O kəslər ki, Allah’a iman gətirmiş və qəlbləri Allah’ı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allah’ı zikr etməklə aram tapar! (Rad surəsi, 28)
Dünyada yaşayan bütün insanlar əsl xoşbəxtliyin yollarını axtarırlar. Hər birinin xoşbəxt olmaq üçün bir hədəfi var. Ancaq iman etməyən insanlar bu məqsədlərinə çatdıqlarında da axtardıqları xoşbəxtliyi ya tapa bilməz, ya da bunun çox qısa və keçici olduğunu görərlər. Belə ki, yönəldikləri hər hədəfdə eyni nəticə ilə qarşılaşırlar. Ən xoşbəxt olduğunu düşünən insanın belə içini sıxan, düşünməkdən qaçdığı, ona narahatlıq verən saysız-hesabsız mövzu var. Çünki bir insanın həqiqi mənada dinclik və rahatlığa qovuşması, həqiqi mənada xoşbəxtliyi, sevinci yaşaması ancaq Rəbbimizin razı olacağı şəkildə yaşaması ilə mümkün olur. Sonsuz rəhmət sahibi olan Allah əsl həqiqəti bu ayədə bildirmişdir.
Quranın sirrindən xəbərsiz olan bəzi insanlar hər yolu sınadıqları zaman xoşbəxt ola bilməmələrinin, həyatın dəyişməyən bir gerçəyi olduğuna inanırlar. Halbuki, Allah hər çətinliyi həlli ilə birlikdə yaratmış və insana hər dövrdə ehtiyacı olan hər cür məlumatı haqq kitabları ilə göndərmişdir. Bu səbəbdən bədbəxtliyin həllidə Quranda insanlara xəbər verilmişdir. İnsanlar ancaq gözəl əxlaqı yaşadıqları, Allah’ın rəhmətini və qorumasını qavradıqları təqdirdə dünya həyatının hər anından zövq alabilirlər. Ancaq o zaman ətraflarındakı gözəllikləri lazımı kimi təqdir edib, xoşbəxt olmağı bacara bilirlər.
Unudulmamalıdır ki, əsl xoşbəxtlik üçün insanların ürəklərini Allah’a tam təslimiyyətlə bağlamaları və həyatlarının hər anını Quran əxlaqına uyğun şəkildə yaşamaları lazımdır. Belə bir əxlaq yaşandıq da, dünya həyatında hansı çətinliklə qarşılaşdıqlarından asılı olmayaraq, iman sahibi bir insana bu şərtlərdə də ürəyində Allah’a güvənmənin, Onun razılığını ümid etmənin rahatlığını, daxili sevincini və xoşbəxtliyini yaşaya biləcəkdir.