150 ildir aparılan bütün araşdırmalara və xərclənən böyük əmək və imkanlara baxmayaraq təkamül nəzəriyyəsini dəstəkləyəcək tapıntılar heç cür ortaya çıxmır. Halbuki, əgər təkamül deyə bir şey reallaşmış olsaydı, bu mövzuda sayıla bilməyəcək qədər çox dəlilin tapılmış olması lazım idi. Belə ki, Darvindən bu yana bir çox təkamülçü elm adamı, çox sayda dəlil olması lazım olduğunu, amma bunların heç cür tapılmadığını qəbul etmişdir. Digər tərəfdən Yaradılışın açıq-aşkar bir həqiqət olduğunu ortaya qoyan saysız dəlil və tapıntı vardır. Bunlardan biri də, qayın ağaclarının 50 milyon ildir heç dəyişmədiklərini, yəni təkamül keçirmədiklərini isbat edən şəkildəki qalıq nümunəsidir.