Soma faciəsi
ucgen

Soma faciəsi

1873

Fəlakətlər, ardınca çətin mərhələlər gətirir. O çətin mərhələlər insanların ortaq bir duyğunu bölüşdükləri, ortaq düşündükləri vaxtlardır. Türkiyə, Soma faciəsi ilə hal-hazırda belə bir mərhələdən keçir.

Ölənləri, bir-bir qazılan qəbirləri, mədənin qabağında oğullarını, atalarını, həyat yoldaşlarını gözləyənləri görmək asan deyil. Bu bir həqiqətdir ki, Türkiyə ciddi bir sınaqdan keçir.  Bu sınaq türk xalqının, bölgədəki məsul şəxslərin və əlbəttə hökumətin sınağıdır. İnsanların bəzən gərginlik yaşadıqları, “laqeydlik vardırmı?” sualına cavab axtardıqları həm sınaq dövrlərində əsas mövzu etidaldır. Qəzəblə heç nəyə nail olmaq olmaz. Etidalla hərəkət edənlər zərər çəkənlərin köməyinə daha çox çata bilərlər. Belə zamanlarda daha məntiqli həll yolları tapıla bilər, yaraları daha rahat sarıya bilərlər. Belə ki, bu fəlakət zamanları qəzəb duyğularını qabartmayan, diqqəti, etidalllı insanlara ən çox ehtiyac duyulan zamanlardır.

Türkiyənin bu çətin dövrdə üzləşdiyi belə böyük faciə ilə bağlı bəzi şeylər də deyilməlidir:

Peyğəmbərimiz (səv) bir hədisində belə buyurur: “Dağıntı altında qalaraq ölən şəhiddir.” (Malik 232, 233, Ebu Davud 3111, Müslim 1914/164 Nesei 1846, İbni Mace 2803, İbn Hibban Sahih və Mevarid 1616, Hakim 1/352, Ahmed 5/446) Məhz bu hədis həyatını itirən təxminən 300 türk igidinin şəhid hökmündə olduğunun müjdəsini verir. Şəhidlər Quranda xüsusi bir mövqeyə sahib olan, “diri və sevinc içində” olan, Allah tərəfindən ruziləndirilən cənnət xalqıdır. Belə ki, bəzi mətbuat orqanlarında göründüyü kimi, onlara “ölü” şəklində müraciət edilməsi doğru deyil.

Türkiyə Respublikası tarixindəki bu ən böyük iş qəzası özü ilə yanaşı, Türkiyənin üzləşdiyi “laqeydlik” həqiqətini də gətirmişdir. Bu məqamda Türkiyənin iş qəzaları mövzusunda dünyada 2-ci, Avropada isə 1-ci sırada olduğu həqiqətini xatırlatmaq yerinə düşür.  Şirkət rəhbərləri qəzada heç bir laqeydliyin olmadığını və lazım olan hər cür tədbirin alındığını bildirsələr də, qarşımızdakı vəziyyətin gərginliyi problemi başqa yerlərdə axtarmağı tələb edir. Görəsən əsl problem mədəndəki insanları qorumaqdır, yoxsa mədəndə insan işçiləri çıxarmaq? Əlbəttə insan işçiləri çıxarmaq. Şübhəsiz ki, yerin 400-700 metr altına insan göndərmək onu həm fövqəladə bir təhlükə ilə baş-başa buraxmaq, həm də  keyfiyyətsiz şəraitdə yaşamağa məcbur etmək deməkdir. Demək olar ki, hər kəs davamlı olaraq təhlükəsizlik tədbirləri üzərində dayanır, halbuki əsl mövzu bir insan həyatının bir parça kömürdən əsla daha dəyərsiz olmayacağı həqiqətidir. Əsas müzakirə mövzusu yeraltında yanıcı maddələrin arasında bir insanın varlığının anormallığı olmalıdır.

Bir çox ölkədə yeraltında fəhlə işlətmək üsulu artıq istifadə olunmur. Məsələn Almaniya Türkiyədən daha çox kömür istehsal etməsinə baxmayaraq, yeraltında uzaqdan idarə edilə bilən yüksək texnologiyalı robot sistemləri və xüsusi maşınlar istifadə edir. Bu üsullar mədən sektoru güclü və eyni zamanda inkişaf etməkdə olan Çin, Türkiyə kimi ölkələrdə də istifadə edilməlidir. Hər insanın həyatı dəyərli olduğuna görə, mədən sektoruna təcili pul ayrılması ölkə qanunlarında bir zərurətə çevrilməlidir. Stadionlar, otellər, turizm sektoru gözləyə bilər, bu mövzuya öncüllük verilməlidir. Ən vacib mövzu insan həyatıdır.

Həmin mexanizasiya sisteminə keçildikdən sonra hökumət tərəfindən tətbiq edilməli ikinci zəruri tətbiqat isə yeraltında işləmək imkanı qalmayan qardaşlarımızın başqa işlərə yönəldilmələridir.

Yaşadığımız bu çətin çınaqdan çıxara biləcəyimiz həyati nəticə budur. Hal-hazırda təxminən 300 qardaşımızın həyatını itirməsi vəziyyəti qarşısında hökumətimizin müxtəlif tədbirlər alacağı aşkardır. Lakin yaxınını itirən ailələr mütləq daimi maddi dəstəklə təmin edilməlidirlər. Bir çoxunun dolanışığını, itirdikləri yaxınlarının təmin etdiyi unudulmamalıdır.

Məlum olduğu kimi, bu böyük faciənin ardınca Türkiyə üç günlük milli matəm elan etmiş, bəzi ölkələr də hörmət ifadəsi olaraq bu tətbiqata qoşulublar. Lakin yas məntiqi düzgün başa düşülməlidir. Ölüm bizi və bu həyatı yaradan Uca Allah’ın təqdiridir. Ölüm dünyadakı imtahanın bitməsi, axirətdəki sonsuz həyatın başlanğıcıdır. Belə ki, burada çətin həyat yaşayan həmin mədənçi qardaşlarımızın imtahanları sona çatmış və onlar “şəhidlər” olaraq sonsuz gözəlliyin yaşandığı cənnət həyatına yönəldilmişlər. Matəm Allah’ın təqdirindən dolayı əzab-əziyyət çəkmək şəklində olmamalıdır, qardaşlarımızın Allah’a qovuşduğunu düşünərək onlara dəyər verildiyini, hörmət duyulduğunu ifadə etmək mənasında tətbiq olunmalı və yaşanmalıdır.

Unudulmamalıdır ki, heç bir iş insan həyatından daha vacib deyil. Belə ki, insan həyatını böyük təhlükələrə atan bütün sektorlarda mexanizasiya sisteminə keçid çalışmaları aparılmalı, buna təcili investisiya ayrılmalıdır. Ölüm, əlbəttə, Uca Rəbbimizin təqdiridir. Lakin Allah bizdən bütün imkanları istifadə edərək tədbir almağımızı istəyər. Çünki tədbir də bir duadır.

Son söz olaraq Soma faciəsində həlak olan şəhidlərimizə Allah’dan rəhmət, yaxınlarına səbir, xilas olanlara şəfa diləyirəm. Allah nə bizə, nə də dünyadakı başqa xalqlara belə fəlakətlər göstərməsin.

Adnan Oktarın “Arab News və Eurasia Review News and Analysis”də nəşr olunan məqaləsi: 

http://www.arabnews.com/news/572496

http://www.eurasiareview.com/18052014-soma-tragedy-time-reform-mining-sector-oped/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr