RAUF - Çox əsirgəyən, çox şəfqətli
ucgen

RAUF - Çox əsirgəyən, çox şəfqətli

630

Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allah`ın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də Allah insanlara qarşı şəfqətlidir, rəhmlidir. (Bəqərə surəsi, 143)

 
Allah`ın yaratdığı bütün canlılar qüsursuz, üstün yaradılış və kompleks quruluş sayəsində həyatlarını davam etdirirlər. Bu, Rəbbimizin mərhəmətinin və rəhmətinin dəlillərindəndir. Çünki heç bir canlı özü üçün ən uyğun, ən əlverişli şəkildə yaşamaq üçün güc sərf etməmiş, yalnız Allah`ın üstün ağlına təslim olmuşdur. Allah ehtiyacları olan hər şeyi onsuz da onlara vermişdir. Məsələn, bütün canlıların özlərini müdafiə etmək üçün fərqli qabiliyyətləri var. Bəzisi həddən artıq qorxuducu görünüşə malikdir, bəzisi zəhərli, pis qoxulu və ya yandırıcı qazlar püskürdür. Bəziləri cəlddir, düşmənlərindən sürətlə qaçır, bəziləri isə fərqli bir müdafiə şəkli olaraq möhkəm zirehlərlə örtülüdür. Bir qismi bədənlərini düşmənlərindən qoruyan görünüşə, digər bir hissəsi də özünü ölülüyə vuraraq düşməni aldatmaq qabiliyyətinə malikdir.
 
Şübhəsiz, canlılar bütün bu xüsusiyyətlərə təsadüfən və ya öz istəkləri ilə nail olmamışlar. Allah bu canlıların üzərindəki şəfqətini onları bu cür qüsursuz və böyük bir elmlə yaratması ilə göstərir.
 
Bütün bu canlıların sahib olduqları xüsusiyyətlərlə yanaşı, insanların xidmətinə verilən imkanlar isə daha üstündür. Belə ki, insan maddi və mənəvi sahib olduğu bütün xüsusiyyətləri düşündüyü zaman həyatını davam etdirə bilməsi üçün xüsusi olaraq yaradılmış bir dünyada yaşadığını çox açıq şəkildə görə bilər. Varlığını davam etdirmək üçün ehtiyac duyduğu hər şeylə təmin edilməsi də Allah`ın rəhmətinin çox böyük dəlillərindəndir. Lakin bütün bunlardan  daha əhəmiyyətli bir mövqe var: insanın görməsi, eşitməsi, danışması... Bütün bunlar üçün göz, qulaq və dili yaradan Allah, eyni zamanda, verdiyi düşünmə qabiliyyəti ilə də insanı yer üzündəki bütün canlılardan üstün etmişdir. Allah`ın Rauf sifəti Quranda belə bildirilir:
 

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına şəfqətlidir. (Ali-İmran surəsi, 30)

 

Məgər Allah`ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Həcc surəsi, 65)

 

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətlidir, rəhmlidir. (Hədid surəsi, 9)

 

O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət sahibidir! (Duxan surəsi, 41-42)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr