Adnan Oktarın 12 dekabr 2009-cu il tarixli Kanal Urfa və Kral Karadeniz TV müsahibəsindən
Adnan Oktar: Cənnət, yəni müxtəlif cənnətlər var, ölkə kimi. Məsələn, necə Amerikadan insanlar Avropaya gedir, axirətdə də elədir. Yəni tək bir cənnət yoxdur. O cənnətdən o biri cənnətə keçir, o biri cənnətdən bu biri cənnətə keçir, yəni ölkə kimidir. Amma hər yerdə hər kəslə görüşə bilir eyni anda, inşaAllah, Rəsulullah (s.ə.v) ilə də görüşə bilir. Allah, bolluq, zənginlik, gözəllik olsun deyə müxtəlif cənnətlər yaratmışdır. “Növbənöv incəliklərə və gözəlliklərə sahibdir”. Baxın, çox növ var deyir Allah. Ümumiyyətlə incəliklər, yəni cənnət parçalarının incəlikləri vardır, insan gözəlliyində incəlik vardır. Məsələn, qadınların gözəlliyində incəlik vardır. Təbii makiyajlıdır qadınlar. Məsələn, əlləri təbii makiyajlıdır, gözləri təbii makiyajlıdır və fövqəladə gözəl olurlar. Məsələn, qızıl görünüşü kimi bəzəklər cənnətdə təbii olaraq, insanın öz bədənində hazır şəkildə olur. O bəzək üçün bir əmək sərf etmir. Baxın, “Növbənöv incəliklərə və gözəlliklərə sahibdir” -deyir Allah. “İkisində də hər meyvədən qoşa-qoşa vardır”. Baxın, Allah meyvə növlərinin hamısını yaradacağını söyləyir. Avakadodan tutmuş, banan, portağal, naringi, hamısı, yəni dünyadakı bütün meyvələrin eynisinin mükəmməli yaradılacaq. Bax, deyir ki; “İkisində də hər meyvədən ...“ bəzi meyvələrdən demir, “hər meyvədən qoşa-qoşa vardır”. Bir də orijinal olaraq orada, məsələn portağalın başqa bir növü var. İki növü var, portağalın. İki növ naringi var, iki növ heyva var. Amma cənnət meyvəsidir bunlar, çox-çox fərqlidir, dadı, hər şeyi çox fərqlidir. “Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır”. Baxın, təkamülçülərə buradan yenə bir məlumat, meyvə ağacları heç biri təkamüllə yaradılmır. Təkamülçü müəllimlərə xüsusilə, Diyanətdəki, İlahiyyat Fakültəsindəki bəzi təkamülçü müəllimlərə, onlaradır bu sözüm. Baxın, Allah orada meyvə ağacları yaradır. Bütün meyvə növlərini yaradır. Cənnətdə təkamüllə olmur. “Onlar orada astarları atlazdan olan döşəklərə...” -deyir. Təkamüllə olmur bu da. Elə deyil mi? Yəni, incə işləməli, göz qamaşdıracaq yataqlar var. İnsanın baxmağa doya bilməyəcəyi şəkildə parıltılı və fövqəladə gözəl. Bu təkamüllə olar mı? “...dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır”. Dünən söyləmişdim. Əlini uzadan kimi tutarsan. Onsuz da ağaca gəl deyirsən, gəlir. Ağac köküylə birlikdə gəlir. Meyvəni götürərsən, get deyərsən, gedər. Yaxud budağına əyil deyərsən əyilər. İnşaAllah. Baxın, “Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır”. Bir qadında ən təsir edici şey baxışdır. Çünki ağıllı, imanlı, sevgi dolu, sadiq bir qadının baxışı ola biləcək ən gözəl nemətdir, ən təsirli nemətdir. Quran buna çox diqqətli, Allahın diqqətə ehtiyacı yoxdur, amma başa düşməyimiz üçün çox-çox diqqət çəkmişdir. Amma baxın, “... gözlərini öz ərlərinə dikmiş ...” yəni yalnız halalına və ona aid, Allah o gözlərin başqasına yönəlməsinə icazə vermir. Qadın, halalı olan kimdirsə yalnız onu sevə bilir, cinsi əlaqə mənasında, coşğu mənasında, ehtiras və dərinlik mənasında, yəni cinsi əlaqəyə əsaslanan, həyat yoldaşı olaraq yalnız onu sevə bilir. Allah onu ruhunda bağlamış, o şəkildə yaradır. Baxın, “onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır”. Bəkarətin və təmizliyin, iffətin, namusun gözəlliyinə də Quran diqqət çəkmiş olur. Könlü rahat olmuş olur. Çünki həyat yoldaşı sırf özünə aiddir, amma kişi yalnız ona aid olur, qadına, yalnız yoldaşına baxır o şəkildə, o da ona baxır. Bir-birinə aid olmuş olurlar. Və kişi də tam namuslu, qadın da çox namuslu olmuş olur və bu səbəbdən ruhları onların rahatlıq tapmış olur. Buna Quran diqqət çəkir. “Onlar sanki yaqut və mərcandırlar”. Orada bəzək daşlarından, mədən və metaldan, hər şeydən istifadə olunacağı, yəni insan bəzəyində bunlardan istifadə olunacağı aydın olur. Yəni yaqut parlaqlığı, mərcan parlaqlığı, göz alıcılığı cənnətdə hakim olacağını anlamış oluruq. Çünki, yaqut necə insanı hipnoz edir, elə deyil mi, çox təsirlənir insan, mərcan insanın xoşuna gəlir. Cənnətin ümumi xüsusiyyəti belədir deyir Allah, bu cür göz alıcıdır. Yəni işıqlı, parıltılı və təsir edicidir deyir Allah. “Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır” -deyir Allah, zövq alsınlar deyə. “Hər ikisi tünd yaşıldır”. Yəni hər yer yaşıllıqdır, cənnətin xüsusiyyəti budur. “İkisində də fəvvarə vuran iki bulaq vardır”. Çox güclü su qaynağı var və həmişə onlar çay kimi axır. İnşaAllah. “Orada xoş xasiyyətli, gözəl qızlar vardır”. Baxın yenə Quran buna diqqət çəkir. Görürsünüzmü? Əvvəl xasiyyət gözəlliyi, çünki xasiyyəti gözəl olmadıqdan sonra bir qadın ət yığınıdır, yəni çox diksindirici olar. Bir cüt gözünün olması, meymunun da gözü var, qulağının olması meymunun da qulağı var. Bax, “xoş xasiyyətli, gözəl qızlar vardır”. Əvvəl xasiyyət gözəlliyini arxasından üz gözəlliyini söyləyir Allah. Xasiyyət gözəlliyi psixoloji olaraq insanı çox məmnun edər və çox doyurar. Yəni xasiyyəti gözəl, halalı olan bir qadını sevmək tamam ayrı bir zövqdür və çox dərin bir zövqdür. Çünki ona ehtiras duya bilərsən, eşq duya bilərsən, şiddətlə həyəcan duya bilərsən. Qadın o zaman çox rahat təslim ola bilər. Kişi də halalına, həyat yoldaşına özünü çox rahat təslim edə bilər. Başqa cür bir-birlərindən sıxılar və bir-birlərinə qarşı bir antipatiya hiss edərlər.
Aparıcı: Gərginlik meydana gələr aralarında.
Adnan Oktar: Əlbəttə, məsələn indiki evliliklərdə insanlar nikah müqaviləsi imzalayırlar. Boşandıqda kim kimə nə qədər pul verəcək. Elə deyil mi? Hətta bu xarici qadınlar hər günü üçün nə qədər pul alacağını təsbit etmiş, yəni öz aralarında hüquqi olaraq. Bir günü filan qədər olacaqsa evlilik davam edəcək deyir. Bunda sevgi olar mı? Adamın biri meymunla evlənmiş kimi olur, bir qismi üçün deyirəm hamısını tənzih edirəm. Yəni yaxşı niyyətli olanları tənzih edirəm, amma yəni hadisəni mexaniki görənlər üçün, materialist görənlər üçün meymunla evlənmiş kimi olur adamın biri. Yəni bu çox çətin və iztirablı bir mühitdir. Baxın, “Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır”. Baxın, yenə burada, iffətin və təmizliyin gözəlliyi vurğulanır. Məsələn, bəzi qızlar var küçə qızıdır. Yəni ev qızı ruhunu heç cür ala bilməz. Elə deyil mi? Arsızdır, təcavüzkardır, ona küfr edər, buna bağırar, davakardır, söz atar, tərsləyər, kinlidir, şübhəçidir, göstəriş edər. Yəni təbii halı yoxdur, səmimiyyətsizdir. Həmişə yalan söyləyər. Bu səbəbdən qorunmuş bir qadın görünüşü yoxdur. Amma, məsələn, qorunmuş bir qadın xanım-xatındır, tərbiyəlidir, hörmətlidir, nəzakətlidir, sözünü söhbətini bilər, yalan danışmaz, vəfalıdır. Cəfakeşdir, humanistdir, ruhunda dərin bir coşğu vardır. İnsan, belə bir qadını dərin bir sevgiylə sevər. Amma o biri cür, görürsünüz daha bir ay keçmədən bir-birlərinə deyilməmiş söz buraxmırlar və dərhal boşanmaq istəyirlər. Yaxud qadını uşaq dünyaya gətirir, küçəyə atır. Görünməmiş rüsvayçılıq, rəzalətdir. Yəni ağlasığmaz bir kin. Yaxud kişi qadını gözü dönmüşcəsinə səksən, doxsan yerindən bıçaqlayıb vəhşicəsinə qətl edir.
Aparıcı: Bu cür pis xəbərləri eşidirik. Lahmacun düzəldib məhəlləsində paylamış kimisi.
Adnan Oktar: Əlbəttə, ağlasığmaz rüsvayçılıqdır, yəni belə deyil mi? Hətta mən bir televiziya kanalında görmüşdüm. Polislər də durub baxırdılar, amma hər halda riskli gördükləri üçün müdaxilə etmirdilər. Qadını ard-arda bıçaqlayır, kimsə bir şey edə bilmirdi. Daha çox nəsə edər deyə. Yəni qadını pərişan etdi.
Oktar Babuna: Küçənin ortasında.
Adnan Oktar: Küçənin ortasında, bəli. Amma Allah qorxusu, Allah sevgisi ilə yetişən bir insan, nə kişi, nə qadın belə bir şey edə bilməz. “Onlar yaşıl yastıqlara və gözəl döşəkçələrə dirsəklənəcəklər”. Yəni belə görülməmiş dərəcədə insanın gözünə xitab edən, ilk dəfə insanlar onu orada görəcəklər. Sırf onları belə seyr etməkdən güclü zövq alacaqlar. “... Yaşıl yastıqlara və gözəl döşəkcələrə dirsəklənəcəklər” -deyir Allah. Gözəllik deyirsə Allah, demək ki, fövqəladə gözəllik var. Yəni sırf o döşəyi seyr etməkdən belə mömin dərin bir zövq alacaq cənnətdə. Yəni sırf insan gözəlliyi deyil. Amma burada əlbəttə hakim olan həmişə, Allahı sevdiyimiz üçün biz bunlardan zövq alacağıq. Çünki o, hər şey orada Allahın təcəllisidir. Elə deyil mi? Allahdan qorxduğumuz və Allahı çox sevdiyimiz üçün, Allah bizə o zövqü və neməti vermiş olacaq inşaAllah.