Nüvə Araşdırmaları üzrə Avropa Təşkilatında (CERN) aparılmış tarixin ən böyük fizika təcrübəsi elmdə cığır açan yeni araşdırmaya imza ata bilər. CERN-dəki elm adamları atomdan kiçik partikulların (zərrəciklərin) işıqdan daha sürətli hərəkət etdiyini aşkar ediblər.
Buna görə elektrik yükü sıfır olan və maddələrin içindən demək olar ki, təsirsiz keçə bilən neytrinolar saniyədə 299 min 792 kilometr sürətlə hərəkət edərək kosmik sürət həddini aşırlar.
Bu da, məşhur elm adamı Albert Eynşteynin “Nisbilik nəzəriyyəsi”ni, yəni “heç nə işıqdan sürətli deyil” qaydasını pozur (anlayışını qüvvədən salır).
CERN laboratoriyasının mərkəzi olan Cenevrədən 730 kilometr uzaqda, İtaliyadakı bir laboratoriyaya istiqamətləndirilən neytrinonun bura 60 nanosaniyədə çatdığı bildirilib.
Tədqiqatçılar nəticələrin Amerika Birləşmiş Ştatları və Yaponiya tərəfindən də təsdiqlənməsini gözləyirlər.