Daha əvvəlki yazılarımızda əhatəli olaraq dəlilləri ilə bəhs etdiyimiz kimi, İŞİD kimi yanlış da olsa, bir inanca əsaslanaraq hərəkət edən sistemlər hərbi əməliyyatla sona çatmazlar. Tam əksinə hərbi əməliyyatlar terror təşkilatlarının daha çox insan qazanmasına, uzun illər boyu davam edəcək bir müharibəni rahatlıqla davam etdirmələrinə və əməliyyatlarını olduqları yerlərdən kənara daşımalarına zəmin hazırlayır. Məsələn, İraqa edilən hava bombardmanı İraqın mövcud quruluşunu və memarlığını yox edəcək və bu, terrorist qruplar üçün bir mövqeyə çevriləcək. Memarlığı yerlə bir olmuş, tamamilə alt-üst olmuş şəhərlər terroristlər üçün tapılmaz fürsətdir. Əfqanıstan müharibəsi ABŞ-a bu həqiqəti ən acı şəkildə göstərmişdir.
1. Viyetnamda, Kambociyada, Əfqanıstanda hava bombardmanı dəstəkli quru hərəkatının bir nəticə vermədiyini sınaqdan keçirən ABŞ-ın bu gün artıq sınanmamış doğru yolu sınaması vaxtı gəlmişdir. Terror müəyyən bir ideoloji zəmində inkişaf edir və ideologiyalar silahla yox olmaz. İŞİD ənənəvi Ortodoks islami mənbələrdəki müxtəlif rəvayət və fitvalara əsaslanaraq bir strategiya inkişaf etdirir, bu mənbələrdə izah olunanları həyata keçirir. Bu vəziyyətdə İslamın sülh dini olduğu həqiqətini sıx-sıx vurğulamaq kifayət deyil. Əlbəttə, İslam sülh dinidir və Allah hər cür zülmü qadağan etmişdir. Lakin bu, Quranın bəhs etdiyi əsl İslam dinidir. Ortodoks mənbələrdəki müşrik İslam anlayışı isə tamam fərqlidir.
2. Dolayısilə ABŞ müşrik İslam anlayışının zəmin hazırladığı terroru müşrik İslam anlayışını müdafiə edən müsəlmanlarla təsirsiz hala gətirə bilməz. İslam alimlərinin böyük əksəriyyəti, təəssüf ki, vəziyyətə və mənfəətlərinə görə açıqlamalar verir və bu şəxslərin xalq üzərində heç bir təsiri yoxdur. Yüzlərlə İslam aliminin bir araya gəlib “İŞİD-i qınayırıq” açıqlaması verilməsi nə İŞİD-i dayandırar, nə də İŞİD-ə üzv olanları əngəlləyə bilər. Ortodoks mənbələrdəki “zina edənlərin daşlanaraq öldürülməsi, namaz qılmayanın öldürülməsi, zəkat verməyənin öldürülməsi, balqabaq yeməyi sevməyənin öldürülməsi kimi hökmlərin Quranda olmadığı ayələrlə izah olunmalı və belə rəvayətlərin İslamda yerinin olmadığı açıq və konkret olaraq söylənməlidir. ABŞ-ın bir araya gətirdiyi və ya dəstəklədiyi heç bir İslam alimi bunu açıqca söyləyə bilməz. Çünki 1. O alimlərin də bir çoxu bu Ortodoks dünyagörüşü mənimsəyiblər. 2. Belə bir açıqlama İslam dünyası üçün çox böyük bir hadisədir və bunu ancaq bütün İslam aləminin lider olaraq qəbul edə biləcəyi bir şəxs edə bilər.
3. ABŞ bu şəxsi axtarıb tapmalıdır. Yaxın Şərqdəki bütün sistemlər Mehdiyyət və Məsihiyyət inancı ilə hərəkət edir. Bütün təşkilatlar, siyasi hərəkatlar fərqli şəkillərdə də olsa, Mehdiyyət düşüncəsinə və idealına sahibdir. Bu əsr isə hz. Muhəmmədin bundan 1400 il əvvəl xəbər verdiyi bütün hadisələrin ard-arda baş verdiyi axırzamandır. (www.hazretimehdi.com saytında reallaşan 600-dən çox əlaməti araşdıra bilərsiniz) Buna görə ABŞ gecikmədən, bəlalar daha da böyümədən axırzamanda olduğumuz həqiqətini görməlidir.
4. Axırzamanın ən mühüm xüsusiyyətlərindən biri saxta Mehdiyyət hərəkatlarının sayının artmasıdır. İŞİD də bu saxta Mehdiyyət hərəkatlarından biridir. Öldürərək, təzyiqlə, zülmlə İslam əxlaqını hakim edəcəyi kimi azğın bir düşüncədədir. Halbuki Allah insanların azad iradələri ilə iman gətirmələrini və dini yaşamalarını istəyir. Peyğəmbərimiz (səv) belə Qurana görə dini sadəcə təbliğ etməklə məsuliyyət daşıyır. İnsanlara dini yaşamaları üçün təzyiq göstərmək kimi bir vəzifə heç kimə verilməmişdir.
5. Əsl Mehdini bütün bu saxta mehdilərdən ayıran əsas xüsusiyyətlərdən biri isə gerçək Mehdinin Ortodoks İslam anlayışına görə deyil, Qurana görə hərəkət edəcəyidir. Hətta böyük İslam alimləri əsərlərində Mehdi gələndə bir çox İslam aliminin ona “Bu şəxs bizim dinimizə qarşı çıxır” deyə etiraz edəcəklərini söyləmişdir. Muhyiddin Ərəbi bu mövzunu məşhur əsərində belə açıqlayır:
“Onun (Hz. Mehdinin (əs)) dövründə din tamamilə xurafatdan təmizlənmiş olaraq əvvəlki mahiyyətini qazanacaq. Verəcəyi bir çox hökmlərdə üləmanın məzhəblərinə zidd düşəcək. Buna görə ondan (Mehdidən) uzaq duracaqlar. Zənnlərinə görə həqiqətən, Allah imamlarından sonra bir müctəhid olmadığını qəbul edəcəklər...” (Muhyiddin Arabi, "Futuhat-El Mekkiye", 66. bab, c. 3, s. 327- 328)
Yəni Mehdinin xüsusiyyəti İslamı sonradan əlavə olunan Ortodoks açıqlamalardan təmizləməsi, dinin Peyğəmbər dövründəki kimi yaşanmasını təmin etməsidir. Bu da məzhəbləri ləğv edəcəyi və dini əslinə qaytaracağı deməkdir. Bu səbəbdən də ən çox etirazı İslam alimlərindən alacaq.
Burada çox mühüm bir həqiqət vardır: Məzhəb mənbələrinin içindəki Ortodoks düşüncələri müdafiə edən birinin Mehdi olması mümkün deyil. Mehdi məzhəblər üstüdür. Məzhəbləri müdafiə edən birinin İŞİD-in ideologiyasına qarşı təsirli cavab verə bilməsi də mümkün deyil. İŞİD’ə qarşı təbliğat aparan İslam alimlərinin bir çoxu İŞİD rəhbərləri ilə hərhansı bir fikri mübahisədə qarşı-qarşıya gəlsə, əslində hər iki tərəfin də eyni yanlışlara inandıqları ortaya çıxacaq. Eyni xəstəliyə tutulan insanların bir-birini müalicə etməsinin isə mümkün olmayacağı aydındır.
6. Gerçək Mehdinin başqa bir xüsusiyyəti isə “bir damla qan belə tökməyəcək” olmasıdır. Çünki Mehdi saf Quranla hərəkət edər və Allah Quranda qan tökülməsini qadağan etmişdir. Hədislərdə Mehdinin qan tökməyəcəyi belə bildirilmişdir:
Hz. Mehdi (əs) Peyğəmbərin (səv) yolu ilə gedəcək, yatan şəxsi oyandırmayacaq. QAN DA AXIDILMAYACAQ.. (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, s. 163)
Ona (Hz. Mehdiyə (əs) beət edənlər, (Kəbə ətrafındakı) rükun və məqam arasında beət edərlər. Yatanı oyandırmaz, ƏSLA QAN TÖKMƏZLƏR. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 24)
Mehdinin ən qatı, ən zalım insanlara və sistemlərə qarşı belə üslubu hər zaman sevgi dolu, anlayışlı, mərhəmətli, şəfqətli olacaq. Sevgi ilə yol göstərəcək. Ağılla, irfanla mübarizə aparacaq. Əgər İslamı hakim etmək adına qan tökən bir sistem varsa, o saxta Mehdi hərəkatıdır. Saxta Mehdi hərəkatını, yəni qan tökən sistemləri isə sadəcə gerçək Mehdi dayandıra bilər.
ABŞ o doğru insanı tapmaq üçün çalışmalıdır. Kəşfiyyat və texnologiyası inkişaf etmiş bir ölkə üçün səmimi yanaşması vəziyyətində belə bir addımda uğursuz olması mümkün deyil. ABŞ doğru insanı tapmalı, bunun üçün doğru insanın gedəcəyi yolu özünə hədəf seçərək ittifaq etməli, onların göstərdiyi yolu getməlidir. Əks təqdirdə Yaxın Şərqdə yaranan qarışıqlıq getdikcə daha da pisləşəcək. Bu vəziyyəti aradan qaldrmağın çarəsi Mehdiyyətdir, Qurandır. Fəlakətlər böyümədən bu çarəni tapmaq və bu yola təslim olmaq lazımdır. ABŞ Mehdiyyət yolunda olanların ağlı ilə hərəkət etsə, Yaxın Şərqə də, dünyaya da hüzur gətirən gerçək bir sülh gücünə çevrilə bilər.
Göründüğü kimi, çox aydın olan bir həqiqət var: Son iki əsrdir ki, sınanmış və iflas etmiş siyasi və əsgəri taktikalar artıq Yaxın Şərq üçün istifadə edilə bilməz. Çünki artıq dövr son dövrdür, axırzamandır. Bu zamanın problemləri Peyğəmbərimiz (səv) tərəfindən xəbər verildiyi kimi, həll yolu da göstərilmişdir. ABŞ kimi super bir gücə yaraşan gecikmədən axırzamanda olduğumuzu görmək, qarışıq və çətin olan bir yolun içinə sürüklənmək yerinə, müsbət nəticə alacağı dəqiq olan yolla getməkdir. Bu yol Allah’ın bizlərə göstərdiyi yoldur. Bu yolun açarı hz. İsa və hz. Mehdidir.