Evə daxil olanda salam vermək
ucgen

Evə daxil olanda salam vermək

1641
Quran­da hə­ya­tın hər bir anın­da, hər bir ki­çik və bö­yük ha­di­sə­də Al­lah­la sıx əla­qə­də ol­ma­ğa və da­im axi­rə­ti xa­tır­la­ma­ğa əsas­la­nan iman an­la­yı­şı gös­tə­ri­lir. Quran­da həm­çi­nin pey­ğəm­bər­lər­dən mi­sal gə­ti­ril­di­yi za­man bir çox yer­də on­la­rın hər za­man Al­la­ha sığınan və axi­rə­ti xa­tır­la­yan in­san­lar ol­duq­la­rın­dan bəhs edi­lir. Əhə­miy­yət­li və föv­qə­la­də ha­di­sə­lər­də, eləcə dəyalnız çətinliklərlə üzləşdikdə və ya sıxıntıya düşdükdə Al­la­hı və axi­rə­ti xa­tır­la­yıb,  gün­də­lik hə­yat­da qar­şdığı ha­di­sə­lər­də isə qəf­lət için­də ol­maq ki­mi bir an­la­yış Quran əxlaqına ta­ma­mi­lə zid­dir. Mö­mi­nin hər anı, hər bir halı, et­di­yi hər bir iş ba­şı­na gə­lən hər bir hadisə onun Al­la­ha ya­xın­laş­ma­sı, əx­la­qı­nı gö­zəl­ləş­dir­mə­si, sa­va­bı­nı ar­tır­ma­sı üçün ve­ril­miş für­sət­dir. Quran­da bir mö­mi­nin hə­ya­tı­nın hər anın­da bu­nu ne­cə edə­cə­yi ilə bağ­lı bir çox mi­sal­ ve­ril­miş­dir. Bun­lar­dan bi­ri də mö­min­lə­rin evə da­xil olar­kən sa­lam ve­rə­rək gö­zəl əx­laq nü­ma­yiş et­dir­mə­si­dir:
«...Ev­lə­rə da­xil ol­du­ğu­nuz za­man bir-bi­ri­ni­zi Al­lah dər­ga­hın­dan bə­rə­kət və xoş­luq di­lə­yən bir sa­lam­la sa­lam­la­yın. Al­lah ayə­lə­ri si­zə be­lə izah edir ki, dü­şü­nüb da­şı­na­sı­nız!» («Nur» su­rə­si, 61)

Rəbbimiz möminlərə evlərə girdikləri zaman salam vermələrini, ancaq bunu edərkən imanlı, gözəl, Qurana və dinə uyğun yaşamaq diləyi ilə salam verməyə niyyət etmələrinin lazım olduğunu xatırlatmışdır. Buna görə də, salamın niyyətinə diqqət etmək də çox vacibdir.

Möminlər bir- biriləri ilə qarşılaşdıqda Uca Allahdan  rəhmət və əmin-amanlıq diləyərlər. Ona salam verən insanın kim olduğundan asılı olmayaraq, salamı alar və ona daha gözəl bir şəkildə qarşılıq verərlər. Möminin bu davranışı Quran əxlaqının insanlar arasındakı sosial münasibətlərə gətirdiyi gözəlliklərdən biridir. Salam ilə bir-birini tanımayan insanlar arasında mehribanlıq, isti münasibət və yaxınlıq yaranır. Bu əxlaqın yaşanması ilə cahil cəmiyyətdə yaşanılan gərginlik, hörmət və sevginin olmadığı mühitlər Müsəlmanların olduğu yerlərdə heç bir şəkildə meydana gəlməz. 

Ayədə bildirildiyi kimi düşünülsə və hə­min sö­zün mə­na­sı­na diq­qət edil­sə, ve­ri­lən sa­lam­la bun­lar ger­çək­ləş­miş olur. Ən əsa­sı Al­la­hın ayə ilə fərz qıl­dı­ğı bir hökm ye­ri­nə ye­ti­ril­miş olur. Bu­nun­la ya­na­şı, Al­la­hın sülh və əmin-aman­lıq mə­na­sı­nı ve­rən «Sa­lam» adı xa­tır­la­nır. Mö­min­lər be­lə bir va­si­tə ilə tez-tez bir-bi­ri­nə ən gö­zəl ar­zu­la­rı­nı çat­dı­rıb, qar­şı­lıq­lı sev­gi və bağ­lı­lıq­la­rı­nı möh­kəm­lən­di­rir­lər. Beləliklə Al­la­hı xa­tır­la­yır və cən­nət dav­ra­nı­şı olan sa­lam­laş­ma ilə axi­rə­ti in­ti­zar­la göz­lə­mə­lə­ri­ni ifa­də edir­lər. «Sa­lam» sö­zü mö­min­lə­rin arasında olan eti­mad, inam və əmin-aman­lı­ğın bir ifa­də­si­dir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr