HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ ŞƏRHLƏRİ
ALLAH MƏNƏVİ OLARAQ BÖYÜKDÜR, ALLAHIN HƏCM OLARAQ BÜYÜKLÜYƏ EHTİYACI YOXDUR, ÖZÜ MƏKAN VƏ ZAMANIN XARİCİNDƏDİR
Allahın böyüklüyünü insanlar bir dərəcəyə qədər qavrayır, dərk edir. Məsələn, kosmosa baxır. Kosmosun böyüklüyünü beynində canlandırmağa çalışır. Bizim qalaktikamız qədər böyüklük ağlına gəlir. Bir də çox yanlış olaraq “Allah böyükdür” deyəndə, bəzən Allahın həcm olaraq böyük olduğunu zənn edirlər. Allah mənəvi olaraq böyükdür. Allah məkansızdır. Allah çox böyükdür deyəndə bir xəta olur, xüsusilə uşaqlarda olur bu. Həcm olaraq, kainatın böyüklüyü olaraq böyük mənasında başa düşürlər. Allah mənəvi olaraq böyükdür. Allahın həcm olaraq böyüklüyə ehtiyacı yoxdur. Çünki Özü məkan və zamanın xaricindədir. Məkan və zaman bizə görə vardır. Ən böyük deyirik, çox-çox böyük deyirik. İndi, məsələn, bütün bu kainat, hamısı görünməmiş dərəcədə böyükdür bilirik. Başqa bir varlığın yanında, onun ovucunda bir düyü dənəsi olur bütün kainat. Onun üçün elə çox böyük, çox kiçik deyiləcək kimi bir vəziyyət yoxdur. Zaman və məkan Allah Qatında yoxdur. Bizə görə var.
(Hud surəsi, 9), “Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq,” Yəni, nemət, gözəllik daddırıb, “sonra da ondan onu geri alsaq.” Yəni, birdən kasıb olsa və yaxud pencəyini itirsə və yaxud, maşını oğurlansa və yaxud, maşını qəza etsə, evi yansa, buna bənzər; “o, naümid və nankor olar.” Allaha üsyan edir, nankorluğundan qəsdən Allaha üsyan edir, yerlərə uzanır. Daha əvvəl sənə onu verən O deyil mi? Harada alır? Beyninin içində alır. Sən harada yerlərə uzanırsan? Beyninin içində yerlərə uzanırsan. Maşını sənin başının içində alır Allah. Görüntüsünü alır. Evini də başının içində alır, görüntüsünü də alır beynindən. Xaricdəki evini sən əsla görə bilməzsən. Sonsuza qədər görə bilməzsən. Xaricdəki maşını sonsuza qədər görə bilməzsən. Beynindəki görüntüsünü görə bilərsən. Yerlərə uzandığında beynindəki görüntüsü getdiyi üçün olur. Beyninə yenidən görüntü verir Allah. O zaman da havalara sıçrayır, əcaib sevinir. Amma, nankorluğunun çirkinliyini Allah vurğulayır. Allah “zaluma və cəhula” deyir, insan “zalım və cahildir” deyir. Halbuki, hamısını verən Allahdır. Allah aldığında bir xeyir olduğunu düşünüb həmin an hikmət nəzəri ilə baxmaq lazımdır.
“Əgər başına gələn müsibətdən sonra” Xəstəlik ola bilər, bəla ola bilər, dərdlər ola bilər, qorxu ola bilər, narahatlıqlar ola bilər. “Ona firavanlıq daddırsaq:” Yəni, ürəyinə rahatlıq, yaxşılıq və yaxud bir zənginlik, bolluq. Məsələn, heç ummadığı yerdən pul gələ bilər. “Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!” – deyər və sevinib lovğalıq edər.” Yəni, öz imkanları ilə etdiyi... “Şahanə maşın aldım, qardaş” deyir. Onu beyninin içində Allah verdi sənə. “Öz əməyim ilə” deyir. “Bu əlimi görürsən mi?” deyir. “Bu əlimin əməyi ilə etdim” deyir. Sən əlinin əməyi ilə etmədin. Allah beyninin içində yaratdı. Saflığı burax, başını işlət biraz. Harada əlinin əməyi ilə edirsən. “Zavoddan gəldi” deyir. Zavoddan gəlməz maşın. Allah yaradar. Beyninin içinə zavod necə girsin? Zavodun nə işi var sənin beyninin içində? Sən beyninin içindəki maşınla maraqlanmırsan mı? Zavodun edəcəyi bir şey yoxdur ki, orda. Zavodu da sənin beyninin içində Allah yaradır.
(Yunis surəsi, 107), “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz.” Məsələn, bir xəstəlik və yaxud baş ağrısı, diş ağrısı, bel ağrısı, boyun tutulması, və yaxud xərçəng xəstəliyi, xora-onları Allah gətirər. Xərçəng hüceyrəsinə, Allah “irəli” demədən xərçəng hüceyrəsi hərəkətə keçməz. Yoxsa, hər gün xərçəng hüceyrələri hərəkət edir bədənimizdə, hər gün. Hər gün Allahın izni ilə o öldürülür. Allah ona icazə vermir. O icazə istəyir, Allah icazə vermir, öldürülür. O icazə istəyir, Allah icazə vermir, ölür. Hər gün amma, hər gün. Amma bir gün icazə istəyir, Allah icazə verir. İki, dörd, səkkiz, on altı, çoxalır. Ya dərman ilə sağalır, ya da ki, onu alıb aparır.
“Bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz.” Allah qaldırar. “Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz.” Yəni, onun-bunun əngəlləməsi ilə, qısqanması ilə, həsəd etməsi ilə bunu dayandıra bilməzsiniz deyir. “O, bunu Öz qullarından istədiyinə nəsib edər.” Müsibət. Müsibət deyəndə insanlar pislik başa düşür həmişə. Müsibət “isabət edən” deməkdir. Allah Qatından isabət edən. Məsələn, bəzən zənginlik isabət edər, gözəllik, sağlıq, səhhət isabət edər. Bəzən də bəla və xəstəlik isabət edər. Hər ikisini də Allah edər. Yəni, elə təsadüfi olmaz. Məsələn, baxarsan bir gün birinin boynu ağrıyar, o keçər qolu ağrıyar. Deyir, “Bu, heç cür getmir.” Halbuki, xüsusi olaraq edildiyinin fərqində deyil. Sən bura bir imtahana gəldiyin üçün- möcüzə olaraq- sənə fasiləsiz xəstəlik verilir. Ertəsi gün “ayağım burxuldu” deyir. “Heç cür bitmir” deyir. Bitməz. İmtahan olunduğun üçün bitməz. Amma, qullarının dilədiyinə isabət etdirərkən dözə biləcəyi qədər, səbir edə biləcəyi qədər verir. Bu da ayrı bir möcüzədir. Məsələn, xərçəng xəstəsi olur, o dözə biləcəyi qədər acı çəkər. Dözə bilməyəcəyinin üstündə acı çəkməz. Bəzən sən acı çəkir zənn edərsən, vəfat etmişdir. Danışır, amma ölüdür.
(Yunis surəsi, 108), “De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar.”” Taleyi bilməyəndə sürünəcəksən, acı çəkəcəksən. Amma, taleyi bilərsənsə, Allah sənə bərəkət verər, nemət verər. İbadət olur. Çünki hər an təvəkkül etmək, hər an namaz qılmaq kimidir. Məsələn, hər anın Allahdan gəldiyini bilirsən, bəzən dişi ağrıyır, “Allahdan gəlir” deyir, bu ibadət olur. Bir nemət gəlir, məsələn, bir yemək gəlir, “Allahdan gəldi” deyir, bu da ibadət olur. Məsələn, aldığında, yediyində, daddığında o da ibadət olur. Amma, məsələn, restorana gedir, dostum mənə yemək sifariş etdi” deyir. Xəbəri belə yox Allahın verdiyindən. Bütün gücü ilə o yeməyi yeyir. Orada savab qazanmaz. Şükür etmədiyi üçün bərəkət üstündən gedər. Nemət yox olar. Şükür edərsə, nemət artar. Bunu bilmədiyi üçün küfr və dəlalət əhli, hər gün sürünər, hər gün ağlayarlar. “Qazana bilmirik, sürünürük, yandıq, bitdik, bişdik, qovrulduq.” Başqa bir mövzu eşitməzsən. Xanımı dava edər, özü dava edər, qışqırıb bağırar, offlayar, püfləyər. Halbuki, hər saniyəsini Allah yaradır. Allah həmişə yanında, həmişə onu görür, izləyir və eşidir. Və hər anını yaradır. Allah Musa (ə.s)-a deyir, şeytandan Allaha sığınıram;
“Mən səni izləyirəm” deyir. “Görürəm və eşidirəm” deyir. "Firona get; çünki o, yolunu azdı" deyir. “Ona yumşaq söz söylə, həlim söz söylə. Bəlkə, qorxar Allahdan” deyir. Yəni, halını dəyişdirər. Amma, bəllidir, olmayacağını da bilir Allah. Amma, orada peyğəmbərini imtahan etmiş olur. “Get” deyir. Yoxsa, nə edəcəyini bilir Fironun, nə cavab verəcəyini bilir. Çünki Tövratın yazılması, dünya qurulmadan əvvəl var, Tövrat. Firon? Sonra. Oradakı söhbətlər? Daha dünya yaradılmadan əvvəl var. Tövratdakı söhbətlər. Oradakılar? Minlərlə, milyonlarla il sonra olur.
ALLAH BİR ŞƏKİLDƏ UNUDULDUĞUNDA ACI, ƏZAB İNSANIN YAXASINI BURAXMAZ
Allahın sənətini bilmək, böyüklüyünü bilmək Allahdan bərəkət gətirər, sıxıntını alar, rahatlıq meydana gətirər. Bir xəstəlik, bir narahatlıq da gələ bilər, amma, təvəkkül etdikcə onda yenə bir rahatlıq, hüzur və bərəkət olur. Hər Allah unudulduğunda iztirab və acı insanın yaxasını buraxmaz.
Diqqət etsəniz, Allah Quranda əsas mözvuların üzərində durur. “Mənə təvəkkül edin. Mənim hər şeydən xəbərim var.” Millət istəyir ki, texniki mövzular izah edilsin. Belə elmi mövzular. Onsuz onu yaradan da Allahdır. Bir də texniki mövzu dediyin mövzu həmişə dəyişir onsuz. Daha əvvəl klassik fizika var idi, indi quantum fizikası çıxdı. Sonra o da “Bağışla, yanlış imiş” deyirlər.
(Loğman surəsi, 22), “Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar.” deyə bildirir Allah. Nə qədər gözəl. “Ührətül vuska,” Allahın qopmaz və qoparılmaz ipi. “Hablulla-hul mətin,” qopmaz və qoparılmaz ip. “İhtina sıratəl müstakim”, Allahın dosdoğru yolu. Qurana tam əməl etmək. Quran qarmaqarışıq deyil. Bir çox yerdə təkrarlar vardır. Çox təkrar vardır Quranda; yaxşı başa düşülməsi üçün. Çünki insan gəlir, açır, açdığında iki-üç səhifəsini oxumuş olsa, Quranın hamısını oxumuş kimi olur. Həmişə əsas mövzuların təkrarında çox böyük xeyir olur o üzdən. Məsələn, bir çox önəmli mövzunu qaçırmamış olur. Ya təvəkküldən bəhs edilər, ya Allaha təslimiyyətdən bəhs edilər, amma, təkrar-təkrar. Mükərrər, “təkrarat” deyir Bədiüzzaman, “hikmətli təkrarat.” Bəziləri də onu dinsizlik səbəbi olaraq qəbul edir. “Həmişə təkrar edir.” Təkrarı sənin başa düşmən üçün və Qurana asan çatmaq üçün, bir hikmət ilə yaradılır. Bir şey edə bilmirsənsə, gündə otuz dəfə sənə təkrarlanır, yenə də qavramırsan elə. Təkrar olduğunda yaxşı başa düşürsən. Faydası odur. Məsələn, bax;
(Nəml surəsi, 50), “Onlar hiylə qurdular, Biz də hiylə qurduq.” deyir Allah. Məsələn, hər yerdə insanlar tələ qurarlar. Ödləri qopar insanların da, “Nə edəcəyik bunlarla” kimisindən. Məsələn, hökumətə tələ qurar, dövlətin bir qurumuna tələ qurar, şəxsə tələ qurar... Halbuki, o tələlər pozulmuş formada yaradılmışdır. Boş yerə təlaş edirlər. Tələ uğurlu olmaz. Yəni, yaradılışında, quruluşunda, yaradılarkən pozulmuş olaraq, kompleks halda yaradılır tələ. Tələ tək parça olaraq yaradıldı zənn edirlər. Tələ iki parça olaraq yaradılır; tələnin özü və pozulmuş halı. Bir kompleks hal. Bütün olaraq yaradılır. Tək başına heç bir zaman tələ yaradılmaz. Məsələn, Firon vardır, Musa (ə.s) vardır. Nəmrud vardır, İbrahim (ə.s) vardır. Dəccal vardır, Mehdi (ə.s) vardır. Dəccal tələdir, Mehdi (ə.s) onu pozandır. Onun üçün narahat olmağa gərək yoxdur.
(Nəml surəsi, 51), “Bax, gör onların hiylələrinin aqibəti necə oldu.” deyir Allah. Xainlik edən kəs yaxşı-yaxşı düşünməlidir. Mütləq bəlasını tapacağını bilməlidir. Məsələn, PKK; mütləq bəlasını tapacaq. Çünki o bir dəccal hərəkatıdır. Dəccal hərəkatı mütləq ölümlüdür. Mütləq yıxılan bir sistemdir. Quranda yüzlərcə ayə var. Heç bir zalım sistem, heç bir dəccal sistemi ayaqda dura bilmir. Onsuz, təxminən 40 ilə qədər ömürləri var Qurandakı ifadəsi ilə. Mütləq vurar, qərarı Allah endirər. Yəni, əgər, şəxsi olarsa 40 il. Amma, cərəyan şəklində olarsa daha uzun olar, daha uzun zaman çəkər təbii ki. Daha uzun vaxt apara bilər.
“De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər." (Tövbə surəsi, 51)
MaşaAllah. Təvəkkülün sirrini tutan, tapan, ona sarılan, dünyanın ən böyük nemətinə sarılmışdır. Ən böyük rahatlığa. Bədiüzzaman deyir ki: “İnsan gəmidə gedir” deyir, “kürəyində çoxlu yük var” deyir. “Gəmiyə minir, amma gəmidə də buraxmır yükü” deyir. “Halbuki, gəmidə qoysa, gəmi götürüb aparacaq onu” deyir. Təvəkkülü elə izah edir Bədiüzzaman. “Buraxın, Allaha təvəkkül edin” deyir. “Tale bir gəmi kimidir, götürüb aparır sizi” deyir. Allaha güvənə bilmədikləri üçün sürünürlər bu səfər.
“Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur.” (Mücadilə surəsi, 19) Müsəlman bundan çəkinməlidir. Qəlbi həmişə Allahla bərabər olmalıdır.
(Həşr surəsi, 19), “Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın!” İnsan öz nəfsini belə unudur. Bax, alçaqlığa bax. Allahı unutduğu kimi nəfsini də unudur. Özünün belə fərqində deyil. Yuxudakı kimi. Dəli kimi yaşayır. O zaman Allah bəla yağdırır elə. Heç biri xoşbəxt olmaz. Allahdan uzaq olan heç bir insan xoşbəxt olmaz. Allaha təvəkkül etməyən insan heç bir şəkildə bərəkət tapa bilməz, rahatlıq tapa bilməz. Allah bizə dostdur, Allah sonsuz gözəllikdir, sozsuz sevgidir, sonsuz ağıl və sonsuz nemət Sahibidir. Kresloları yaradan Allahdır, sizləri yaradan Allahdır, məni bayaqdan bəri danışdıran Allahdır. Məsələn, Quranda açanda hansı səhifə çıxır, dünya yaradılmadan əvvəl o səhifələrin harası olduğu bəllidir. Hansı ayələr olduğu da bəllidir. Hər kəlimə bəllidir, nə danışacağımız, maşaAllah.