The Gulf Today, 2 noyabr 2008
Adnan Oktar: Türkiyənin liderliyində, türk dövlətlərinin birləşməsi ilə meydana gələcək; türk birliyinin köməyi ilə bir Türk-İslam Birliyi meydana gələcək, inşAllah. Bu Türkiyənin liderliyi ilə olacaq, buna doğru onsuz da addım-addım gedirik. Onsuz da ən idealı da Türkiyənin liderlik etməsidir. Hər ölkə dövlət olaraq ayrı olacaq; amma bir mənəvi birlik olacaq inşAllah, Avropa Birliyi kimi. Pasport götürüləcək, vizalar götürüləcək, ölkələr bir-birləri ilə rahat ticarət edə biləcəklər, alver edə biləcəklər, qardaş olacaqlar... Türk-İslam Birliyinin meydana gəlməsi önümüzdəki 10-15 il içərisində reallaşıb bitəcək inşAllah. Bu onsuz da çoxdan bəri Türkiyənin üzərində olan bir vəzifədir. Bütün hökumətlər dövründə də bunu biz gördük. Türkiyə həmişə həqiqətən Türk-İslam aləminin liderliyini üzərinə götürmüşdür. Hər yerdə bunu hiss etdirir. Hər yerdə bir böyük qardaşlıq vəzifəsini dolayı yolla və yaxud bilavasitə olaraq da göstərir. Hər cür anlaşılmazlıqda Türkiyə dövrəyə girir. Məsələn, Qafqaz İttifaqının meydana gəlməsində Türkiyə dövrəyə girmişdir. Digər ölkələrin arasında anlaşılmazlıq olduğunda Türkiyə vasitəçi mövqeyi tutur. Təbii qaz boru xətti layihəsi olsun, neft boru xətti layihəsi olsun və digər layihələrdə də Türkiyənin liderliyi çox açıq görülür. Türkiyə bunu onsuz da rəsmi bir açıqlama vermədən edir və bu davam etməkdə və inkişaf etməkdədir.
MPL TV, 21 Noyabr 2008
Adnan Oktar: Bu inancı kütlələr onsuz da qəbul etdiyində bu mövzu bitər, bu mövzu o qədər qarışıq bir şey deyil. Pasport və viza götürülməsi Nazirlər kabinetinin bir yığıncağındakı bir qərara bağlıdır, bu nə deməkdir, “Türk-İslam Birliyi” deməkdir. Hökumət türk dövlətlərinə və İslam dövlətlərinə pasportu və viza ehtiyacını qaldırdıq dediyində, mövzu bitər. Türk-İslam Birliyi qurulmuşdur. Onlar üçün də eyni qərarların alınması lazımdır, bundan sonra bu mövzu bitmişdir. Amma bu əsl könüllərdə olacaq birlikdir. Bu rəsmi məcbur etmələrə, rəsmi təzyiqlərə ehtiyacı olan bir birlik deyil; yəni rəsmi təzyiqlə sevgi olmaz, məhəbbət olmaz, rəsmiyyətin xaricində meydana gəlməlidir. Durub gedərsən buradan Suriyaya. Sərhəd qapısı deyə bir şey olmaz, qapı sonuna qədər açıqdır. Malı yükləyib apararsan, istədiyin kimi satarsan Şamda. Onlar gətirərlər, İstanbula gətirib satarlar. Pul su kimi axar belə bir mühitdə, pul hərəkətlənər, mal hərəkətlənər, istehsal hərəkətlənər amma çox şiddətli bir dövriyyə, mal və zənginlik insanların təxmin etdiyindən çox olar, çox şiddətli olar. |