Salam vermək möminlərin bir-birinə ən gözəl dilək və istəklərini təqdimetmə formalarından biridir. Cənnətə daxil olarkən möminlər salamla qarşılanar və cənnətdə də bir-birləri ilə salamlaşırlar. Salam verən bir insanın həmin salama daha gözəl şəkildə və ya ən azı eyni dərəcədə cavab verməsi fərzdir:
«Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır» («Nisa» surəsi, 86)
Cahillərin anlayışında isə verilən salamı almamaq, eşitməməzlik kimi davranışlar özünü qarşı tərəfdən üstün göstərmək anlamına gəlir. Sosial vəziyyəti baxımından özündən aşağı hesab etdiyi insanları əzmək, onlara həddini bildirmək kimi çirkin niyyətiözündə ehtiva edən bu cür davranışlara tez-tez rast gəlinir. İslamda və möminlər arasında isə belə bir üstünlük anlayışı və qiymətləndirmə forması yoxdur. Kim olursa-olsun, ona verilən salamı almaq hər bir mömin üçün Quranda bildirilən bir əmrdir.