Darvinizm, Allahın varlığı və birliyini, insanların Rəbblərinə qarşı məsul olduğunu inkar edən, materializmin və din əxlaqına uyğun olmayan cərəyanların dayaq nöqtəsidir. Bu səbəblə, elmi cəhətdən özünü doğrultmamasına baxmayaraq, ideoloji düşüncələrlə hələ də əsaslandırılmağa çalışılır. Kainatın və insanın, təsadüflərin əsəri olduğu iddiasını müdafiə edən Darvinist-materialist cərəyanlar, necə deyərlər bir növ heyvan saydıqları insanlar arasındakı əlaqələrin, qeyri-insani olmasını belə təbii hal olduğunu iddia edirlər. Bu azğın düşüncə eqoizm, mərhəmətsizlik, qarşıdurmanı və insan məhvini təbii hal kimi qəbul edir. Mərhəmət, sevgi, şəfqət, hörmət kimi duyğular təkamül müddətini ləngidən bir maneə olaraq qəbul edilir. Darvinist təlqinlərlə insan sevgisindən uzaq, zalım, təcavüzkar, mənfəət güdən insanlar yetişir.
Bu vəziyyət qarşısında insanların Darvinizmin təhlükə və yalanlarından xəbərdar edilməsi və bu cür təhlükəli bir cərəyanın fikrən təsirsiz hala gətirilməsinin mühüm olduğunu göstərmək lazımdır. Darvinizmin nə olduğunu, səbəb ola biləcəyi təhlükələri qavraya bilməyən insanlar, Darvinizmə qarşı irəli sürülən elmi mübarizənin də əhəmiyyətini anlaya bilmirlər.
Bu insanlar Darvinizmə qarşı elmi mübarizəyə girmək əvəzinə, bu mübarizəni gözardı etmək və geri çəkilmək üçün fərqli yollara əl atırlar. Bəziləri "Darvinizm əslində bu qədər əhəmiyyətli bir mövzu deyil" deyərək öz aləmlərində bu düşüncə tərzinə qarşı mübarizəni əhəmiyyətsiz görməyə və ya göstərməyə çalışırlar. Bəziləri isə İslam ilə təkamül nəzəriyyəsi arasında sözdə "orta bir yol" meydana gətirməyi hədəfləyir. Bunun üçün özlərinə uyğun tərzdə Darvinizmlə İslamı uyğunlaşdırmağa çalışırlar. "Darvinizmi müsəlmanlaşdırmaq səyləri" adlandıra biləcəyimiz bu istək, çox ciddi səhvlər və nöqsanlara yol açır. Müsəlman Darvinizmlə İslam arasında heç vaxt "uzlaşma" axtarmamalıdır. Düşüncəsi Allahı və yaradılışı inkar etmək olan və belə bir nəzəriyyəni "uzlaşdırmağa" çalışmaq, səmimi iman edənlər üçün uyğun düşüncə tərzi deyil. Həmçinin, Quran ayələrində də Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində də təkamülə işarə edən heç bir açıqlama yoxdur.
Təkamülü elmi bir nəzəriyyə zənn edərək öz düşüncələrinə uyğun tərzdə müsəlmanlaşdırmağa çalışanlar yanılmaqdadırlar.
Darvinizmlə elmi mübarizə aparmaqdan çəkinən insanların ortaq psixologiyaları Darvinizmə qarşı duyulan əziklik duyğusudur. Təkamül nəzəriyyəsinin elmi tapıntılara söykəndiyini zənn edənlər elm qarşısında çarəsiz olduqlarını düşünərlər. Təkamülçülərin irəli sürdükləri iddiaların, onsuz da doğru olduqlarını düşünərək özlərinin bunlara cavab vermələrinin hardasa qeyri-mümkün olduğunu zənn edərlər. Cavab vermələrinin mümkün olmadığını sandıqları üçün də, ən başdan "təslim olmağı" qəbul edirlər.
Halbuki, təkamül nəzəriyyəsinin elmi bir nəzəriyyə olduğu fikri bu mövzuda edilən sıx təbliğatın bir məhsuludur. Televiziya xəbərlərində, qəzet və jurnal yazılarında davamlı olaraq təkamülün isbat edilmiş, rədd edilməsi mümkün olmayan bir nəzəriyyə olduğu imici verilir. Təkamül nəzəriyyəsini müdafiə etmək elmə doğru gəlmək, təkamülü rədd etmək isə elmə qarşı olduğu təsəvvürü yaradılar. Ancaq elmi tapıntılar bu təbliğatın tam tərsini göstərir. Elm təkamülü dəstəkləmir, əksinə onu məhv edir. Qərəzsiz olaraq elmi müdafiə edən bir insanın təkamülü müdafiə etməsi də mümkün deyil. Təkamül nəzəriyyəsinin bu dərəcə aktual olması əslində onun elmi bir nəzəriyyə olduğu səbəbiylə deyil, əksinə materializmin və dinsizliyin dayaq nöqtəsini olduğu səbəbiylədir. Başqa cür desək, təkamülün təbliği elmi səbəblərlə deyil, ideoloji düşüncələrlə həyata keçirilir.
Bəzi müsəlmanların "Darvinizmlə mübarizə etməyin qeyri-mümkün olduğunu" düşünməsi bu sıx təbliğatın təsirindəndir. Bu təbliğatlar nəticəsində təkamülə qarşı çıxmanın elmə qarşı çıxmaq olması kimi heç bir əsası olmayan fikr meydana gələr. Elmin əksinə getməmək üçün də elmi əsası olduğu uydurulan təkamül nəzəriyyəsiylə İslam arasında "ortaq bir yol" yaradılmağa çalışılır. Əslində isə bu Darvinizmlə ideoloji mübarizə aparmaqdan çəkinmək üçün bir yol yaradır.
Halbuki, Darvinizmlə açıq və dəqiq bir şəkildə mübarizə aparmaqdan çəkinmək üçün heç bir əsas yoxdur. Elmin təkamülü təsdiqlədiyini düşündükləri üçün bu məsələ ilə yaxından maraqlandıqları halda, bu təlqinlərin təsirində qalıb inanclarının sarsılacağından, dünya görüşlərinin dəyişəcəyindən qorxanların narahatlıqları yersizdir. Elm Darvinizmi deyil, yaradılışı dəstəkləyir. Darvinizmin irəli sürdüyü iddiaların hər biri yüzlərlə elmi dəlillərlə inkar edilmişdir. Müsəlmanların etməli olduqları iş bu dəlillərdən istifadə edərək Darvinizm təhlükəsini ümumiyyətlə təsirsiz hala gətirməkdir.
Bəzi müsəlmanlar tamamilə spekulyativ üsullarla və ideoloji əsaslarla edilən təkamül təbliğatlarını gözlərində böyüdüb, bununla bacara bilməyəcəklərini zənn edərək şövqlə və həyəcanla Darvinizmlə mübarizə etmək əvəzinə, passiv və təslimiyyətli bir yol tutarlar.
Bu passiv və aciz düşüncə tərzinin ən çirkin nümunələrindən biri daha əvvəl də ifadə etdiyimiz kimi Darvinizmi dildə müsəlmanlaşdırmağa çalışmaqdır. Bu düşüncənin tərəfdarı olmaq üçün Şümer dövründən qalan bütpərəst inanclarından istifadə edərək, alim hesab etdikləri şəxslərin sözlərini axtarır və "Din bunu izah edir" xəbərini verməyə çalışırlar. Halbuki, bu açıq-aşkar Darvinizmlə fikir mübadiləsi aparmaqdan çəkinmək üçün bir bəhanə vasitəsi, passiv və aciz mübarizənin çox çirkin bir istiqamətidir.
Belə düşünən insanlar qorxub, fikrən qalib gələ bilməyəcəklərini düşündükləri Darvinizmə qarşı bu üsuldan istifadə edərək gizli mübarizə şəklini tətbiq edirlər. Halbuki, Allaha qəlbən iman edən, onun üstün gücünü təqdir edən müsəlmanlar üçün bu mübarizə şəkli son dərəcə acizlik nümunəsidir. Saleh bir müsəlmanın mübarizəsinin passiv olması mümkün deyil. "Biz də eyni şeyi müdafiə edirik" məntiqi ilə Darvinizmə qarşı gəlmək mümkün deyil.Müsəlmanın iman etdiyi həqiqət hər şeyi Allahın yaratması həqiqətidir. Bu səbəbdən bir müsəlmanın Darvinistlər ilə eyni şeyi müdafiə etməsi mümkün deyil. Müsəlman Darvinizmə qarşı açıq bir fikri mübarizədə olmalıdır. Allahdan müəyyən dərəcədə qorxan bir müsəlmanın, Darvinizm ilə eyni fikri və ideologiyanı müdafiə etməsi mümkün deyil.
Darvinizm təhlükəsinin fərqində olmayan, onun Allah inancına qarşı mübarizəsini anlamayan bu insanların, səhv üsullar tətbiq etmək yerinə bu mövzuda heç şərh etməmələri çox daha yaxşı olacaq. Fikri mübarizədən qorxmaq, gücü çatmadıqları üçün səhv və ağılsız metodlara müraciət etmək yanlış bir istiqamətdir. Darvinizm, ciddi şəkildə qarşı gəlinməsi və tamamilə ortadan qaldırılması lazım olan böyük bir təhlükədir. Bu böyük təhlükənin fərqinə varmayaraq Darvinizmə qarşı aparılan mübarizəyə mane olmaq böyük bir səhv və Allah qarşısında böyük bir məsuliyyətdir.
İslamda təkamül nəzəriyyəsinin mövcudluğunu iddia edənlər 350 milyon qalığın təkamülü yıxdığını bilmirlər.
Bəzi müsəlmanlar 1940-1950-ci illərin məlumatı ilə təkamülün elm tərəfindən dəstəklənən bir nəzəriyyə olduğunu zənn edərək, "müsəlmanlar Darvindən çox əvvəl təkamülü bilirdilər" kimi aciz və qəribə bir məntiqlə İslamla təkamülü uyğunlaşdırmağa çalışırlar. Bu məntiq ciddi bir savadsızlığın məhsuludur.
Birincisi, təkamül yanılması ilk Darvinlə ortaya çıxmış bir düşüncə deyil. Tarix boyunca bütün materialistlər canlıların daşdan, torpaqdan kortəbii şəkildə meydana gəldiyini və canlıların əslində bir-birindən törədiyini iddia etmişlər. Təkamül minlərlə il əvvəllərə söykənən boş bir inancıdır. Şumerlər də, antik Misirlilər də təkamülə inanan və təkamülü müdafiə edən cəmiyyətlərdir. Məsələn, Misirlilər canlıların Nilin palçıqlı sularından öz-özünə çıxdıqlarını düşünürdülər. Bu səbəbdən, "təkamül Darvindən əvvəl də məlum idi, müsəlmanlar da təkamülü bilirdi" deyə yeni bir şey tapmış kimi ortaya çıxmağın mənası yoxdur. Müsəlmanlar, ilk yəhudi və xristianlar, Şumerlər və Misirlilər də təkamülün azğın bir düşüncə olduğunu əlbəttə bilirdilər. Amma indiki vaxtda olduğu kimi o dövrdə də ağıl və vicdan sahibi olanlar təkamülün bir yalan olduğunu açıq şəkildə görə bilir, bəzi insanlar isə materialist və ateist bir düşüncəyə sahib olduqları üçün bu yalana sahib çıxırdılar.
İkincisi, canlıların mərhələ-mərhələ bir-birlərindən törəyərək mövcud olduqları fikri heç bir elmi sübutla dəstəklənməmişdir. Əgər canlılar Darvinin və ya keçmişdə yaşamış təkamülçülərin iddia etdiyi kimi bir-birindən törəmiş olsaydı, bu qalıqlardakı izlərdə açıq şəkildə görülməliydi. Bu günə qədər aparılan qazıntılarda 350 milyondan çox qalıq əldə edilmişdir. Amma bunların içində bir canlının digərinə çevrildiyini, canlıların guya ortaq ataya sahib olduğunu göstərən bir dənə belə qalıq yoxdur. 350 milyon qalığın hamısı istisnasız canlıların sahib olduqları bütün xüsusiyyətləri ilə ortaya çıxdıqlarını, yəni yaradıldıqlarını və yüz milyonlarla il boyunca heç dəyişmədiklərini, təkamül keçirmədiklərini göstərir. 150 ildir dünyanın dörd bir yanı alt-üst edilib bir dənə ara fosil tapılmayıbsa, təkamülçülərə "bir dənə ara fosil qalığı gətirin, 10 trilyon verəcəyik" edilən müraciətə aylardır bir adam belə cavab verməmişdirsə, Darvin ara fosilsiz nəzəriyyəsinin yıxılacağını söyləyibsə, ortada bir dənə konkret tapıntı yoxdursa, "atalarımız mikropmuş", "quşların atası tapıldı", "atalarımız xurmaymış" kimi nağıllar izah etməyin mənası yoxdur.
Allah kainatı və canlını təkamüllə yaratmamışdır.
Allah Quranda canlıların və kainatın yaradılışı haqqında bir çox ayə nazil edib. Lakin bu ayələrdə canlıların bir-birlərindən törəmələrinə, aralarında təkamülə əsaslanan bir əlaqə olduğuna dair heç bir məlumat və ya işarə yoxdur. Əlbəttə, Allah istəsəydi canlıları təkamüllə də yarada bilərdi. Ancaq Quranda bu istiqamətdə bir işarəyə rast gəlinmir, təkamülçülərin qarşıya qoyduğu kimi növlərin mərhələ-mərhələ meydana gəlməsini dəstəkləyəcək heç bir ayə yoxdur. Əgər belə bir yaradılış şəkli olsaydı bunu Quran ayələrində ətraflı şərhləri ilə görməyimiz mümkün olardı. Ancaq tam tərsinə Quranda canlıların və kainatın Allahın "Ol" əmri ilə möcüzəvi olaraq yaradıldığı bildirilir:
Əgər iddia edildiyi kimi həqiqətən Hz. Adəm (ə.s)-dan əvvəl yarı meymun, yarı insan canlılar yaşamış olsalar, canlıların yaradılışında mutasiyaların, təbii seleksiyaların təsiri olsa, Allah bunu bizə Qurani Kərimdə açıq, dəqiq və asan başa düşülən bir şəkildə xəbər verərdi. Ancaq Quranın heç bir ayəsində belə bir məlumat yoxdur. Tam əksinə, bir çox ayədə insanın yoxdan, ən gözəl şəkildə var olduğu bildirilir:
Üstün güc sahibi olan Rəbbimiz dilədiyini dilədiyi şəkildə və zamanda yoxdan var edəndir. Allah bir şeyin olmasını istədiyi zaman yalnız ona "Olmasını" əmr edər:
Allah hər cür əskiklik və nöqsanlıqdan uzaq olan, heç bir şeyə ehtiyacı olmayandır. Bu səbəbdən, Allahın yaratması üçün də heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyacı yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması heç kimi çaşdırmamalıdır. Allah bütün bu səbəblərin yaradıcısı olaraq bunlardan tamamilə uzaqdır.
Ancaq bu həqiqətləri lazım olduğu kimi düşünməyənlər müxtəlif səhv düşüncələrə qapıla bilərlər. Öz düşüncələrinə görə darvinizmlə İslam arasında bir əlaqə yaratmağa çalışanlar da bu düşüncə əskikliyi səbəbiylə yanılmaqdadırlar. Allahın üstün yaratmaq gücünü, yaratmaq sənətindəki mükəmməliyi anlaya bilmədikləri üçün "İslami təkamül" kimi şərhlər verirlər. İnsanın təkamüllə inkişaf etdiyini iddia edən bu kəslərə mələklərin və cinlərin necə yaradıldığı soruşulduğunda isə cavabları: "Allah yoxdan yaratdı" olacaq. Cinləri və mələkləri Allahın yaratdığını bilib qəbul edən bu kəslərin Allahın insanı da eyni şəkildə yaratmış olduğunu düşünə bilmədikləri, bunu ağıllarına gətirə bilməmələri olduqca acınacaqlıdır. Mələyi "Ol" əmri ilə bir anda yaradan uca Allahımız insanı da eyni şəkildə yaratmış olduğunu görməmələri çox çaşdırıcı bir vəziyyətdir.
Allah Quranda cinlərin insanlardan fərqli olaraq oddan yaradıldıqlarını xəbər vermişdir:
Quranda xəbər verildiyi kimi, mələklərin yaradılışı da insanın yaradılışından çox fərqlidir. Ayədə mələklərin yaradılışı belə bildirilir:
Ayədə bildirilən ifadədən açıq şəkildə aydın olduğu kimi mələklər görünüşcə insanlardan çox fərqlidirlər. Ayrıca Quranda həm mələklərin, həm də cinlərin insanlardan əvvəl yaradıldığı xəbər verilir. Allah ilk insan olan Hz. Adəm (ə.s)-ı yaradacağı zaman, əvvəlcədən yaratmış olduğu mələklərə və bir cin olan İblisə Hz. Adəm (ə.s)-a səcdə etmələrini əmr etmişdir. Ayədə belə bildirilir:
Allah üçün yaratmaq çox asandır. Rəbbimiz heç bir səbəb olmadan yoxdan var edəndir. Cinləri və mələkləri necə fərqli şəkillərdə və yoxdan var etdisə, insanı da təkamülə ehtiyac olmadan, ayrı bir varlıq olaraq yoxdan var etmişdir. Eyni vəziyyət heyvanlar və bitkilər kimi digər canlılar üçün də etibarlıdır. Quranda bildirilən açıq həqiqət budur: Allah bu canlıların heç birini təkamülləşdirmədən, yəni növləri başqa növə çevirmədən bir anda yoxdan var etmişdir.
Təkamülü müdafiə edən müsəlmanlar Hz. Musa (ə.s)-ın əsasının ilana döndüyünü, Hz. İsa (ə.s)-ın üfürdüyü palçığın quş olub uçmasını açıqlaya bilməzlər.
Quranda Hz. Musa (ə.s)-ın əlindəki əsanı yerə atdığında Allahın istəyi ilə bu əsanın canlı bir ilana çevrildiyi bildirilir. Hz. Musa (ə.s) əsasını yerə atdığında cansız bir ağac budağı canlı bir ilana, əlinə aldığında ilan təkrar cansız bir ağaca çevrilir, sonra təkrar yerə atdığında yenə canlanır. Yəni cansız bir maddə canlanmaqda, sonra ölməkdə, sonra yenə canlanmaqdadır. Beləcə, Allah bu möcüzəsiylə insanlara mərhələlərlə yaradılışı göstərir. Ayələrdə belə buyurulur:
Hz. Musa (ə.s) əlindəki əsasını yerə atdığı vaxt Allahın lütfü ilə cansız bir odun parçası sürətlə hərəkət edən digər şəxslərin ortaya qoyduqlarını udan, yəni həzm sistemi də olan tamamilə canlı bir varlığa çevrilir. Beləcə, Allah insanlara canlıların necə yoxdan var edildiyinin bir nümunəsini göstərməkdədir. Cansız bir maddə yalnız Allahın istəyi, "Ol" əmri ilə cana gəlir. Allahın Hz. Musa (ə.s)-a lütf etdiyi bu möcüzə köhnə Misirlilərin batil təkamül inanclarını bir həmlədə yerlə bir etmiş, Hz. Musa (ə.s)-a qarşı olan insanlar belə dərhal o an həqiqəti qavrayır, batil inanclarını buraxıb Allaha iman etmişlər.
Hz. İsa (ə.s.) da müşrik, bütpərəst inanclara qarşı mübarizə aparmış, doğrunu və haqqı izah etmiş və ilk əvvəl yaradılışı isbat etmişdir. Quranda Hz. İsa (ə.s)-ın da palçıqdan quş formasında bir şey hazırladığı, bunun içinə üfürdüyündə Allahın istəyi ilə bu quşun həyat tapıb canlandığı xəbər verilmişdir:
Bu quş heç bir səbəbdən aslı olmayaraq Allahın diləməsi və möcüzəsiylə cana gəlib. Cansız bir maddədən can sahibi olan quş, uca Allahın əvəzedilməz, səbəbsiz, üstün yaradıcılığının nümunələrindən biridir. Hz. İsa (ə.s.) da Allahın lütf etdiyi bu möcüzə ilə təkamülçü düşüncənin məntiqsizliyini və etibarsızlığını göstərir.
Öz fikrlərində İslamla təkamülü uyğunlaşdırmağa çalışanların isə rəbbimizin bu möcüzələrini açıqlaması mümkün deyil.
Nəticə: Darvinizm yıxılıb, son çırpınışların faydası yoxdur.
Elm təkamülün əsaslı olmadığını ortaya çıxartdı. Bu həqiqəti göstərən əsərlər, sənədli filmlər, konfranslar, sərgilərlə xalqımız tam mənasıyla məlumatlanmış və həqiqəti görmüşdür. Günəş bir dəfə doğmuşdur. Bəzi kəslər özlərinə görə təbliğat və nağıllarla Günəşin doğduğunu gizləmək istəsələr də, bu doğuşu geri çevirmələri mümkün deyil. Xalqımız restoranlarda, əczaxanalarda, alver mərkəzlərində fosilləri öz gözləriylə görüb araşdırmış, təkamülün yaşanmadığına şəxsən şahidlik etmişdir. Bundan sonra darvinistlər istədikləri hekayələri istədikləri qədər fasiləsiz təbliğ etsinlər, istədikləri qədər təziq göstərməyə çalışsınlar, təkamülü daimi saxlamaq mümkün deyil. Təkamül çökmüşdür, Darvinizm ölmüşdür. Dövr Darvinizmin cənazəsini qaldırmaq dövrüdür. Təkamülçülərə tövsiyəmiz mənasız səyləri bir yana qoyub, ağıllı və məntiqli davranıb, elmi məlumatları gözardı etməyib Darvinizmin yox olduğunu qəbul etmələridir.