Hitleri yeniden diriltməyə çalışanlar
ucgen

Hitleri yeniden diriltməyə çalışanlar

1453

Son illərdə Almaniyada araşdırılmalı olan, lakin bəzi çevrələr tərəfindən təkidlə gözardı edilən hadisələr baş verir. Məsələn,

·        Təkcə 2000-2006-cı illər arasında səkkizi türk, biri yunan olan 9 əcnəbi işçi öldürüldü.

·        Daha çoxtürklərin adlarının olduğu ölüm siyahılarıaşkar edildi.

·        Türklərin yaşadığı yüzdən çox ev yandırıldı.

·        Türklərin alış-verişetdiyiküçələr  bombalandı.

Son 20 il ərzində uşaqlarda daxil olmaqla 100-ə yaxın vətəndaşımız şübhəli şəkildə qətl edildi. Bütün bu hadisələr Almaniyadakı irqçilik probleminə diqqət çəkərkən, hadisələrə aydınlıq gətirilməməsi əlbəttə ki, düşündürücüdür. Ötən günlərdə ardıcıl olaraq baş verən hadisələr bu problemin ciddiliyini bir daha göz önünə sərdi.

Mətbuatda “dönərçi cinayətləri” olaraqkeçən “Nasional Sosialist Yeraltı” (NSU) terror təşkilatının məhkəməsində şahidlik edən şahid Melisa M. keçən ay mənzilində ölü tapıldı. 2013-cü ildəNSU Araşdırma Komissiyasına ifadə verəcəyi gün sevgilisi Florian H. adlı keçmiş neo-nasistüzvününmaşınında yanaraq ölmüşdü. NSU içindəcasusluq edən bir nəfərin də evində ölü tapılması ilə birlikdəşahid Melisa M.istintaq dövründə şübhəli şəkildə ölü tapılan 3-cü adam oldu.

Almaniyanın başına bəla olmuş dərin dövlətin azlıqlar üzərində irqçilikdən alət olaraq istifadə etdiyi məlumdur. Dolayısilə şübhəli ölümlərə aydınlıq gətirilməməsi əslində elə də təəccüblü deyil.

NSU niyə türkləri hədəf aldı?

Bu sualın cavabını anlaya bilmək üçüntarixə nəzər yetirmək lazımdır.

İrqçilik 19-cu əsr Avropasında birdən-birə yaranan bir bəladır və 20-ci əsrin ən böyük soyqırım, qırğın və müharibələrinin məhsulu olan faşist ideologiyasının də ən əhəmiyyətli ünsürüdür. Türk düşmənçiliyi isə Osmanlının geriləmə dövründə "Türklər Avropadan qovulmalıdır" deyən bəzi avropalı dövlət adamları ilə birlikdə başlamış, sonradan Osmanlının parçalanmasını hədəf alan 19-cı əsr imperializminin əsas düşüncələrindən birini təşkil etmişdir. Almaniyadakı irqçilik isə Otto fon Bismarkın «Böyük Almaniya» hədəfi ilə başlamışdır. Problemlərin güya "qan və qılınc"la həll edilə biləcəyinə inanan, milliyyətçi sosializm fikrini ortaya atan Almaniyanın ilk kansleri Bismark bu ideologiya ilə iqtidara gəlmişdir.

Bismark dövrüHitlerlə davam etmişdir. Hitler Bismarkın fikirlərini davam etdirmiş və bu fikirlər əsasındaformalaşdırdığıgüya elmi dəlillərə söykədiyi «üstün irq»fikri yeni nəsillərə ötürülmüşdür.

İrqçiliklə zəhərlənərək böyüdülən bəzi almanlarda türk düşmənçiliyi bu gün də mövcuddur. Azlıqlara qarşı zorakılıq edən müdafiəsiz türk soydaşlarımızı amansızca qətl edən neo-nasistlər və oxşar faşist qruplar türk düşmənçiliyini bir ideologiya olaraq mənimsəyiblər. İrqçi zehniyyətli bəzi siyasətçilərin beynəlxalq aləmdə Türkiyə əleyhinə nümayiş etdirdikləri ön mühakimələrin kökündə də məhz bu 19-cu əsrdən miras qalan türk düşmənçiliyinin qalıqları təşkil edir.

Dövrümüzdə isə türklərin təhlükə olaraq görülməsinin fərqli cəhətləri var:

- Türklərin Almanya iqtisadiyyatına müsbət təsiri

Almaniyaya işləmək üçün gedən türklərin pasportlarına 80-ci illərə qədər "sərbəst peşə ilə məşğul ola bilməz" damğası vurulurdu. Bu qadağanın aradan qalxması ilə birlikdə türklər iş adamı, sənətçi, siyasətçi, idmançı olaraq Almaniyanın inkişafında rol oynamağa başladılar. Belə ki, hazırkı dövrdə də türklərin bu ölkədəki irili-xırdalı 92 min müəssisəsi 400 mindən çox insanı işlə təmin edir. Türklərin ölkə iqtisadiyyatına təmin etdiyi gəlir təxminən 40 milyard avrodur.

- Avropanın inkişafında türklərin effektiv rolu

Avropaya ümumi olaraq nəzər yetirdikdə isə türklərin Avropa İttifaqının ümumi daxili məhsulundapayının 80 milyard avrodan çox olduğunu görərik.1 Türk vətəndaşlarınıntəkcə Almaniya deyil, bütünAvropanın inkişafında effektiv rol oynaması bəzilərini narahat edir. Dərin dövlət uzantıları irqçiləri alət olaraq istifadə edib Almaniyadakı türk vətəndaşlarımıza qarşıqızışdırırlar. Xüsusiləirqçi almanların türk yönəticilərin tabeçiliyindəişçi olaraqişləmələrinibəhanə edərək qan və dəhşətlətürkləringözünü qorxutmağa çalışırlar.

Ötən günlərdə Almaniya Baş naziriMerkelin baş verən cinayətlərdən sonra “Bu nöqtədəhamımızınməsuliyyəti öz üzərinə götürməsi lazımdır. Təbii ki, xüsusilə də federal kansler olaraqmən. Nifrət, irqçilik, antisemitizm və neo-nasizmi insanların beynindən çıxarmaq məcburiyyətindəyik.2 deyə açıqlaması tam yerindədir. Ancaq Merkelin bu azğın, xəstə zehniyyətin insanların beynindənnecə çıxarılacağını da açıqlaması vəhəll yolunutəcili olaraq həyata keçirməsi lazımdır. Merkel irqçiliyin böyük təhlükə olduğunu və millətləri bölməyi hədəf aldığını nəzərə alaraq bu sahədəgörüləcək işləri daha da çox gecikdirməməlidir.

İrqçilərin Avropa üçün meydana gətirdiyi böyük təhlükə 

Bu gün Avropanın qabaqcıl mədəniyyət olaraq göstərilməsinin səbəbi Avropa ölkələrinin əksəriyyətində var olan müharibədən, düşmənçilikdən, qan tökməkdən, vəhşilikdən uzaq durma istəyidir. Bundan əlavə demokratiyanı, ədaləti, insan hüquqlarını ön planda tutan, insana insan olduğu üçün dəyər verən bir quruluşa malik olmasıdır. Avropanı gələcəyə aparan sülhsevər quruluşuna, mədəniyyətinə təhlükə olan irqçilərin qarşısı alınmadığı təqdirdə Avropa cəmiyyətlərini daha böyük bəlaların əhatə edə biləcəyi göz ardı edilməməlidir. Almaniya bu sahədəki ən əhəmiyyətli nümunələrdən biridir.

İrqçi düşüncəölkədə baş verən fəlakətlərin qarşısının alına bilməməsinin əsas səbəblərindəndir. Almaniyanın gizli kəşfiyyat xidmətiBND Mossaddan sonra dünyanın ən güclü kəşfiyyat təşkilatlarından biridir. Dolayısilə cinayət izlərininortaya çıxarıla bilməməsi inandırıcı deyil. Bu halqurumun içinə sızmış irqçi zehniyyətə sahib dərin dövlətəməkdaşlarının olabiləcəyini və bu insanlarınhəqiqətlərinüstünü örtdükləri ehtimalını gücləndirir.

Avropanın gözəl insanları irqçilik bəlasına izləyici qalmamalıdır

İnsana insan olduğu üçün dəyər verən, sadə, vicdanlı, Avropanın gözəl insanları bir ovuc cılız zehniyyətin ətrafı kabusa çevirməsinəizləyici qalmamalıdır. İrqçiliyin insanlığa yalnız qan və acı gətirən bir ideologiya olduğu aydındır. İrqçilik bədənə daim zərər verərək yayılan xərçəng xəstəliyi kimidir. Məlum olduğu kimi, xərçəngli hüceyrələr toxumaları parçalayır və bədəni məhv edir. İrqçilik də insanları məhv etmədən tərk etməz. Tarix bunun acı nümunələri ilə doludur.

Faşist və irqçi düşüncə liderlərindən Hitler, Mussolini və Franko istər öz ölkələrini, istərsə də ətraflarındakı bir çox ölkəni məhv etmiş və parçalamışdır. Faşist və irqçi düşüncə insanların genetik kodlarına baxaraq fərqli siniflərə ayırır, məhəllələrə bölür. Məhəllə küçələrə bölünür,küçələr evlərə. Evlərdə də insanlar öz qardaşına düşmən edilir. Məhz bu cılız zehniyyət insanlara necə nəsildən-nəsilə ötürülərəköyrədildisə, rəng, irq, dil və ya inanc fərqliliklərinin bir zənginlik olduğu, heç bir insanın digərinin irqinə görə üstün olmadığı da eyni şəkildə öyrədilə bilər.

Avropa xalqları gizli imperialist güclərin hər ölkədə fərqli üsullardan istifadə edərək oynadığı gizli oyunlara qarşı ayıq-sayıq olmalıdırlar. Almaniyada isə neo-nasizm hiyləsinə aldanaraq zəhərlənən bəzi alman gənclərinə mənəvi dəyərlər izah edilməli və insan sevgisi aşılanmalıdır. Onları bu çirkin oyundan uzaqlaşdırmağın yolu ciddi maarifləndirmə aparmaqdır. Əks təqdirdə qan, vəhşilik və kin bəlasının bütün Almaniyanı əhatə etməsi qaçınılmaz olacaq.

1.http://www.milliyet.com.tr/turklerin-avrupa-ekonomisine-80-milyar-euro-luk-katkisi-var/ekonomi/ekonomidetay/28.04.2012/1533747/default.htm
2.http://www.turkishnews.com/tr/content/2011/11/21/nazi-cinayetlerinde-sorumlulugu-hepimiz-ustlenmeliyiz-en-basta-ben/

 

Adnan Oktarın «MBC Times»da nəşr olunan məqaləsi:

http://www.mbctimes.com/espanol/racismo-en-europa


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr