Səhiyyə, təhsil, nəqliyyat, terrorla mübarizə və s. ictimai ehtiyacları ödəmək üçün dövlətlərin böyük maddi gücü olmalıdır. Ən zəngindən ən yoxsula qədər bütün dövlətlərin qlobal iqtisadi böhranın cənginə keçdiyi və işsizliyin sürətlə artdığı bu dövrdə Yəməndə də vəziyyət fərqli deyil.
Yəmənin iqtisadi problemlərdən biri bazar qiymətlərinin yüksək olmasıdır. Bu il baza inflyasiyası adlandırılan, mövsümi amillərdən asılı olmayan bəzi əsas istehlak məhsullarındakı qiymət artımı 166%-ə çatıb. 2011-ci ilin sentyabrında 25% qeydə alınan qiymət artımlarının 12%-ə enməsi müsbət nəticədir. Lakinəhalinin gəliri bazar qiymətləri ilə paralel şəkildə artmayıb. Nəticə etibarilə ölkədə yoxsulluq səviyyəsi çox artıb. Həyat şəraiti kifayət qədər ağır olan yəmənlilərin aylıq gəlirləri heç bir ehtiyaclarını qarşılamır. Bununla yanaşı ölkənin hər tərəfində işsizlik problemi baş alıb gedir.
Tədqiqatlar göstərir ki, Yəməndəki işsizlik səviyyəsi 2012-ci ildən bu yana 30%-əqədər yüksəlib. Bu insanların ailələrini də nəzərə alsaq, məsələnin ciddiliyini daha yaxşı dərk edirik. Digər tərəfdən, çox təəssüf ki, ölkənin istehsal və məhsuldarlıq sahələrindən bəhs etmək müşkül məsələdir.
Gəlir və xərclər arasındakı fərq təkcə fərdi deyil, bütün ölkə səviyyəsində böyük problemə çevrilib. Yəmən ixrac etdiyi məshulların dəyəri 850 milyon dollar olsa da idxal etdiyi məhsullar daha baha, 1,5 milyard dollara başa gəlir. Bu da öz növbəsində ölkədəki iqtisadi tarazlığı pozur.
Digər dövlətlər kimi Yəmən dövləti də bu fərqi minimuma endirmək üçün xarici təşkilatlara üz tutur. Lazımi məbləğ əldə edilsə belə bu, Yəmənin iqtisadi vəziyyətini stabilləşdirməyə kömək etmir. Çünki bu borcların ödənilməsində nəzərdə tutulan faizlər, qiymət və vergi artımı daha böyük problemlərə gətirib çıxarır.
Hazırdadünyada yardımlar, xüsusilə,Yəmən kimi iqtisadiyyatı zəif olan dövlətlərə faizlə verilir. Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və digər beynəlxalq təşkilatların yüksək faizli yardımları ölkə iqtisadiyyatınıdaha da zəiflədir.
Bu yardımların əksəriyyəti idxal məhsullarının maliyyələşdirilməsi, məmur maaşlarının ödənilməsi və büdcə kəsirlərinin tamamlanması üçün istifadə edilir. Lakin bu “həll” müvəqqəti xarakter daşıdığı üçün dövlətin borclarının daha da çoxalmasına səbəb olur. Yüksək faizli borclarla büdcə kəsirlərini tamamlayan, məhsuldarlıq sahələrini inkişaf etdirərək iqtisadi vəziyyəti stabilləşdirən,rifah və zənginliyə qovuşan ölkə hələ də mövcud deyil.
Yəmənin dirçəlişi və yoxsulluğun aradan qaldırılması üçünhəyata keçirilməli tədbirlərdən bəzilərini nəzərdən keçirək:
Yüksək inflyasiya və fazilərin içində boğulan, sərmayələrin qoyulmadığı, pulların banklarda, yastıq altlarında və kassalarda toplandığı ölkədə iqtisadiyyat, əlbəttə, çox geriləyəcək, həyat şəraiti çoxbahalı olacaq, inflyasiya kimi iqtisadi problemlər meyadana gələcəkdir.
Halbuki, istehsal sahəsinin inkişafı nəticəsində ölkənin iqtisadiyyatı inkişaf edər, bazar dirçələr və bu bütün ölkəyə fayda gətirər. Allah Quranda pul, sərvəttoplamağı haram buyurur, insanların sahib olduqları var-dövləti xeyir işlərə xərcləməyi əmr edir. “Tövbə” surəsinin 34-cü ayəsində malını, pulunu yığan insanların dəhşətli əzabla cəzalandırılacağı xəbərdar edilir.
İslam əxlaqı hakim olan cəmiyyətdə insanların həyat şəraiti ən yüksək səviyyədə olmalıdır. “Bəqərə” surəsinin 275-ci ayəsinin hökmü ilə faiz, insanların borcaltında əzilmələri qadağan edilir. Başqa bir ayədə isə Rəbbimiz faizin insanlara bərəkət gətirmədiyini belə bildirir:
“Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz” (Bəqərə surəsi, 276)
İnsanların həyat şəraitinin yaxşılaşdırılması üçün ölkə daxilində sabitliyin və nizam-intizamın olmağı ən vacib şərtlərdən biridir. İqtisadiyyatdan sosial məsələlərə qədər bütün sahələrdəstabillik müşahidə edilməlidir. Bunun üçün bütün müsəlmanlar böyük məsuliyyət daşıyırlar. Heç kim başqasından gözləməməli, özü əlindən gələni etməlidir. Çünki Allah hər bir insanı bununla məsul etmişdir. Bu vəzifəni yerinə yetirmək üçün isə əvvəlcə din və dinin insan həyatına bəxş etdiyi gözəlliklər təbliğ edilməlidir.
Məsələn, infaq edilən və xeyirlərə xərclənən pulun bərəkətli, faizin isə bərəkətsiz olacağına iman gətirən cəmiyyət malının ehtiyacından artıq qalanınıxeyir işlərdə xərcləyər. Nəticədə bütün ölkə rifaha qovuşar. İnsanların bu rifah və zənginlik barədə ümidsizliklərini ancaq Quran əxlaqı ilə ortadan qaldırmaq mümkündür.
Qeyd edək ki, Quran əxlaqını mənimsəmiş cəmiyyətdərin Allah qorxusu ilə yaşadığı üçün təkcə öz mənfəətlərini deyil, bütün insanların xoşbəxtliyi və mənfəəti üçün cəhd edər. Çünki İslamda birlik, həmrəylik, bərabərlik və köməkləşmə vacib əxlaqi keyfiyyətlərdir.
Belə bir cəmiyyətdəheç kimin haqqına təcavüz edilməz. İnsanlar bir-birinin payına göz tikməz. Çəkidə əsla səhvə yol verilməz. Dinsizlikdən qaynaqlanan ədalətsiz, eqoist düşüncələr, güclünün zəifi əzməsi ideologiyası bu cəmiyyətlərə yaddır, insanlar haram yollarla başqalarını haqqlarını mənimsəməz.
Quranı rəhbər seçsə Yəmən israfçılıqdan xilas olar. Ədalətli idarə və yardımlaşma nəticəsində insanların iqtisadi vəziyyəti yaxşılaşar. Yəmən zəngin bir dövlətə çevrilər. Belə ki, Quran əxlaqının hakim olduğu dövrdə zənginlik, rifah, bolluqla tarixə yazılan Əsri-Səadət dövrü buna ən gözəl nümunədir.
Cənab Adnan Oktar'ın National Yemen'də yayımlanan məqaləsi:
http://nationalyemen.com/2014/05/11/the-problem-of-poverty-in-yemen-and-regeneration/