir. Hədisdə bildirildiyi kimi 25 yanvar 2012-ci ildə etiraz aksiyaları zamanı ağır silahlardan açılan atəş nəticəsində yüzlərlə insan qətlə yetirilmiş, minlərlə insan isə yaralanmışdır.
Mehdiyyətin gətirəcəyi hüzur və rifaha qovuşmaq üçün müsəlmanlar İttihadi-İslamın qurulmasına səy göstərməli, hz. Mehdini (əs) axtarmalıdırlar.
Peyğəmbərimizin (səv) hədisləri müsəlman ölkələrində meydana gələn hərc-mərclikdən sonra İslam aləmində bəzi dəyişiklər olacağını müjdələmişdir. Bir çox İslam ölkəsində diktator liderlər məzlum xalqı uzun illərdir təzyiq altında saxlayırlar. Bu hakimiyyətlərin ədalətsiz siyasətləri xalqı yoxsulluqdan əziyyət çəkməyə vadar edir.
Xalqa heç bir sahədə söz azadlığı verməyən, din əxlaqını dilədiyi kimi yaşamağına mane olan, İslamı azad şəkildə təbliğ etməyə qadağa qoyan və bu qadağaları pozanları işgəncələrlə, həbslərlə, hətta qətlə yetirməklə təzyiq altında saxlamağa çalışan bu ideologiyanın dəyişməsi labüddür.
Peyğəmbərimizin (səv) “... Heç kimin qoruna bilməyəcəyi bir fitnə zühur edəcək, bu fitnə çıxdığı yerdən sürətlə başqa yerlərə yayılacaq və bir carçının səmadan səslənərək “Ey insanlar, əmiriniz artıq Mehdidir” deyincəyə qədər davam edəcəkdir.” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 22) hədisindəki müjdəsinə görə fitnələrlə dolu, qorxu və şiddətin hakim kəsildiyi bu qaranlıq dövrün dəyişməsi axırzamanda hz. İsa (əs) və hz. Mehdinin (əs) fəaliyyətləri nəticəsində gerçəkləşəcəkdir.
Qeyd edək ki, müsəlman ölkələrini cənginə alan bu qəddar rejimi xalqın küçələrə axışması, xalq və hakimiyyət qüvvələrinin toqquşması, bıçağa, baltaya əl atması ilə dəyişmək mümkün deyil. Küçə qarşıdurmaları ilə, qarətçiliklə, təcavüzkarlıqla, zorakılıqla heç nə əldə edilməz. Zorakılıqla qurulan rejim də insanlara hüzur, rifah və güvən gətirməyəcək. Kiçik nailiyyətlər əldə edilsə də, problemlərin birdəfəlik həll yolu olmayacaq.
Daimi və doğru həll yolu isə ancaq Allah`ın və Rəsulullahın (səv) göstərdiyi haqq yola uyaraq mümkün olacaq. Bu isə bütün İslam aləminin mənəvi lider ətrafında birləşməsi, Türk-İslam Birliyinin qurulmasıdır. Buna görə də, Mehdiyyətdən mütəmadi olaraq hər yerdə bəhs edilməlidir. Bütün müsəlmanlar fəaliyyətdə olan hz. Mehdini (ə.s) axtarmalıdırlar.
Hazırda müsəlman ölkələrində müharibə və toqquşmalar, terror, zorakılıq, anarxiya, xaos, qətliamlar, işgəncələr və əxlaqi degenerasiya getdikcə böyüyür. Hədislərdə sadalanan axırzaman və hz. Mehdinin (əs) zühur əlamətləri ilə müsəlman ölkələrində hökm sürən vəziyyət tamamilə üst-üstə düşür. Bölgələrdəki xaos, toqquşma və müharibələr, işgəncə və əzablar hz. İsanın (əs) nüzulu və hz. Mehdinin (əs) zühuru ilə bağlı əlamətlərdir.
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!...” (Ali İmran surəsi, 103) ayəsində bildirildiyi kimi, müsəlmanlara birləşmək, bir olmaq əmr olunmuşdur. Əgər müsəlmanlar bunun üçün cəhd etməsələr, İttihadi-İslamdan bir kəlmə belə danışmasalar, Allah İslam dünyasının üzərindəki əzab-əziyyəti qaldırmaz. Peyğəmbərimiz (səv) “Sizdən ona kim çatsa, qar üzərində sürünərək olsa belə, ona doğru gəlsin, ona qoşulsun. Çünki o Mehdidir” (İbn Mace, Fiten, B 34, H 4082; İbn Ebi Şeybe, c. VII, sf.527; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14) hədisində insanlardan hz. Mehdini (əs) axtarmalarını və ən çətin şəraitdə belə ona qovuşmaq üçün cəhd göstərmələrini istəyir.