Adnan Oktarın 26 Fevral 2011 Kahramanmaraş Aksu tv və Qaziantəp Olay tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Nəhl surəsi. Şeytandan Allaha sığınıram. "Hər ümmət içində öz nəfslərindən onların üzərinə bir şahid gətirdiyimiz gün, səni də onlar üzərində bir şahid olaraq gətirəcəyik". İmamlar; məsələn, hz. Mehdi (ə.s) axırzamanda şahid olur müsəlmanlara, Peyğəmbərimiz (s.ə.v) şahid olacaq, digər Peyğəmbərlər şahid olacaqlar, inşaAllah. "Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı"—baxın diqqət yetirin hər şeyin açıqlayıcısı—"müsəlmanlara bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik" Deməli, Qurana güvənəcəyik, Qurana əsaslanacağıq, Quranla hərəkət edəcəyik, xurafatlardan qaçacağıq, inşaAllah.