Həzrəti Mehdi bu ümmətin ortası, həzrəti İsa isə axırı olacaq. Orta sözünü işlətməkdə məqsəd Mehdinin həzrəti İsadan çox az bir müddət əvvəl gələcəyini ifadə etməkdir. Həzrəti İsa da ondan dərhal sonra gəldiyi üçün axır olaraq səciyyələndirilmişdir. Peyğəmbərimiz: “Nəfsim yeddi qüdrətində olan Allaha and içirəm ki, Mehdinin atası Qureyşdir. Lazım olasydı, onu ən son cəddinə qədər sayardım. Çünki həzrəti Mehdi İslamın sonu olacaq”, - buyurmuşdur. İbn Əbil Caad da: “Mehdi 21 və ya 22 il qaldıqdan sonra... 9 il ədalətli şəkildə hökm edəcək”, - demişdir. (Əl-Qəvlul muhətəsər fi əlamət-il mehdiyy-il müntəzər, 42-ci hədis) |
Adnan Oktar: “Həzrəti Mehdi bu ümmətin ortası, həzrəti İsa isə axırı olacaq. Orta sözünü işlətməkdə məqsəd Mehdinin həzrəti İsadan çox az bir müddət əvvəl gələcəyini ifadə etməkdir”. Neçə il? 30 il və ya 40 il. “Nəfsim yeddi qüdrətində olan Allaha and içirəm ki”, - deyir Peyğəmbərimiz. Həmişə and içərək Mehdi haqqında danışır. “Mehdinin atası Qureyşdir”. Ərəbdir, yəni seyiddir. Baxın, anası demir, atası deyir. Hansı soydan gələcəyini də açıq-açıq söyləyir. Ana tərəfdən deyil, ata tərəfdən seyid olduğunu deyir. Basa düşülməyən heç nə yoxdur burada. “Əgər istəsəydim, onu ən son cəddinə qədər sayardım sizə”, - deyir; “Atasının isminə qədər sayardım”, - deyir. Bunları bilir Peyğəmbərimiz. “Ən son cəddinə qədər bütün şəcərəsini saya bilərəm, istəsəniz hamısını sayım”, - deyir. Həzrəti Mehdi islamın sonu olacaq. Mehdiylə bitir islamiyyət. Peyğəmbərimiz söyləyir. Xurafatçılar bunları ağzı açıq iztirabla dinləyirlər. Onlar Mehdiyə nifrət edirlər. Bunun üçün biz də əhli-beyt düşməni bu alçaqlara qarşı davamlı Mehdi haqqında danışacağıq. “Həzrəti Mehdi islamın sonu olacaq”, 2021 və ya 2022. 9 ildə dünyaya ədalətli şəkildə hakim olacağını deyir. Peyğəmbərimiz 7 və ya 9 il deyir. Göründüyü kimi, çox da dəqiq deyil. 7 də ola bilər. “Fəcətən”, - deyir Peyğəmbərimiz. Qəflətən Allaha canını təslim edəcəyini deyir. Miniyində ikən, vasitəsində ikən qəflətən, fəcətən. Bəzən xəstə yatar insanlar, elə deyil. Qəflətən, birdən, fəaliyyət halındaykən canını alacağını deyir. Lakin 7 və ya 9 il, ümmət qəti bilməsin deyə, cənabi Allah 7 və ya 9 il arası bir müddət qoymuşdur. Çünki dünya hakimiyyəti olduğunda bilirlər ki, Mehdinin artıq son illəri. Bunun üçün də burada da qəfil olması üçün Allah qəti bir şey bildirmir.