Allahı inkar edən materialist fəlsəfənin artıq son çırpınışlarıdır və insanlar yaşadığımız 21-ci əsrdə materializm, darvinizm kimi yalanlardan xilas olaraq əsl yaradılış məqsədinə qayıdır.
Bəşər tarixinin əhəmiyyətli bir dönüş nöqtəsində yaşayırıq. Bu dönüş nöqtəsinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri bir vaxtlar elmilik maskası altında bütün dünyaya təlqin edilən materialist fəlsəfənin məhz elm tərəfindən süquta uğradılmasıdır. Materializm, yəni hər şeyin maddədən ibarət olduğunu hesab edən və Allahın varlığını inkar edən fəlsəfə əslində bütpərəstliyin müasir formasıdır. Məlum olduğu kimi qədimdə bütpərəstlər daşdan və taxtadan hazırlanmış totemlərə, yəni cansız maddi varlıqlara sitayiş edərək bunları özlərinə ilah qəbul edərdilər. Materialist fəlsəfə isə, insanın və bütün canlıların atomlar və molekullar tərəfindən yaradıldığı inancına əsaslanır. Yəni yenə sözü gedən mövzu cansız maddi varlıqları “ilah” qəbul etməkdir. Materializmdəki bu batil inanca görə cansız atomlar hər hansısa şəkildə təsadüfən öz-özlərini formalaşdırmış, vaxt keçdikcə həyat və şüur qazanmış və ən sonda isə insanı yaratmışlar.
Harun Yəhyanın təkamül nəzəriyyəsinin etibarsızlığını izah edən əsərlərində Arxeopteriksin quşlarla dinazavrlar arasında bir canlı olmadığı, dövrümüzdəki quşlar kimi uça bilən, nəsli kəsilmiş bir quş növü olduğu dəlilləriylə izah edilmişdi. Türkiyədəki təkamülçü nəşrlər isə bu həqiqəti görməməzlikdən gələrək Arxeopteriksi “quşların ibtidai əcdadı” hesab etməyə və “quşların əcdadı dinozavrlardır” nağılını təkrarlamağa davam etdilər. Türkiyədəki təkamülçü nəşrlərin Arxeopteriks haqqındakı sözü gedən yanıldıcı xəbərləri görə bilərsiniz. Ancaq axırda həqiqət açıq şəkildə ortaya çıxdı və təkamülçü nəşrlərin bəziləri belə Arxeopteriks əfsanəsinin çöküşünü qəbul etmək məcburiyyətində qaldı.
Materializmin bu batil inancına “təkamül” adı verilmişdir. İlk dəfə qədim Şumer və qədim Yunanıstandakı bütpərəst mədəniyyətlərdə ortaya atılan “təkamül” inancı XIX əsrdə bir qrup materialist elm adamı tərəfindən sanki dirildilib və dünyanın gündəminə gətirilmişdir. Çarlz Darvin bu elm adamlarının ən məşhurudur. Ortaya atdığı təkamül nəzəriyyəsi 150 il ərzində elm dünyasını məşğul etmiş və səhv olduğunun görülməsinə baxmayaraq ideoloji səbəblərlə qorunub saxlanılmışdır. Ancaq yuxarıda da ifadə etdiyimiz kimi materializm dövrümüzdə böyük bir səs-küylə çökür. XIX əsrə istiqamət verən üç əhəmiyyətli materialist fikir adamını göstərmək olar: Freyd, Marks və Darvin. İlk ikisinin nəzəriyyələri ötən XX əsr ərzində təcrübədən keçirilmiş, araşdırılmış və nəticədə etibarsızlığı başa düşülərək bir-birinin ardınca rədd edilmişdir. Darvinin nəzəriyyəsi isə yaşadığımız dövrdə elmi dəlillərlə çürüdülür. Son dövrdə əldə edilən bəzi əhəmiyyətli nailiyyətlər materializmin bu böyük çöküşünü sürətləndirir.
Əvvəlcə işıq sürətini keçmək məqsədiylə təcrübə aparan elm adamları bütün elmi tapıntıları alt -üst edən tapıntılarla qarşı-qarşıya gəldilər: İşıq sürətindən qat-qat artıq sürətdəki təcrübə mühitində təcrübənin nəticəsinin səbəbindən daha əvvəl reallaşdığına heyrətlə şahid oldular. Bu, XIX əsrdə materialist təməllərə əsaslanaraq ortaya atılan “səbəbiyyət əlaqəsi” iddiasının çürüməsi mənasını verirdi. Bir qəzet başlığında mövzunun xülasəsi bu şəkildə verildi: -“Səbəbsiz nəticənin ola biləcəyi və bir faktın sonunun, başlanğıcından əvvəl meydana gələ biləcəyi sübut edildi”. Həqiqətən də, bir hadisənin nəticəsinin onun səbəbi kimi görünən hadisədən əvvəl reallaşması bütün hadisələrin ayrı-ayrı yaradıldığının elmi bir dəlilidir və materialist fəlsəfəni tamamilə çürüdür. Bundan başqa, insanın gen quruluşunu açmaq üçün həyata keçirilən İnsan Genom layihəsi nəticələndi və Allahın canlıları nə dərəcə üstün bir yaradılışla yaratmasını ortaya qoyan “genetik məlumatın” təfərrüatları bəşəriyyətə çatdırıldı. Bu gün bu layihənin nəticələrini araşdıran, tək bir insan hüceyrəsində minlərlə ensiklopediya səhifəsini dolduracaq qədər məlumat saxlandığını öyrənən hər insan, bunun nə qədər böyük bir yaradılış dəlili olduğunu başa düşür.
Ancaq təkamülçülər əslində öz əleyhlərinə olan bu son nailiyyəti saxtalaşdıraraq və sanki “təkamül” dəliliymiş kimi göstərməyə çalışırlar. Ən kiçik bir bakteriyanın DNT zəncirinin belə necə meydana gəldiyini izah edə bilməyən təkamülçülər “insan genləri heyvan genlərinə oxşayır” kimi elmi bir məna ifadə etməyən, yalnız cəmiyyəti istiqamətləndirmək məqsədi güdən mesajlar verməyə çalışırlar. Bəzi mətbuat orqanları isə, həm mövzu haqqındakı məlumatsızlıqları, həm də ön mühakimələri səbəbiylə İnsan Genom layihəsinin “təkamülə dəlil” təmin etdiyini zənn edir və elə göstərməyə çalışırlar.
Son olaraq da, darvinistlərin bir əsrdən çox müddətdir “ən böyük qalıq dəlilimiz” dedikləri Arxeopteriks adlı quş qalığının darvinizmə dəlil deyil, zərbə olduğu ortaya çıxdı. Milliyyət qəzetinin 25 iyun 2000-ci il tarixli nüsxəsində “Quşların atası quş oldu” başlığı ilə Türk ictimaiyyətinə çatdırılan bu nailiyyət, şübhəsiz, bütün təkamülçülər üçün böyük bir şok oldu.
Təkamül nəzəriyyəsinin son fosil iddiası da tarixə qarışdı
Təkamül nəzəriyyəsi genlər, DNT, hüceyrə sistemləri kimi biokimyəvi mövzularla yanaşı paleontologiya, yəni canlıların daşlaşmış qalıqlarını (fosilləri) öyrənən elm sahəsində də böyük bir məğlubiyyət yaşamışdır. Fosillər canlı növlərinin bir-birlərindən təkamüllə yaranmadıqlarını, əksinə hamısının özünəməxsus quruluşları ilə ayrı-ayrı yaradıldıqlarını göstərir. Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəldən mövcud olan bir canlı növü vaxt keçdikcə digərinə çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə bu çevrilmə 100 milyon illik uzun bir zamanı əhatə etmiş və pillə-pillə irəliləmişdir. Bu vəziyyətdə iddia edilən uzun vaxt ərzində çevrilmə prosesi zamanı saysız “ara növlər” meydana gəlməli və yaşamış olmalıdırlar. Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşayıblarsa o zaman bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır. Amma elə darvinizm məhz bu nöqtədə çökmüşdür. Çünki, iddia edilən bu xəyali ara-keçid növlərindən tək bir əsər belə yoxdur.
Bu həqiqət uzun müddətdir bilinirdi. Ancaq təkamülçülər, yalnız bir neçə canlı qalığı haqqında fərziyyələr irəli sürərək bunları “ara keçid növü” kimi göstərməyə və “yalnız bir neçə ara növ tapıla bildi, amma gələcəkdə hamısı tapılacaq” deyərək təskinlik tapmağa çalışırdılar. Ara növ kimi göstərməyə çalışdıqları ən əhəmiyyətli qalıq isə Arxeopteriks adlı 150 milyon illik nəsli kəsilmiş bir quş fosili idi. Təkamülçülər bu quşun sürünənlərlə oxşar xüsusiyyətləri olduğunu iddia edirdilər. İddialarının konkret elmi məlumatlarla tək-tək çürüdülməsinə, Arxeopteriksin ara keçid növü olmadığı və uça bilən bir quş növü olduğunun isbat olunmasına baxmayaraq, əllərində qalan bu son canlı qalığına məcburən kor-koranə sarıldılar. Amma sonda iyun ayı ərzində tapılan bir fosil təkamülçülərin bu son ümidini də qəti şəkildə puç etdi. Belə ki, məhz elə təkamülçü qaynaqların ifadəsiylə quşların ən qədim atasının dinozavr və ya bir başqa canlı deyil, yenə quş olduğunu göstərən bir qalıq tapıldı. Bununla əlaqədar xəbər Türk mediasında ilk dəfə 25 iyun 2000-ci il tarixli “Milliyyət” qəzetində, “Quşların Atası Quş Oldu” başlığıyla nəşr olundu. Sözü gedən xəbər Orta Asiyada yeni tapılan bir quş fosili haqqında idi. “Science” və “Nature” kimi məşhur elm jurnalları və dünya tərəfindən tanınmış BBC televiziyası tərəfindən elan edilən bu nailiyyət belə idi:
“Orta Asiyada tapılan və dövrümüzdən 220 milyon il əvvəl yaşadığı məlum olan fosilin bütün bədəninin tüklərlə örtülü olduğu, quşların əcdadı olduğu iddia edilən Arxeopteriks və dövrümüzdəki quşlarda olduğu kimi bir lades sümüyünə sahib olduğu və tüklərində isə içi boş sapların olduğu müəyyən edildi. Bu isə, Arxeopteriksin quşların əcdadı olduğu iddialarının əsassız olduğunu göstərmişdir. Çünki tapılan fosil Arxeopteriksdən 75 milyon il daha qədim idi, yəni quşların əcdadı olduğu iddia edilən canlıdan 75 milyon il əvvəl də bütün xüsusiyyətləriylə tam bir quş yaşamışdır”.
Xüsusilə ifadə etməliyik ki, Arxeopteriksin təkamülə dəlil meydana gətirəcək bir “ara keçid növü” olmadığının şəxsən təkamülçülər tərəfindən də qəbul edilməsi paleontologiya tarixində əhəmiyyətli bir dönüş nöqtəsidir. Çünki Arxeopteriks 150 ildir təkamülçülərin irəli sürə bildikləri bir neçə “ara keçid növ” iddiası arasında hər zaman ən iddialısı olmuşdur. Ancaq bu çıxış yolu da artıq bağlanmış və paleontologiya dünyası həqiqətlərlə üz-üzə gəlmişdir: Təkamülə dəlil meydana gətirən tək bir qalıq belə yoxdur. Bunun göstərdiyi nəticə isə aydındır. Təkamülçü dairələr də bunu qəbul etmiş və “quşların əcdadı quş oldu” demək məcburiyyətində qalmışlar. Bəli, quşların ən qədim əcdadı da bir quşdur. Balıqların ən qədim əcdadı balıq, atların ən qədim əcdadı at, kenquruların ən qədim əcdadı kenquru və insanların ən qədim əcdadı da insandır. Belə ki, bütün fərqli canlı sinifləri yer üzündə bugünkü bir-birindən fərqli, xüsusi və qüsursuz quruluşları ilə yaradılıblar.
Başqa sözlə desək, bütün bu canlıları Allah yaratmışdır. Təkamülçülərin bu açıq-aşkar həqiqətə qarşı göstərdikləri mühafizəkar müqavimət artıq son dayaqlarını da itirmişdir.