Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
ADNAN OKTAR: "Biz də dedik ki; "Ey atəş İbrahim (ə.s)-a qarşı soyuq və zərərsiz ol”" (Ənbiya surəsi, 69), yəni hz. İbrahim (ə.s) yanmır, yanmayacaq, xilas olacaq, inşaAllah və xilas oldu. "Ona bir tələ qurmaq istədilər, lakin Biz onları daha çox müsibətlərə düçar etdik", o qurduqları tələni təpələrinə çevirdim" deyir Allah. Mehdi (ə.s)-da da məsələn, Mehdi (ə.s)-ın əleyhində xəbərlər çıxacaq, Mehdi (ə.s) daha tanınacaq. Mehdi (ə.s)-ın əleyhində tələ quracaqlar daha da tanınmasına səbəb olacaqlar. Mehdi (ə.s)-ı orda-burda pisləyənlər mehdiyyətin uçqun kimi yayılmasına səbəb olacaqlar. Hətta Peyğəmbərimiz (s.ə.v) deyir ki; "Dəccal, Mehdi (ə.s)-ı tutar, kürəyinə döyə-döyə işgəncə etməyə başlayar və Mehdi (ə.s)-ın kürəyi döyüldükcə Mehdi (ə.s) genişləməyə başlayar" deyir. Genişləyər, genişləyər, genişləyər, dünyaya hakim olar. Deməli, Mehdi (ə.s)-a hücum ediləcək, hücum edildikcə şan-şöhrəti dünyaya yayılacaq və gücü artacaq. Hücum edənlər hücum etdiklərinə peşman olacaqlar, Mehdi (ə.s) daima gündəmdə olacaq, inşaAllah.
"Və onları Öz əmrimizlə hidayətə yönəldən (Mehdilik edən) öndərlər etdik və onlara xeyiri əhatə edən hərəkətləri- namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar bizə ibadət edənlər idi" (Ənbiya surəsi, 73), əbcədi 1984 edir. Mehdi (ə.s)-ın tarixini verir, inşaAllah.