21-ci əsrdə cəmiyyətdəki ən böyük problemlərdən, demək olar ki, birincisi qadına qarşı zorakılıqdır. Beynəlxalq təşkilatlar hər il bu problemin psixoloji və mədəni səbəblərini, cəmiyyətə təsirini və qadınlar üzərində yaratdığı fəsadları araşdırır. Beynəlxalq təşkilatlar qadın zorakılığına qarşı hüquqi sanksiyaları yenidən nizamlayaraq bu problemin qarşısını almağa çalışır.
Gözlənilənin əksinə, qadına qarşı zorakılığın əsas amilləri iqtisadi böhran, həyat şəraiti və təhsil səviyyəsi deyil. Aparılan rəsmi sorğular da Avropada qadına qarşı intensiv zorakılıq tətbiq edildiyini göstərir.
Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi (FRA) 28 Avropa ölkəsində 18-72 yaşları arasında 42000 qadın ilə çox geniş tədqiqat aparıblar. Əldə edilən nəticəyə görə ən çox zorakılığın törədildiyi ölkə Danimarkadır. Zorakılığın 52%-i bu ölkədə törədilir. Daha sonra 45% ilə Hollandiya və 44% ilə Fransadır. 28 ölkədə isə təxminən 33%-dir.
Hesabatdakı məlumata görə hər 10 qadından biri 15 yaşından etibarən cinsi zorakılığa və hər 20 qadından biri təcavüzə məruz qalır. Həmçinin hər 5 qadından biri keçmiş, ya da nigahda olduğu əri tərəfindən zorakılığa məruz qalır. Buna baxmayaraq, qadınların sadəcə 14%-i ərlərindən və 13%-i başqaları tərəfindən zorakılığa məruz qaldıqları üçün rəsmi təşkilatlara müraciət ediblər.
Yenə 2011-ci ildə ABŞ hökumətinin apardığı tədqiqatlara görə hər 4 qadından birinin zorakılığa məruz qaldığı aşkar olub. 29 milyon qadın sevgilisi, ya da əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Qadınlarla edilən söhbətlərdə ərlərinin onları boğmağa çalışdığını, döydüyünü, bıçaqladığını və silahla vurduğunu deyirlər. Həmin ölkədə 15 dəqiqədə 1 qadına təcavüz edilir.
Tədqiqat aparılan ölkələrə baxsaq, qəribə və düşündürücü nəticə yarandığını görərik. Danimarka, Hollandiya, Fransa və ABŞ kimi ölkələr rifah səviyyəsi yüksək olan ölkələrdir. Bu, iqtisadi zənginlik, ya da sadəcə məlumat vermək üçün faydalı olan, ancaq insanların vicdanlarına təsir etməyən təhsil sistemləri ilə zorakılığın ləğv edilmədiyini göstərir.
Qadına qarşı zorakılığın konkret nümunələrini şou-biznes və nüfuzlu iş sahələrində görə bilərik. Amerikalı müğənni Rihanna 2009-cu ildə sevgilisi Kris Braun (Chris Brown) tərəfindən faciəvi şəkildə döyülmüşdü.
Farra Fouset (Farah Fawcett), Pamela Anderson, Uitni Hyuston (Whitney Houston), Diana Lein (Diane Lane), Robin Givens kimi müğənnilər özləri kimi məşhur ərləri tərəfindən zorakılığa məruz qalıblar. Bunlar hələ təkcə mediaya əks olan hadisələrdir. İngiltərədə bir həkim isə 2007-ci ildə arvadını ölənə qədər döyüb, ancaq cəmiyyətdə yaxşı adam kimi tanındığı üçün məhkəmə tərəfindən həbs cəzası verilməmişdi.
Son bir əsrdə olduğu kimi dövrümüzdə də qadına qarşı törədilən zorakılığın əsas səbəblərini tapmaq üçün sosioloqlar və psixoloqlar elmi tədqiqatlar aparırlar. Bu tədqiqatlarda kişilik təbiəti, içki və narkotik istifadə edilməsi kimi bioloji amillərlə, uşaqlıqda zorakılığa şahid olmaq və bununla əlaqədar olan psixoloji pozğunluqlar qadına qarşı şiddətin elmi səbəbi kimi göstərilir. Guya zorakılığın kişilərin xilqətində olduğu, bunun kişi üçün güc, cəsarət, enerji demək olduğu kimi çox səthi fəlsəfə irəli sürürlər. Ancaq qarşısı alınmayan tək şey zorakılıqdır.
Əlbəttə ki, bu elmi tədqiqatlar nəticəsində qadına qarşı törədilən şiddətin qarşısının alınması üçün əhəmiyyətli məlumatlar əldə edilib. Ancaq bu tədqiqatların və alınan tədbirlərin təklikdə kifayət etmədiyini və bir çox nəzəriyyənin yanlış olduğunu dövrümüzdə qadınlara qarşı tətbiq edilən zorakılıqların çoxluğundan görürük.
Gəlir və təhsil səviyyəsinin yüksək olması qadına qarşı zorakılığa mane olmaz, ya da səviyyənin aşağı olması qadına qarşı zorakılın səbəbi olmaz.
Problemin əsl səbəbini tapmaq lazımdır. İllərdir insanlara təlqin edilən, materializm və bunun nəticəsində yaranan inancsızlıq cəmiyyətdəki zorakılığın əsas səbəbidir. Çünki insanlar kainatın, təbiətin, canlıların yaradıcısının olduğunu inkar edir, hamının yaşamaq haqqının olduğunu düşünmür.
Eqoist, mənfəətçi insanlar şiddətlə narazılıq hissinə qapılmağa başlayır. Bu da cəmiyyətdə heyvani sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət hissini yaradır. Şəfqət, mərhəmət və anlayışın əvəzinə dava-dalaş, təcavüzkarlıq hissləri yaranır. Haqlının deyil, güclünün qalib olduğu inancı dünyanı sanki sevgisizlik cəhənnəminə çevirir.
Partlamağa hazır bomba kimi, keyfiyyətsiz, özünü düşünərək yaşayan insan modeli zəngin də olsa, universitet də bitirsə, çirklənmiş ruhundakı zorakılıq hisslərini tərk edə bilmir. Eqoizm və sevgisizlik hissi insanlarda özündən başqasına qiymət verməyə mane olur. Sadəcə şəxsi mənfəət üçün bir-birini sevən qadın və kişi vaxt keçdikcə bir-birinə nifrət edir və nəticədə kişilərə görə daha zəif olan qadınlar zorakılığa məruz qalır. Ən gözəl evlər bir anda qadın üçün həbsxanaya çevrilir, ya da gözəl məkanlar qadın üçün cəhənnəm olur.
Qadın Allah`ın bu dünyadakı ən gözəl təzahürüdür və çox özəl varlıqdır. Allah qorxusu və Allah sevgisi olan insan qarşısındakı qadını Allah`ın yaratdığını bildiyi üçün ona qarşı böyük sevgi və hörmət bəsləyər. Allah qorxusu olan bir kişi qadına bircə dənə də incidici söz deməz və onu qoruyar.
Beynəlxalq təşkilatlar xüsusilə əxlaqi təhsil və Allah sevgisi üzərində dayanmalıdırlar. Qadını incitməyin, kainatı yaradan Allah`ın yaxınlığını itirməyin qorxusu hiss edilməlidir. Bu barədə məktəblərdə, universitetlərdə konfranslar, təlimlər təşkil etmək olar. Gənclərə Allah`ın varlığından, zorakılığı və eqoizmi Allah`ın haram buyurduğu barədə danışmaq vacibdir. Sevgi, şəfqət və mərhəmət dünyaya hakim olsa, qadına qarşı zorakılıq yox olar və qadın sevgisi dünyaya yayılar.
Adnan Oktar'ın Weekly Blitz'də nəşr edilən məqaləsi: