Rok ulduzları və intiharlar
ucgen

Rok ulduzları və intiharlar

1472

Artıq çox alışdığımız iki anlayış var: rok ulduzları və intiharlar. Təəssüf ki, gənc yaşlarında həyatlarını itirir və ya şöhrətlərinin zirvəsində olarkən həyatlarına son qoymağı seçirlər. Həyatlarını itirən rok musiqiçilərdən bəziləri bunlardır:


-27 yaşında intihar edən Kurt Kobeyn,

-27 yaşında yüksək dozada narkotik qəbul edərək həyatını itirən CenisCoplin,

-26 yaşında yüksək dozada antidepressant qəbul edərək həyatını itirən Nik Dreyk,

-Yüksək dozada narkotikdən həyatını itirən Con Ramon,

-Bənzər səbəbdən 27 yaşında həyatını itirən Cim Morrison,

-Sərxoş vəziyyətdə boğularaq ölən Led Zeppelin qrupunun üzvü Con Bonham,

-Mark Bolan, Riçard Manuel, Kit Mun, Ron "Pigpen" McKernan, Kass Elliot, Elvis Presli, Maykl Cekson, EmiUaynhaus, Kris Kornell və son olaraq Linkin Park qrupunun 41 yaşında həyatını itirən solisti Çester Beninqton bu dəhşətli girdaba qurban gedən tanınmış istedadlardan bir neçəsidir.

Bəs bu insanlar nə üçün depressiyaya düşür və əsasən intihara səbəb olan narkotiklərlə özlərinə zərər verirlər? Şöhrət və populyarlıqla gələn "üstünlüklərin" bunda mühüm rol oynadığına şübhə yoxdur. Ancaq səbəb yalnızca bu deyildir.

Hedonizm (maksimum dərəcədə həzz almağa çalışmaq) təəssüf ki, əksər istedadlı musiqiçilərin çoxunu tələyə salıb. Məşhurlaşana qədər yoxsul həyat tərzləri olan bu gənclər daim əyləncə, bitmək bilməyən səyahətlər və zənginliklə yanaşı, ani şöhrət üçün adətən hazırlıqsız olurlar. Bir anda ətraflarında xeyli insan olur, ancaq içlərində onlara həqiqətən əhəmiyyət verənlərin sayı çox az olur. Media və xalq tərəfindən məruz qaldıqları təzyiq, qəddar mühakimə, hədsiz zövq və əyləncə, mənəviyyat çatışmazlığıvə bu sektora hakim olan materialist dəyərlər vəziyyəti daha da ağırlaşdırır. Bütün bunlar bu insanları depressiya və narkotik dünyasına çəkir.

Həm də onları hörmət ediləcək insan kimi yox, sadəcə mənfəət əldə edə biləcəkləri obyekt kimi görürlər. Bunun nəticəsində də bütün bu şan-şöhrətin, əslində, boşluq və tənhalıq gətirdiyininfərqinə varırlar. Bir çoxu asılılıqlarından xilas olmaq üçün reabilitasiya proqramlarına qatılsalar da, bu proqramlar problemi yalnız səthi nəzərdən keçirir və ilk mərhələdə asılılığa yol açan problemləri həll etməyə belə çalışmır. Nəticə etibarilə, reabilitasiya dövrü bitdikdə onların əksəriyyəti keçmiş həyat tərzlərinə geri qayıdırlar.

Belə ki, qısa müddət öncə Sidney Universitetindən professor Dianna Kenni tərəfindən aparılan bir tədqiqatda 1950-2014-cü illər arasında bütün populyar musiqi növlərində 12 mindən çox musiqiçinin həyatı tədqiq edilmişdir. Musiqiçilərin həyatlarının çox qısa olması ilə yanaşı qəzada ölmə ehtimallarının 5-7 dəfə çox olduğu və intihar etmə ehtimallarının 2-7 dəfə daha yüksək olduğu müəyyən edilmişdir. Professor Kenni bildirmişdir ki, "Bu tədqiqatın nəticələri narahatlıq vericidir. 70 il ərzində populyar musiqiçilərin həyatı ABŞ əhalisi ilə müqayisədə 25 il daha qısadır. Bu vəziyyət pop musiqi dünyasında vəziyyətin normal olmadığının sübutudur". 2014-cü ildə aparılan digər araşdırma rok ulduzu olmağın tələb etdiyi ağır yükün musiqiçilərin “daxili saatını” və 24 saatlıq ritmini pozduğunu göstərdi. Bundan başqa, gen təzahürlərində bəzi axsamalara məruz qalma ehtimalları altı qat daha çoxdur.

Ancaqvəziyyət belə olmaq məcburiyyətində deyil. Əgər bu gənclər həyatın ancaq dünyəvi zövqlərdən ibarət olmadığını anlasalar, həyatları və sənətləri, şübhəsiz ki, fərqli olacaq. Əgər insanlar onlara maddi dəyərlərdən daha əhəmiyyətli olduqlarını hiss etdirsələr, onlara sevgi və hörmətə layiq insanlar kimi davransalar, bu qədər güclü depressiyaya düşməzlər. Bu baş verdiyi zaman da xoşbəxtliyi tapmaq üçün özlərini hədsiz zövqə boğma ehtiyacı hiss etməzlər. Onsuz da bu onlara heç vaxt xoşbəxtlik gətirmir.

Bundan başqa, bu baş verdikdə dünyadakı milyonlarla gənc hədsiz duyğusallıq və narkotiklərin dəb olması ilə bağlıyanlış fikirlərə qapılmazlar. Bu onları depressiya və intihar girdabına düşməkdən çəkindirər. Bu gənclər nümunə götürdükləri insanların təkcə istedadlı sənətçilər deyil, eyni zamanda dəyərli insanlar olduğunu,təkcə materialist dəyərlərə deyil, insanlığa, mənəviyyata, mərhəmət və sevgiyə daha çox əhəmiyyət verdiklərini gördükdə özləri də bu istiqamətdə irəliləyəcək və özlərini inkişaf etdirmək üçün çalışacaqlar. Bu böyük dəyişikliyin dünyanın bu günü və gələcəyinə necə təsir edəcəyini təsəvvür etmək çətin deyil.

Dünyaya kömək etmək üçün musiqi sənayesi və sənətkarların üzərinə böyük məsuliyyət düşür.Onlar bu mövzuda böyük potensiala malikdirlər. Bir mahnı, TV-dəki davranışları, xalqüçün etdikləri yaxşılıqlarla milyonlara təsir edəcək mesaj göndərə bilirlər. Şübhəsiz, bu dəyişiklik dünyanın gələcəyinin ən gözəl formada formalaşmasına kömək edəcək.

Adnan Oktarın “Kashmir Reader”da yayımlanan məqaləsi:

http://kashmirreader.com/2017/08/09/rock-stars-suicides/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo