Yəhudi mənbələrində hz. Mehdinin (ə.s) zühurundan sonra nifrətin, düşmənçiliyin və müharibələrin yer üzündən silinəcəyi, sülh və ədalətin bərqərar ediləcəyi və dünyaya sevginin hakim olacağı bildirilir.
Bu müqəddəs zatın (hz. Mehdinin (ə.s)) dövründə texnologiya sürətlə inkişaf edəcək, şəhər və kəndlərdə həyat şəraiti ən yüksək səviyyəyə çatdırılacaq, torpaqların bərəkəti artacaq, su mənbələri çoxalacaq, zənginlik və bolluq olduğu üçün heç kim ehtiyac içində yaşamayacaq. İnsanlar Allah`a yaxınlaşmaq üçün səmimi cəhd edəcək, maddiyyatı deyil, mənəviyyatı üstün tutacaqlar. Din əxlaqı hakim olacağı üçün münaqişələr öz həllini sevgi ilə tapacaq, insanlar əmin-amanlıq içində yaşayacaq və bütün yer üzü Allah`ın elmi ilə dolacaq.
Yəhudilərin “Şamot HaMaşiah”dan (Məsih (hz. Mehdinin (ə.s)) dövründən) bəhs edən mənbələri ilə peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) “Qızıl Əsr”ə aid hədisləri arasında çox oxşarlıq var. Məsih (Mehdiyyət) dövrü yəhudi mənbələrdə belə təsvir edilir:
1. Bütün əzab-əziyyətlər sona çatacaq:
… Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək... (Yeşaya, 25:8)
O vaxt (hz. Mehdinin (ə.s) dövründə) korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək... (Yeşaya, 355-6)
... Onun günlərində (hz. Mehdinin (ə.s) dövründə) ... Göydə ay durduqca qoy firavanlıq artsın. (Məzmurlar, 72:7)
... Əmin-amanlığın bolluğundan zövq tapacaq. (Məzmurlar, 37:11)
Ya Rəbb... onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmirsən (zülmlərini dayandıracaqsan)... (Yeşaya, 93-4)
Onlar boş yerə əlləşməyəcək, övladları bəlalarla üzləşməyəcək... (Yeşaya, 65:23)
... Ay işığı günəş işığı kimi, günəşin işığı yeddi günün işığı kimi yeddi qat artıq parlayacaq... (Yeşaya, 30:26)... (Bu ifadə) Məsihin (hz. Mehdinin (ə.s) günlərinə işarə edir... (Talmud, Pesakim 68)
2. Su mənbələri çoxalacaq:
Çılpaq təpələrdən çaylar, vadilərdə su mənbələri açacağam. Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm. (Yeşaya, 41:18)
... Səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək... (Yeşaya, 356-7)
O gün... dərələrində sular axacaq... (Yoel, 3:18)
Sizə mövsümündə yağış göndərəcəyəm... (Levlilər, 26:4)
... Yağışı vaxtında yağdıracağam, bərəkətli yağışlar olacaq. (Yezekel, 34:26)
3. Ruzi-bərəkət artacaq:
... O vaxt səhra məhsuldar tarlaya, məhsuldar tarla isə meşəyə dönəcək. (Yeşaya, 32:15)
... Buğdaya əmr edib onu çoxaldacaq, üstünüzə aclıq gətirməyəcəyəm... ağacın meyvəsini, tarlanın məhsulunu çoxaldacağam. (Yezekel, 3629-30)
...Yağışı vaxtında yağdıracağam, bərəkətli yağışlar olacaq. Çöldəki ağaclar meyvə yetirəcək, torpaq məhsul verəcək... Onlar üçün şöhrətli bir şitillik yetişdirəcəyəm. Daha ölkə aclıqdan tələf olmayacaq... (Yezekel, 3426-29)
Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq... Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək. (Yeşaya, 351-2, 7)
O dövrdə (hz. Mehdi (ə.s) dövründə) nə qıtlıq, nə müharibələr, nə qısqanclıq, nə də rəqabət olacaq. Çünki gözəl şeylər bol olacaq və xoşagələn hər şeyə toz qədər rahat əl çatacaq. (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
... Onun (hz. Mehdinin (ə.s)) dövründə qoy salehlər çiçək açsın və göydə ay durduqca qoy firavanlıq artsın. (Məzmurlar, 72:7)
... Səhralarını Evenə, çöllərini Rəbbin bağına döndərəcək... (Yeşaya, 51:3)
Şöhrətimi göstərmək üçün əkdiyim fidan ölkəni əbədi mülk olaraq alacaq. (Yeşaya, 60:21)
O gün... təpələrdən süd axacaq... bütün dərələrində sular axacaq... (Yoel, 3:18)
... İkiqat mülk alacaqsınız... (Yeşaya, 61:7)
Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, kotan sürən biçinçiyə yetişəcək, üzüm sıxan meynə əkənlə rastlaşacaq... Bağlar salıb meyvəsindən yeyəcəklər. (Amos, 9:13-14)
Qoy ölkənin zəmiləri bol olsun, dağların başında dalğalansın. Bu ölkə Livan kimi məhsul versin… (Məzmurlar, 72:16)
4. Qıtlıq olmayacaq:
“… Üstünüzə aclıq gətirməyəcəyəm…” Xudavənd Rəbb belə bəyan edir (Yezekel, 36:29, 32)
Məsih (hz. Mehdi(ə.s)) dövründə tox olmaq qədərlərində müəyyən edilmişdir… (Talmud, Sanhedrin 98)
Buna görə Rəbb bəyan edir: “… Məni gözləyin…” O zaman… onlar qarnı tox yatacaq… (Sefanya, 38-9, 13)
Onlar yol boyunca quzu kimi bəslənəcək, hər çılpaq təpədə otlaq tapacaq. Onlar nə ac, nə də susuz qalacaq… (Yeşaya, 499-10)
… Daha ölkə aclıqdan tələf olmayacaq… (Yezekel, 34:29)
5. Meyvə bağlarının məhsulu bol olacaq:
Davud oğlunun (hz. Mehdinin (ə.s)) zühur dövründə… bütün çöl ağacları bar verəcək, çünki belə yazılmışdır: Ağac meyvəsi ilə yüklənir, əncir ağacı, tənək bəhrələrini verir.(Yoel, 2:22) (Talmud, Kethuboth 112b)
Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki… viran şəhərləri tikib məskən salacaqlar.... Bağlar salıb meyvəsindən yeyəcəklər… (Amos, 913-14)
… O vaxt səhra məhsuldar tarlaya… dönəcək (Yeşaya, 32:15)
Sizə mövsümündə yağış göndərəcəyəm ki, torpaq öz məhsulunu, ağaclar isə meyvələrini versin. Sizin xırmanınız o qədər bol olacaq ki, onun döyülməsi üzüm yığımına qədər davam edəcək, üzümünüz o qədər bol olacaq ki, onun yığılması əkin vaxtına qədər davam edəcək. Çörəyinizi doyunca yeyib ölkənizdə arxayın yaşayacaqsınız. (Levililər, 264-5)
6. Ateist ideologiyalar təsir gücünü itirəcək:
Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq. (Zəkəriyyə, 14:9)
… İnsan öz qüvvəsi ilə zəfər çalmır. Rəbbə qarşı duranlar parça-parça olacaq… (1 Şamuel, 29-10)
7. Bütün dünya Allah`a iman gətirəcək:
… Sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq… (Yeşaya, 11:9)
O dövrdə (Mehdinin dövründə)… bütün dünya yalnız Allah`ı tanımaqla məşğul olacaq… (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
O günlərdə (Mehdinin dövründə)... dünyada elm, ağıl və həqiqət artacaq... çünki belə də yazılmışdır: “Dünya Allah`ın elmi ilə dolacaq...” (Maimonides, Mina Tora, Tövbə 9:2)
... O dövrdə Uca Allah dindarların və günahkarların gözləri önündə şeytani fəaliyyətə (dəcaliyyətə) son qoyacaq. (Talmud, Sukkah 52a)
... Allah`ınız Rəbb sizə xoş güzəran verəcək... Allah`ınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allah`ınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız. (Qanunun Təkrarı, 30:5-6)
“O günlərdən sonra... bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.” Rəbb belə bəyan edir. (Yeremya, 31:33-34)
Xudavənd Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, ölkəyə qıtlıq göndərəcəyəm. Bu günlərdə çörək və suyun qıtlığı deyil, Rəbbin sözlərinin qıtlığı olacaq.” (Amos, 8:11)
8. İnsanlar Allah`ın izzətini və ucalığını dilə gətirəcəklər:
O dövrdə (hz. Mehdinin (ə.s) dövründə)... insan ağlı bütün gücü daxilində Yaradanı qavraya biləcək... Çünki belə yazılmışdır: “…Sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq…”(Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
Hamı Rəbbin izzətini, Allah`ımızın əzəmətini görəcək. (Yeşaya, 35:2)
O vaxt Rəbbin əzəməti aşkar olunacaq, bütün bəşər bunu birlikdə görəcək… (Yeşaya, 40:5)
9. İnsanlar səmimi qorxu ilə Allah`a Ona yönələcəklər:
Sonra İsrail övladları dönüb özlərinin Allah`ı Rəbbi və padşahı Davudu axtaracaq. Axırzamanda lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər. (Huş, 3:5)
Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdə qılacaq. Çünki hökmranlıq Rəbbindir... (Məzmurlar, 2227-28)
Bir-birinizə qarşı haqsızlıq etməyin, amma Allahınızdan qorxun, çünki Rəbbiniz Allah Mənəm. Mənim qaydalarıma əməl edin, hökmlərimə səylə riayət edin... (Levlilər, 25:17-18)
10. Allah`ın tək İlah olduğunu dərk edərək Ona ibadət edəcəklər:
... O gün yalnız Rəbb ucaldılacaq. Bütlər tamamilə aradan götürüləcək. (Yeşaya, 217-18)
(Hz. Mehdinin (ə.s) dövründə) bütün millətlər haqq dinə (tək bir Allah`a iman gətirəcəklər) dönəcəklər... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
Rəbb belə deyir: ... O zaman Mən xalqlara... pak dil verəcəyəm ki, hamı Rəbbin adını çağırsın, mənə çiyin-çiyinə xidmət etsinlər. (Sefanya, 3:6, 9)
Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm... Mən də onların Allahı olacağam. (Yezekel, 37:23)
11. Allah`ın əmr və qadağalarına itaət olunacaq:
... Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcək. (Yezekel, 37:24)
O zaman Mən xalqların nitqini dəyişib, onlara pak dil verəcəyəm ki, Hamı Rəbbin adını çağırsın, mənə çiyin-çiyinə xidmət etsinlər. (Sefanya, 3:9)
Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm. Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma uyğun rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz. (Yezekel, 36:26-27)
“O günlərdən sonra... qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı olacağam...” Rəbb belə bəyan edir. (Yeremya 31:33-34)
Onun (hz. Mehdinin (ə.s)) dövründə bütün qanunlar (Allah`ın əmr və qadağaları) əvvəllər olduğu kimi yerinə yetiriləcək... (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)
12. İnsanlar günahdan çəkinərək imanın saflığı ilə yaşayacaq:
Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. (Yezekel, 36:25)
Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm... (Yezekel, 37:23)
Ondan sonra isə Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm... O günlərdə qadın və kişi qullarınızın üzərinə də Ruhumu tökəcəyəm. (Yoel, 2:28-29)
Onları Mənə qarşı etdikləri bütün günahlardan təmizləyəcəyəm... (Yeremya, 33:8)
Bütün xalqın saleh olacaq... (Yeşaya, 60:21)
Orada bir yol olacaq, o yol «Müqəddəs yol» adlanacaq. Murdar adam oradan keçməyəcək, o yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, hətta ağılsızlar da keçsələr, əsla yolunu azmayacaq. (Yeşaya, 35:8)
Salehlər ölkəni mülk olaraq alacaq və orada əbədi məskən salacaq. (Məzmurlar, 37:29)
Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf payınızı alıb sevinəcəksiniz... (Yeşaya, 61:7)
... Onda biləcəksən ki, Mən Rəbbəm. Mənə güvənənlər utanmayacaq. (Yeşaya, 49:23)
13. Yalan və saxtakarlıqlar sonlandırılacaq:
... (Hz. Mehdinin (ə.s) dövründə xalq) haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər... (Sefanya, 3:13)
“O gün... yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam” bəyan edir Ordular Rəbbi. (Zəkəriyyə, 13:2)
Onun (hz. Mehdinin (ə.s)) ömrü boyu qoy salehlər çiçək açsın... (Məzmurlar, 72:7)
Torpaq zoğlarını necə cücərdirsə, bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında salehliyi və həmdi belə yetişdirəcək. (Yeşaya, 61:11)
Rəbb belə deyir: “... Dustaqlara “çıxın”, zülmətdə oturanlara “Özünüzü göstərin!” deyəcəksən...” (Yeşaya, 49:8-9)
14. Həbsxanalara ehtiyac olmayacaq:
Sonra ədalət səhralaradək yayılacaq, salehlik məhsuldar tarlada yaşayacaq. (Yeşaya, 32:16)
15. Dünyada dürüstlük və ədalət hakim olacaq:
Sonra ədalət səhralaradək yayılacaq, salehlik məhsuldar tarlada yaşayacaq. (Yeşaya, 32:16)
(Hz. Mehdinin (ə.s) dövründə) bütün millətlər... artıq oğurluq və ya zalımlıq etməyəcəklər. (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
Məsih dövründə (Qızıl Əsrdə) dürüst cəmiyyət öndə olacaq, yaxşılıq və ağıl hakim olacaq. (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
16. Hakimlər ədalətli olacaq:
... Başçılar ədalətlə rəhbərlik edəcək. Onların hər biri küləyə qarşı bir pənahgah, fırtınaya qarşı sığınacaq, quraqlıqda bulaqlar, cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq. (Yeşaya, 32:1-2)
17. Müharibələr başa çatacaq:
... Axırzamanda... Rəbb çox xalqlar arasında hakim olacaq... Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. (Yeşaya, 2:2-4; Mika, 4:1-3)
Döyüş arabalarını Efrayimdən, Atları Yerusəlimdən (Qüdsdən) uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq... (Zəkəriyyə, 9:10)
O dövrdə (hz. Mehdinin (ə.s) dövründə) aclıq və müharibə, həsəd və düşmənçilik olmayacaq... (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
... Ölkədən kamanı, qılıncı, müharibəni götürəcək, onları əmin-amanlıqda yatıracağam. (Huşə, 2:18)
... Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq... müharibə üzü görməyəcəksiniz. (Levililər, 26:5-6)
18. Silahlar məhv ediləcək:
“... Silahlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar... silahlarla od qalayacaqlar... ” Xudavənd Rəbb belə bəyan edir. (Yezekel, 39:9-10)
... Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. (Yeşaya, 2:4; Mika, 4:3)
19. Şiddət və terror ortadan qalxacaq:
... Heç kimə zərər dəyməyəcək, heç bir kəs o birisini məhv etməyəcək. (Yeşaya, 11:9)
Həlimlər yer üzünü mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq. (Məzmurlar, 37:11)
Qurdla quzu bir yerdə otlayacaq, Şir buğa tək saman yeyəcək, “İlanın yediyi torpaq olacaq... Heç kimə zərər dəyməyəcək, heç bir kəs o birisini məhv etməyəcək” Rəbb belə deyir. (Yeşaya, 65:25)
20. Sülh və əmin-amanlığın hakim olması:
Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, Onları qorxudan olmayacaq. Ordular Rəbbi belə söz verdi. (Mika, 4:4)
Salehliyin bəhrəsi əmin-amanlıq, nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq. Xalqım əmin-amanlıq içində evlərində, təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq... Bütün sulu torpaqlarda toxum əkənlər, oraya malını, eşşəyini sərbəst buraxanlar, siz nə xoşbəxtsiniz! (Yeşaya, 32:17-20)
O dövrdə qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq, dana, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, onların balaları bir yerdə yatacaq. Şir də buğa tək saman yeyəcək. Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq... Heç kimə zərər dəyməyəcək, heç bir kəs o birisini məhv etməyəcək... (Yeşaya, 11:6-9)
Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar... Asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm. (Yezekel, 28:26)
... Ölkədən zərərli heyvanları qovacağam ki, onlar çöldə asayiş içində yaşayıb meşələrdə yatsın. (Yezekel, 34:25)
... Xalq öz torpağında asayiş içində yaşayacaq... Asayiş içində yaşayacaqlar, onları qorxudan olmayacaq. (Yezekel, 34:27-28)
... Onları qorxudan olmayacaq. (Sefanya, 3:13)
21. İnsanlar xoşbəxt və firavan yaşayacaqlar:
... Üzlərində əbədi sevinc olacaq. Onlar sevinc və şadlıq tapacaq, kədər və qəm-qüssə yox olacaq. (Yeşaya, 51:11)
... Orada sevinc və şadlıq tapacaqlar, şükürlər, ilahilər oxunacaq. (Yeşaya, 51:3)
Ya Rəbb... millətin sevinclərini artırdın. Əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər. (Yeşaya, 9:3)
... Sevinciniz əbədi olacaq. (Yeşaya, 61:7)
Tərənnüm edin, ey göylər, ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb... iztirab çəkənlərinə rəhm edəcək. (Yeşaya, 49:13)
22. İnsanlar əmin-amanlıq və hüzura qovuşacaqlar:
... Çörəyinizi doyunca yeyib ölkənizdə arxayın yaşayacaqsınız. Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən qovacağam və müharibə üzü görməyəcəksiniz. (Levililər, 26:5-6)
... ölkədə arxayın yaşayacaqsınız... (Levililər, 25:18)
... Yenə rahatlıq tapıb qayğısız olacaq, kimsə qorxutmayacaq. (Yeremya, 30:10)
İnsanlar orada sakin olub asayiş içində yaşayacaq... (Zəkəriyyə, 14:11)
... Şəfa verəcəyəm.... onların tam salamatlıq və əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm. (Yeremya, 33:6)
23. Həyat şəraiti yaxşılaşacaq:
(Hz. Mehdinin (ə.s) dövründə) insanların dolanışıq vəziyyətləri çox yaxşılaşacaq, az işləyəcək, çox qazanacaqlar... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
... Məhəbbəti ilə (şəhəri) yeniləşdirəcək... Görəcəksiniz... sizi yenə firavan edəcək... (Sefanya, 3:17, 20)
Torpaq da barını verəcək ki, siz doyunca yeyib orada sakit yaşayasınız. (Levililər, 25:19)
24. Təhlükə və narahatçılıq ortadan qalxacaq:
Orada şirlər olmayacaq, yırtıcı heyvanlar o yola çıxmayacaq, Onlara orada rast gəlməyəcəklər... Üzlərində əbədi sevinc olacaq, onlar fərəh və şadlıq tapacaq, Kkədər və qəm-qüssə yox olacaq! (Yeşaya, 35:9-10)
... Rahatlıq tapıb qayğısız olacaq, onu kimsə qorxutmayacaq. (Yeremya, 30:10)
25. İnsanlar maddi və mənəvi sağlamlığa qovuşacaq:
O vaxt (Qızıl Əsrdə) korların gözləri, karların qulaqları açılacaq; axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək. Çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. (Yeşaya; 35:5-6)
Məsih (hz. Mehdi (ə.s)) dövründə maddi və mənəvi nemətlər bollaşdıqca bollaşacaq. Hər kəs sağalacaq. (Midraş, Bereişit Rabba 20:56)
26. Viran qalmış şəhərlər yenidən qurulacaq:
... Viran şəhərləri tikib məskən salacaqlar... (Amos, 9:14)
O dövrdə qədim dağıntıları inşa edəcək, əvvəlki xarabalıqları bərpa edəcək. Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq. (Yeşaya, 61:4)
... yenə firavanlıqlarına qovuşduracaq, əvvəlki kimi dirçəldəcəyəm. (Yeremya, 33:7)
27. Yeni körpü və yollar salınacaq:
Bütün dağlarımı yola döndərəcəyəm, yollarım yüksəldiləcək. (Yeşaya, 49:11)
28. Təkəbbürlü insanlar təvazökar olacaq:
Adamların təkəbbürü qırılacaq... (Yeşaya, 2:17)
... Qürurlu, təkəbbürlü adamları... aralarından uzaqlaşdıracağam... bir daha təkəbbürlü olmayacaqsan. (Sefanya, 3:11)
Sizin aranızda itaətkar və məzlum bir xalqı sağ qoyacağam. Onlar Rəbbin adına pənah
gətirəcək. (Sefanya, 3:12)
29. İman insanların qəlbinə hakim kəsiləcək:
O günlər (hz. Mehdinin (ə.s) dövründə)... elm, ağıl və həqiqət dünyaya hakim olacaq... çünki belə yazılmışdır: “Daşlaşmış qəlblərinizi bədəninizdən söküb çıxardacağam... (Maimonides, Mişna Tora, Tövbə 9:2)
30. Ağıl və hikmət çoxalacaq:
Ağılsızların ağlı biliyə doğru yönələcək, pəltəklər açıq-aydın danışacaq. (Yeşaya, 32:4)
Məsih (hz. Mehdi (ə.s)) dövründə... az bir səylə böyük işlər həyata keçirəcəklər... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
Məsih dövründə (Qızıl Əsrdə)... yaxşılıq və ağıl hakim olacaq... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
Məsih (hz. Mehdi (ə.s)) dövrü... ağıllı insanların artacağı bir dövr olacaq... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
O dövrdə (hz. Mehdinin (ə.s) dövründə)... batini həqiqətləri qavrayacaqlar və insan ağlının gücü çatdığı qədər Yaradıcının ağlını idrak edəcəklər. Çünki belə deyilmişdir: “ Sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacağı üçün...” (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
31. Mənəvi dəyərlər düzgün qiymətləndiriləcək:
Artıq axmaq adama alicənab deyilməyəcək, alçağı ağayana insan saymayacaqlar. (Yeşaya, 32:5)
... Haqqın gücü ucaldılacaq, çünki belə yazılmışdır: Pislərin bütün gücünü qıracağam, haqqın gücü isə ucaldılacaq. (Talmud, Megilah 17b)