Peyğəmbərlər arasında ayrı-seçkilik etməməyi xatırlatmışdır
ucgen

Peyğəmbərlər arasında ayrı-seçkilik etməməyi xatırlatmışdır

1209

Peyğəmbərimiz (səv) Allahın əmrinə uyğun olaraq, Allahın göndərdiyi peyğəmbərlər arasında heç bir fərq qoymamağımızı bildirmiş və bir hədisində "Peyğəmbərlərin birini digərindən üstün tutmayın" deyə buyurmuşdur. Peyğəmbərlərimizin hamısı Allahın sevdiyi, dost etdiyi, güvəndiyi, cənnəti ilə müjdələdiyi mübarək, müqəddəs, təqva sahibi olan şəxslərdir. Bütün peyğəmbərlər Allahın dinini insanlara təbliğ etmişlər, əlləri çatan hər kəsi hz. Muhəmməd (səv) kimi Allahın yoluna çağırmışlar. Bu Peyğəmbərimizin (səv)  bizə bildirdiyi çox əhəmiyyətli bir mövqe və inancdır. Quranda isə bu mövzu belə bildirilmişdir:

“Biz, Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər” (Ənbiya surəsi, 73)
De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və Peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!” (Ali İmran surəsi, 84)
Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, öz Rəbbi tərəfindən Peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)

2013-11-16 20:11:48

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr