Dünyada sülhü təsis etmək üçün radikalizm problemini təhlil etməyə böyük ehtiyac var. Bununla yanaşı, önəmli olan bunun necə ediləcəyidir.
Əfqanıstandan Liviyaya, Nigeriyadan İraqa qədər 13 illik hərbi əməliyyatlardan sonra ortaya çıxan konkret bir həqiqət var ki, o da radikal terrorist qrupların hərbi əməliyyatlar, şiddət və təzyiqlə aradan qalxmaması, əksinə daha da güclənməsidir.
Bundan əlavə, hava hücumları və quru əməliyyatları da daxil olmaqla hər cür hərbi əməliyyat daha çox sivil vətəndaşın ölümünə, şəhərlərin və infrastrukturun dağılmasına, həmin ölkələrdə qəzəbin artmasına səbəb olmuş və bu qəzəb də ən çox radikal qruplaşmaların xeyrinə olmuşdur. Müxalif güc yaratmaq üçün milyardlarla dollar pul xərclənməsi və bunun nəticəsində də terror qruplaşmalarının sayının artması ən arzu olunmayan haldır.
Bəzi hərbi analitiklərə görə, terror qruplaşmalarının liderlərinin öldürülməsi ən təsirli metod olaraq təqdim edilərkən, daha geniş perspektivdən baxdıqda əslində bundan heç bir nəticə əldə edilə bilməyəcəyi aydın olar. Usama bin Ladenin öldürülməsi əl-Qaidəni yox etməmişdir.
Bundan başqa, terror qruplaşmaları özlərinə qarşı bu silahlı hücumları ustalıqla propaqanda vasitəsinə çevirir, özlərinə qarşı edilən bu hücumları məqsədlərinin haqlılığı üçün dəlil göstərirlər. Bu səbəbdən bu qruplaşmalar ya daha çox güclənir, ya da fəaliyyətlərini üstü örtülü şəkildə davam etdirirlər ki, bu da onlara qarşı hərbi mübarizəni daha da təsirsiz edir.
Terror şəbəkəsini dağıtmaq üçün sosial-iqtisadi islahatlar aparılmalı və terror fəaliyyətlərinin daha çox həyata keçirildiyi bölgələrdə demokratik siyasət tətbiq edilməlidir. Bunların edilməsi üçün radikal düşüncənin kökündə duran cəhalətin aradan qaldırılması əsasdır. Bunun yolu isə maarifləndirmədir. Düzgün məlumatların verilməsi, silahlara trilyonlarla dollar pul xərcləmək və sonradan humanitar yardıma milyardlarla dollar xərcləməkdən daha ucuz başa gəlir və daha yaxşı nəticələr verir.
İllərlə davam edəcək və hər hansı bir nəticə əldə edilməyəcək yeni hərbi əməliyyatlara əl atmaq yerinə, heç vaxt tətbiq edilməmiş, ancaq arzu olunan nəticələr verəcək bu təkliflərə yönəlmək daha ağıllı olar. Terrorun mənbəyi maarifləndirici fəaliyyətlərlə aradan qaldırılmadıqca, başqa sözlə bataqlıq qurudulmadıqca, ağcaqanadları öldürməyin heç bir mənası yoxdur.
Bu qruplaşmaların idelogiyasına qarşı tədbir alaraq, bu hərbi dəstələri qatilə çevrilməmişdən əvvəl durdurmaq mümkündür. Ancaq bu halda qruplaşmalara yeni qatılan insanların qarşısını almaq mümkün olacaq. Televiziya, radio və internet yolu ilə görüləcək bu tip bir ideoloji mübarizəyə qarşı heç bir terror təşkilatı əngəl ola bilməz. İdeoloji təməlini itirən bir hərəkat mövcud ola bilməz. Dövlət ya bu vəzifəni həyata keçirməli, ya da bu vəzifəni yerinə yetirməyə könüllü olan qeyri-hökumət təşkilatlarını dəstəkləməlidirlər.
İdeologiyası nə olursa-olsun, bütün terror təşkilatlarına qarşı aparılan maarifləndirmə dünya səviyyəsində qarşı-qarşıya olduğumuz amansız terrorun qarşısını almaq üçün zəruridir.
NATO fanatizmə qarşı silahlı mübarizəyə pul ayırmağa davam edirsə, onda bu təhlükə niyə getdikcə daha da artır?
Fanatik ideologiya ilə təkcə fiziki gücdən istifadə edərək mübarizə aparmağa çalışmaq çox az nəticə verəcək və bu ideologiyanı dəstəkləyənlərin sayını artıracaqdır. Bölgədəki hərbi əməliyyatlarda daha çox günahsız insan ölərkən, bu əməliyyatlar zamanı ölənlərin yaxınları Qərbə qarşı qəzəblərindən radikal qruplaşmalara qoşulmada daha həvəsli olacaqlar.
Hər cür fanatizmə qarşı beynəlxalq əməkdaşlığa ehtiyacımız var
Bu cür təhlükəli cərəyanlar sona çatdırılmalıdır və fəlsəfi təməlləri yox edilməlidir. Əslində bu ancaq qərbli müttəfiqlərin köməyi ilə Yaxın Şərq millətləri tərəfindən edilə bilər.
Bu baxımdan radikalizmi və qlobal təsirlərini aradan qaldırmaq, demokratiya, plüralizm və insan hüquqları kimi müsbət humanist prinsipləri yaşatmaq üçün maarifləndirmə ən əhəmiyyətli addımdır. Qlobal təhlükəsizliyə qarşı yeni böyük təhlükə olaraq radikalizmin yayılmasının qarşısını almaq üçün dünya liderləri elmi fəaliyyətlərlə cahilliyi aradan qaldırmağın yollarını axtarmalıdırlar.
Adnan Oktarın «Arabian Gazette & News Rescue»də nəşr olunan məqaləsi:
http://www.arabiangazette.com/defeating-the-proliferation-of-radicalism/
http://newsrescue.com/defeating-proliferation-radicalism/#axzz3OAxnXSzO