Hz. Muhammədin (səv) müxtəlif ölkələrin krallarına və bəzi əyalətlərin valilərinə yazdığı təbliğ məktublarından bir qisminin əsli dövrümüzə qədər qorunub. Hökmdarların və xalqların ən gözəl və hikmətlə haqq dini yaşamağa dəvət edildiyi bu məktublar Peyğəmbərin (səv) üstün əxlaqının, bağışlayıcılığının, anlayışının və təbliğ üslubunun nümunələridir.
Uca Allah`ın Qurani-Kərimdə aləmlərə rəhmət olduğunu bildirdiyi Peyğəmbərimiz (s.ə.v) özünə bu şərəfli vəzifə vəhy edilən andan ölümünə qədər Rəbbimizin dinini təbliğ edib. Hz. Muhammədin (səv) təbliğ üsullarından ən təsirlisi isə sözsüz ki, hökmdarlara göndərdiyi məktublar olub. Bu məktublardakı hikmət, təsirli və mülayim üslub çox insanın haqq din olan İslamı tanıyıb qəbul etmələrinə vəsilə olub. Şübhəsiz ki, Peyğəmbərimizin (səv) təbliğindəki bu hikmətli üslub bütün müsəlmanlar üçün nümunədir.
Hz. Muhamməd (səv) göndərdiyi məktublarda cəmiyyətlərin liderlərinə, ən əsas da Uca Allah`ın tək İlah olduğunu və şəriksiz olduğunu təbliğ edib. Bununla yanaşı, Peyğəmbərimiz (səv) məktublarında barışdırıcı, haqqa dəvət edən və Allah`ın mühafizəsində olduğunu bildirib.
Məktub göndərdiyi hər hökmdarı İslama dəvət edən Peyğəmbərimiz (səv) əgər müsəlman olsalar və digər cəmiyyətlərə də bunu aşılasalar, Allah Qatında savablarının çox böyük olacağı ilə müjdə verib. Həmçinin, itaət edib təbliği qəbul etsələr, iqtidarlarını qoruyacaqlarını, qəbul etməsələr də, lider olduqları cəmiyyətin məsuliyyətini daşıyacaqlarını və dünyada da iqtidarlarının qalmayacağını vurğulayıb. (Harun Yəhya, Həzrəti Muhamməd)
Müqəddəs Peyğəmbərimiz xristianlara yazdığı təbliğ məktublarında həmişə Quran ayələrini çatdırıb, Quranda Allah`ın əmr etdiyi, Kitab əhlinə qarşı göstərməli olduğu münasibəti göstərib. Rəbbimiz Quranda müsəlmanların Kitab əhli ilə aralarındakı münasibəti belə bildirir:
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64)
Həbəşistan Nəcaşisinə göndərilən məktub...
Hz. Muhammədin (səv) Həbəşistan kralı Aşamaya xitabən yazdığı məktub müsəlmanların xristianlara qarşı münasibətini göstərməsi baxımından çox vacibdir. Aşama Hz. Muhammədin (səv) məktubunun və müsəlman elçilərlə danışıqlardan sonra ölkəsinə sığınan müsəlmanları qoruyan bir siyasət izləyib. Peyğəmbərimiz (s.ə.v) məktubda belə buyurur:
Rəhman və Rəhim olan Allah`ın adı ilə, Allah Rəsulu Muhamməddən Həbəş Nəcaşisi Aşamaya:
Özündən başqa İlah olmayan həqiqi hökmdar, müqəddəs, Salam, qoruyucu, xilaskar olan Allah`ın tərifini sənə çatdırıram. Təsdiq edib, şəhadət edirəm ki, Məryəm oğlu İsa Allah`ın ruhu və kəlməsidir. Özünə toxunulmayan Məryəmə nəsib olub. Beləcə, Məryəm İsaya hamilə qalıb, Allah Təala da ruh və nəfəsindən olan Adəmi necə yaratmışdısa, onu da elə yaratmışdı. Səni tək olan və bənzərsiz Allah`a dəvət edirəm. Allah`a itaət üçün bir-birinizə köməyə dəvət edirəm. Mənim yolumu izlə, mənə uy və mənə gələnə iman gətir. Mütləq ki, mən Allah`ın Rəsuluyam. Bu səbəbdən, səni və ətrafında olan əskərlərini Allah`a iman gətirməyə dəvət edirəm. Nəsihət və sözlərim sizə çatanda ona tabe olmağınızı tövsiyyə edirəm. Əmim tərəfindən qohumum olan Cəfəri yanında az sayda müsəlman qrupla birlikdə sənə doğru yola çıxıram. Salam olsun hidayət yolunda olanlara.
Peyğəmbərimizin (s.ə.v) Misirdə Mukavkisa göndərdiyi məktub...
Rəhman və Rəhim olan Allah`ın adı ilə, Allah`ın qulu və Rəsulu Məhamməddən Qibtilərin böyüyü Müqavisə: Allah`ın salamı hidayət yolunda olanların üzərinə olsun. Buna görə mən səni İslama uyğun şəkildə dəvət edirəm. İslama gəl. Axırda təhlükəsizlik və salamatlığa qovuşursan. Bunun əvəzində Allah sənə iki dəfə savab qazandıracaq. Əgər bundan üz çevirsən, bütün Qibtilərin günahı sənin üzərinə olacaq.
Bizans imperatoru Herakla göndərilən məktub...
Hz. Muhammədin (səv) Bizans imperatoru Herakla göndərdiyi məktub da Kitab əhlinə ediləcək dəvətdə Qurandan ayələrin istifadə edilməsinin vacib olduğunu göstərən hikmətli nümunədir.
Peyğəmbərimiz (səv) məktubunda yuxarıda qeyd etdiyimiz Ali-İmran surəsinin 64-cü ayəsini yazaraq təbliğ edib.
Bismillahirrəhmanirrəhim,
Allah`ın qulu və elçisi Muhamməddən Bizansın böyük rəisi Herakla: Salam həqiqət yolunu izləyənə olsun! Əlavə edim ki, səni bütöv olan İslama dəvət edirəm.İ slamı qəbul et ki, nicat tapasan. İslamı qəbul et ki, Allah dəyərini iki qat artırsın. Amma əgər etməsən, təbəənin günahı sənin üzərinə yüklənəcək. Siz ey müqəddəs kitabın insanları (ey Kitab əhli!) sizinlə bizim aramızda eyni olan bir sözə doğru gəlin ki, biz ancaq Allah`a sitayiş edirik, Ona heç bir şeyi şərik qoşmuruq və aramızda heç kim bir-birini Allah`dan savayı Rəbb kimi qəbul etməz.
İran İmperatoru Kisraya göndərilən məktub...
Hz.Muhamməd (səv) müşriklərin liderlərinə göndərdiyi məktublarda onlara sonsuz elm sahibi Allah`ın tək İlah olduğunu və özünün də Onun elçisi olduğunu təbliğ edib. Kitab əhli olan cəmiyyətlərin əksinə müşriklərə göndərilən bu məktublarda Uca Allah`ın varlığı və təkliyi əsas mövzu kimi vurğulanıb.
Bismillahirrəhmanirrəhim,
Allah Rəsulu Muhamməddən iranlıların böyüyü Kisraya: Salam həqiqət yolunu izləyib Allah`a və Rəsuluna iman gətirənlərin və Allah`dan başqa İlah olmadığına, Onun tək və şəriksiz olduğuna və Muhammədin Onun qulu və Rəsulu olduğuna şahidlik edənlərə olsun! Səni İslamı qəbul etməyə dəvət edirəm. Çünki mən Allah`ın canlı olan hər kəsə xatırlatmaq və İlahi kəlmənin kafirlərə qarşı hökmünü tamamlaması üçün bütün insanlara göndərdiyi elçisiyəm. İndi İslama təslim ol və nicat tap. Lakin əgər inkar etsən, onda Məcusilərin günahları sənin boynunda qalacaq.
Uman məlikləri Ceyfər və Abdə göndərilən məktub.
Rəhman ve Rəhim olan Allah’ın adı ilə,
Allah rəsulu Muhamməddən Culandanın iki oğlu Ceyfər və Abdə: “Salam həqiqət yoluna tabe olanlara olsun! Sizin ikinizi də İslama dəvət edirəm. İslama tabe olun və xilas olun. Çünki mən Allah’ın bütün canlılara xatırlatmaq üçün və vədini kafirlər üzərində tamamlamağı üçün bütün bəşəriyyətə göndərdiyi elçisiyəm. İndi əgər ikiniz də İslamı tanısanız, hər ikinizə iqtidar verəcəyəm. Amma İslamı qəbul etməsəniz, ikinizin də krallığı yox olacaq, süvarilərim ölkənizdə düşərgə quracaq və peyğəmbərlik vəsfim krallığınıza qalib gələcək.
Əl Əhsə Əl-Münzirə göndərilən məktub…
Bismillahirrəhmanirrəhim.
Allah`ın Rəsulu Muhamməddən Əl-Münzir b. Savaya! Salam üzərinizə olsun. Səni Özündən başqa heç bir İlah olmayan tək Allah`a həmd etməyə dəvət edirəm və elan edirəm ki, Ondan başqa heç bir tanrı yoxdur və Muhamməd Onun qulu və Rəsuludur. Sənə qadiri- mütləq və şanı uca Allah`ı xatırladım, çünki kim yaxşı nəsihəti dinləsə, bu öz yaxşılığı üçündür və kim mənim elçilərimə itaət etsə və əmrlərinə tabe olsa, məhz Mənə itaət etmiş olur. Həmçinin, kim onlar haqqında yaxşı düşünsə, Mənim haqqımda da yaxşı düşünmüş olur. Şübhəsiz ki, Mənim elçilərim səni tərifləyiblər. Mən də sənin şəfaətini qəbul edirəm. İndi müsəlman olmazdan əvvəl sahib olduğu şeyləri müsəlmanlarda saxla. Mən bu günahkarları əfv edirəm.
İndi sən də onların peşmançılıqlarını qəbul et. Biz isə yaxşı davrandığın müddətcə səni vəzifədən uzaqlaşdırmayacağıq. Əksinə, kim yəhudilik və məcusilikdə israr etsə, cizyə ödəyəcək. Bu məktublar müsəlmanların Kitab əhli və digər müşrik və inkarçılar ilə münasibətlərində necə hərəkət edəcəklərini görmələri üçün hal-hazırda çox dəyərli təbliğ misalıdır. Dinsizliyə qarşı mübarizə aparmalı olan müsəlmanların və Kitab əhlinin birləşdirilməsi üçün də bir metoddur. Bu birlik hz. İsanın yer üzünə ikinci dəfə gəlişini gözlədiyimiz bu günlərdə dünyanı aydınlığa və rahatlığa qovuşduran ən vacib vəsilələrdən biri olacaq.
Müqəddəs əmanətlərin mərkəzi:İslanbul
Peyğəmbərimizin (səv) məktubları hər cəhətdən hikmətli, məqsədyönlü və Allah`ın dinini təbliğdəki qətiyyətlə doludur.
Bundan başqa, bu məktubların başqa xüsusiyyəti də məktubların böyük qisminin İstanbulda Topqapı sarayında mühafizə edilməsidir.
Sarayın Müqəddəs Əmanətlər hissəsində Peyğəmbərimizdən (səv) və Səhabə-i Kiramdan qalan digər əşyalarla birlikdə diqqətlə qorunan məktublar, hz. Muhammədin (səv) Bayraq-ı Şərifi, Hırka-i Səadəti və Qılıncı ilə eyni otaqda nümayiş etdirilir.
Həmçinin, xüsusilə bildirmək lazımdır ki, hədislərdə hz. Mehdinin çıxış yeri ilə əlaqədar əlamətlərin başında bu əmanətlərin olduğu yer göstərilir. Bu hədislərdən bəziləri belədir:
Abdullah b. Şurefedən nəql edildi ki: Hz. Mehdinin yanında bəzənmiş bir halda Peyğəmbərimizin bayrağı olacaq. (Kitab-ul Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, 65)
Əlamətlərə gəldikdə isə: onunla birlikdə Allah Rəsulunun (səv) köynəyi, qılıncı, bayrağı olacaq. O bayraq ki Rəsulullahın (səv) vəfatından bu günə qədər heç açılmayıb. Hz. Mehdinin zühuruna qədər də açılmayacaq. Bayrağında "Əl Beyəti Lilləh" (Allah üçün Beyət) ifadəsi yazılı olacaq. (Qiyamət Əlamətləri, səhifə 164)
Şübhəsiz ki, illərdir bildirilən bu hədislərdə Peyğəmbərimizin bildirdiyi kimi dövrümüzdə Topqapı sarayında qorunan bayraq bəzədilib və yenə hədisdə bildirildiyi kimi Osmanlı İmperatorluğu dövründə müharibə aparılmasına baxmayaraq, mühafizə edilib və dövrümüzə qədər açılmayıb. Hədisdə bildirilən bu xüsusiyyətlərin yüz illər keçməsinə baxmayaraq, hələ də etibarlılığını saxlaması, şübhəsiz ki, Peyğəmbərimizin (səv) hikmətli sözlərinin dəlillərindəndir.
Hz. Mehdiyə aid hədislər Allah`ın izni ilə axırzamanda gerçəkləşəcək və Qızıl əsrin xəbərçisi olan möcüzələr müsəlmanların şükrünə vəsilə olacaq.