Adnan Oktarın 18 mart 2010-cu il HarunYahya.TV-dəki reportajından
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "Necə ki ona gedincə,"- Şeytandan Allaha sığınıram. "Sənə Musanın xəbəri gəldimi?" 9-cu ayə. "Hanı bir atəş görmüşdü, ailəsinə belə demişdi: "Dayanın bir atəş gördüm; ümid edilir ki, sizə ondan bir köz gətirərəm və ya atəşin yanında bir yol göstərən taparam". Biz də atəşin yanında Axırzamanda kimi tapdıq, tapacağıq? Mehdi (ə.s)-ı, deyilmi? Atəş, böyük bir atəş Mehdi (ə.s)-n çıxış əlamətidir. Mehdi (ə.s) də yol göstəricidir. "Necə ki ona gedincə, ona səslənildi: Ey Musa. Həqiqətən, Mən" yenə "Mən sənin Rəbbinəm. Ayaqqabılarını çıxart; çünki sən, müqəddəs vadi olan Tuvadasan". Müqəddəs vadi Tuva. Orada ayaqqabılarını çıxarır. "Mən səni seçmişəm, bundan sonra vəhy olunanı dinlə. Həqiqətən Mən, Mən Allaham, Məndən başqa İlah yoxdur". Baxın, buradakı ifadə çox mənalıdır. "Mən, Mən" Allah iki dəfə təkrarlayır. "Mən Allaham". "Məndən başqa İlah yoxdur; bu halda Mənə ibadət et və Məni zikr etmək üçün doğru namaz qıl. Şübhəsiz, qiyamət saatı yaxınlaşaraq gəlməkdədir". Madam sən bu qapını açdın mən sənə söyləyim məsələn, 15-ci ayə, hicri 1545-dir, deyilmi Qiyamətin qopacağı tarix. Hicri 1500-ə diqqət çəkir.
ALTUĞ BERKER: Bir üstdəki də "seçilən" 14-cü ayədir, hocam.
ADNAN OKTAR: "Şübhəsiz, qiyamət saatı yaxınlaşaraq gəlməkdədir". Bax, Qiyamətə diqqət çəkilir. "Hər kəsin etdiyi səyin qarşılığını alması üçün, onun (qaçıb xəbərini) az qala gizləyəcəyəm". Qiyamətin xəbərini gizləyəcəyəm. Allah qeybi kimə açıqlayar? Peyğəmbərlərə açıqlayır. Əlbəttə ki, qeyb gizlidir. Amma Allah Peyğəmbərlərinə açıqlayır. Hz. Musa (ə.s): "Dedi ki: Rəbbim, mənim sinəmi aç" deyir. Həyəcanlıdır, həm təzyiqi yüksəlir, həm də ürəyi də tez-tez döyünür. Yəni taxikardiya var, həm də təzyiqi də yüksəlmiş ola bilər. "İşimi asanlaşdır. Dilimdən düyünü aç". O gözəllər gözəli, o aslanlar aslanı çox həyəcanlı olduğu üçün ki, hz. Musa (ə.s) çox dayanıqlı idi, müdhiş qüvvətli idi. "Dilimdən düyünü aç". Həyəcanlandığı üçün, çox həyəcanlı olduğu üçün danışa bilmir. Dili açılır. Mehdi (ə.s)-ın da xüsusiyyətidir. Mehdi (ə.s) çox həyəcanlandığında danışa bilməz. "Ki söyləyəcəklərimi qavrasınlar. Ailəmdən mənə bir köməkçi ver, qardaşım Harunu. Onunla məni qüvvətləndir. Onu işimdə ortaq et. Beləcə, Səni çox təsbeh edək". Tək getmir, bax. Bax; "Beləcə, Səni çox təsbeh edək".
Berkerim, madam bu qapını açdın dedim sənə, deyilmi?
ALTUĞ BERKER: İnşaAllah.
ADNAN OKTAR: 33-cü ayə nə gəlir ağlına?
ALTUĞ BERKER: Hz. İsa (ə.s) gəlir, inşaAllah.
ADNAN OKTAR: İkinci olaraq düşün. Təsbehdə neçə dəfə Əlhəmdülillah deyirik?
ALTUĞ BERKER: 33 dəfə.
ADNAN OKTAR: 33 dəfə Sübhanallah, Allahu Əkbər, deyilmi? 33-cü ayədir. "Beləcə, səni çox təsbeh edək". 33 dəfə təsbeh edilir, deyilmi? Hər Allahın adı 33 dəfə təsbeh edilir. Cəmi 99-dur."Və Səni çox zikr edək. Şübhəsiz, Sən bizi görürsən". Allaha yəni bu anda bizi görürsən deyir. Allaha elə səslənir. "Dedi ki: Ey Musa, istədiyin sənə verilmişdir. And olsun, Biz sənə bir dəfə də lütf etmişdik". Daha əvvəlkini də Allah xatırladır, lütfüm ilk dəfə deyil deyir. "Anana vəhy olunan şeyi vəhy etmişdik, (belə ki:) Onu sandığın içinə qoy, suya burax, beləcə, su onu sahilə buraxsın". Mehdi (ə.s) hara gələcək? Sahilə gələcək, deyilmi? Bir kənara gələcək. Mehdi (ə.s)-ın fəaliyyət yeri də su kənarındadır. "Onu Mənim də düşmənim, onun da düşməni olan biri götürəcək". Yəni Allah Firon sisteminin, dəccali sistemin, düşüncənin içində mübarizə edəcək deyir, ona işarə edir. "Gözümün qarşısında yetişdirilməyin üçün, Özümdən sənə bir sevgi yönəltdim". Hz. Musa (ə.s) seviləcək bir insan olacaq. "Səni anana geri qaytarmış olduq ki, gözü aydın olsun və kədərlənməsin". Deməli, anası kədərlənəcək. Baxın, hz. Musa (ə.s)-ın anası kədərlənəcək. Allah bunu durduq yerə söyləməz . Bir şey vardır, bir şey izah edilir. Yəni anası kədərlənəcək biri vardır. Bir şey izah edilmişdir. Allah "Sonra bir qədər ilə (bura) gəldin, ey Musa" deyir.