Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
ADNAN OKTAR: İbrahim (ə.s), "Sizin, qarşılarında bel büküb əyilməkdə olduğunuz bu təmsili heykəllər nədir?" Hz. İbrahim (ə.s)-ın zamanında insanlar heykəlləri qoymuşlar, qarşısında ikiqat olurlar, heykəldən kömək diləyirlər, heykəldən onları qurtarmasını istəyirlər. Çində də Maonun heykəllərinin qarşısında diz çökürlər, Koreyada ikiqat, Şimali Koreyada o azğın adamın heykəllərinin qarşısında diz çöküb bellərini bükürlər. "Bu heykəllər nədir?" (Ənbiya surəsi, 51) Hz. İbrahim (ə.s) deyir. "Biz atalarımızı bunlara tapınan gördük, dedilər." Ənənəvi inancımız budur deyirlər, yəni ənənəvi olaraq belə gəldi deyirlər. "Dedi ki: And olsun," and içir, "siz və atalarınız açıq-aşkar bir azğınlıq içindəsiniz." (Ənbiya surəsi, 52-53) Azğınsınız, anormalsınız deyir. Rahat şəkildə söyləyir.