Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 dekabr 2011, 01:00)
Adnan Oktar: Sad surəsi, 50-52.
"Ədn cənnətlərinin qapıları onlar üçün açılmışdır, içində yaslanıblar. Orada bir çox meyvə və şərab istəyirlər". İnsanlar bu dünyada alışdıqları üçün, yaslanmaq istəyirlər. Məsələn, insanlar çadırdan xoşlanır. Çadır içində yaşamaq çox zövqlü və gözəldir. Bunu istəyirlər, yastıqlar arasında oturmaq. Allah: “İçində də çox gözəl, yəni fövqəladə dərəcədə gözəl yumurta kimi” deyir ha, təkcə ərlərinə baxan qadınlar.
"Orada bir çox meyvə və şərab istəyirlər". Meyvələrin həddi-hesabı yoxdur, hər növ meyvə var. "Və şərab istəyirlər", cənnət şərabı xüsusi şərabdır. Yəni o, möminlərin çox zövq aldıqları bir içkidir. Yəni, bu, bizim alışdığımız meyvə sularına və ya heç bir şeyə bənzəmir. Ləzzəti çox böyük zövq verən, lakin çox-çox böyük zövq verən bir içkidir.
"Və yanlarında təkcə ərlərinə baxan həmyaşıd qadınlar var". Yenə burada nə vurğulanır? İffət. İffətin təmizliyi və baxışın gözəlliyi. Gözəl, mənalı, ehtiras dolu bir baxışın nə qədər gözəl olduğu.