Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!(Hücurat surəsi, 11)
Allah bu ayədə insanlara lağ etməyi qadağan etmişdir. Ayədə qadağan edilən mövzuların hər biri, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdəki pis əxlaq xüsusiyyətləridir. Ayədə diqqəti cəlb edən əsas məsələlərdən biri də, din əxlaqı yaşamayan cəmiyyətlərin bir-birlərinə lağ etməsi, özlərini üstün görməsidir. Halbuki, Allah Qatında üstünlük dərəcəsi insanların sahib olduqları Allah qorxusu və təqvadır. Maddi güc, fiziki xüsusiyyətlər, inkişaf etmiş texnologiya və ya hər hansı dünyəvi istəklər insanların bir-birlərindən üstün olduqlarını göstərməz. İnsanların fərqli xüsusiyyətlərə sahib olması, qadın və ya kişi olması, fərqli irqlərə mənsub olması, ağ dərili və ya qara dərili olması bir üstünlük əlaməti deyil.
Həmçinin ayədə qadınların da bir-birləri ilə lağ etməsi qadağan edilmişdir. Xüsusilə qadınların bir-birlərinə qarşı lağedici, iynələyici sözlər istifadə etməsi cahiliyyə cəmiyyətlərində daha çox rast gəlinən davranışlardandır. Hətta bu davranışlar elə adi hala çevrilib ki, iki qadın arasında olan bu tərz danışıq çox məqbul qarşılanır. Bir qadın başqa bir qadının fiziki qüsurlarını mümkün olduqca tez-tez dilə gətirir. Hətta nəzərə çarpacaq qüsuru yoxdursa belə, yenə də hər hansı bir xüsusiyyətini qüsurmuş kimi göstərməyə çalışır. Qısqanclıq səbəbindən hər cür böhtanı, lağ edici sözləri dilinə gətirə bilir. Halbuki, Quranda insanların bir-birlərini çətin vəziyyətə qoymaları çirkin əxlaq olaraq göstərlimişdir.